Türkiyənin Ərzurum vilayətinin Palandöken xizək mərkəzi bölgəsində turistləri daşıyan mikroavtobus aşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəzada 25 nəfər yaralanıb.

Qəza mikroavtobus bir hotelin müştərilərini hava limanına apararkən baş verib.

Hadisə yerinə çox sayda xilasedici, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rəsmi İrəvan ilə Bakı razılığa gələcək, məsələ həllini tapacaq.

Axar.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından prezidentliyə namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan jurnalistlərə açıqlamasında deyib.

 

Prezidentliyə namizəd jurnalistləri əmin edib ki, tərəflər ərazi dəqiqləşdirmələrindən sonra razılığa gələcəklər.

Xaçatryan həmçinin danışıqların davam etdiyini də vurğulayıb.

Çin Rusiya ilə dostluq və strateji əməkdaşlığı gücləndirməyə, həmçinin beynəlxalq ədaləti qorumağa hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Çin xarici işlər naziri Vanq Yi rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

 

“İki ölkə liderləri arasında əldə edilmiş razılaşma əsasında Çin Rusiya ilə dostluq və strateji əməkdaşlığı dərinləşdirməyə, həmçinin iki ölkə və dünya xalqlarının rifahı naminə beynəlxalq ədaləti qorumağa hazırdır”, - deyə çinli nazir bildirib.

Türkiyə Qara dənizdən qonşu olan iki dost ölkə arasında böhranı sonlandırmaq üçün üzərinə düşəni etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündən sonra mətbuata açıqlamasında deyib.

 

“Türkiyə gərginliyin azalması üçün səy göstərir. Böhranın Ukraynanın ərazi bütövlüyü çərçivəsində, sülh və diplomatik yollarla sona çatacağına səmimi şəkildə inanırıq”, - deyə türk lider bildirib.

Dünyadakı vəziyyət gözlənilməzdir. Buna görə də təhlükəlidir və hər an qaynar fazaya keçə bilər.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

“Biz o müharibənin dəhşətlərini yaxşı xatırlayırıq və bu gün dünyada gərginliyin artmasını narahatlıqla izləyirik. Bugünkü vəziyyət ötən əsrin 30-cu illərinin sonu, 40-cı illərin əvvəllərini çox xatırladır. Bu, təhlükəlidir və hər an qaynar fazaya keçə bilər. Qanunsuz sanksiyalardan istifadə dünyada sabitliyi pozacaq”, - Lukaşenko bildirib.

Rusiyanın dövlət nəşri “Pravda” qəzeti İran Prezidenti Seyid İbrahim Rəisinin karikaturasını dərc edib.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalında paylaşım edilib.

 

Karikatura “donmuş Rəisi Kremlin bağlı qapısı arxasında gözləyir” başlığı ilə yayılıb.