NATO hərbçiləri Ukraynaya göndərilməməlidir.
Axar.az xəbər verir ki, bunu Çexiya Prezidenti Miloş Zeman deyib.
“Ukrayna NATO üzvü deyil və buna görə də hərbçilərin ora göndərilməsini məqsədəuyğun hesab etmirəm”, - Zeman bildirib.
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasındakı görüşün müzakirə mövzusu Ukrayna ətrafındakı vəziyyət olacaq.
Axar.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində bildirilib.
Verilişdə liderlərin iki ildir görüşmədikləri də bildirilib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron fevralın 7-də Moskvaya səfər edəcək. Növbəti gün isə Makron Kiyevə yola düşəcək.
"Mançester Yunayted”dən uzun zamandır ayrılmaq istədiyini bildirən portuqaliyalı ulduz Kristiano Ronaldo əzəli rəqibi Lionel Messi ilə eyni komandada oynayacaq.
Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, "Mançestr"in nəticələrindən məyus olan Ronaldo meneceri Xorxe Mendeşlə görüşüb və ondan “Mançester Yunayted”dən ayrılmaq üçün lazımi işləri görməsini istəyib:
“Ronaldonun yeni komandası Fransadadır. Bu transfer baş tutsa, Kristiano Ronaldo əzəli rəqibi Lionel Messi ilə PSJ-də oynayacaq”.
Əgər Kiyev Donbasa qarşı müharibəyə başlasa, Minsk və Moskva dərhal cavab verəcək.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Bununla yanaşı Lukaşenko bildirib ki, Kiyevi müharibəyə ABŞ cəlb edir.
“Vladimir Putin bu məsələdə özünü yaxşı aparır. Bunu dəstəkləyirəm. Biz qırmızı xətt çəkmişik. Həmin xətti tapdadınsa, cavabını alacaqsan”, - Lukaşenko bildirib.
"Milli cəbhə" partiyasından Fransa prezidentliyinə namizədliyini irəli sürən Marin Le Pen seçkilərdə qələbə qazanacağı təqdirdə ölkənin NATO-dan çıxarılması üçün tədbirlər görəcəyinə söz verib.
Prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın koronavirusa yoluxması ilə bağlı sosial şəbəkələrdə cinayət xarakterli paylaşım edənlərə qarşı istintaq başladılıb.
Axar.az xəbər verir ki, istintaq çərçivəsində 1 nəfər Türkiyə vətəndaşı saxlanılıb.
Qeyd edək ki, ötən gün Prezident Ərdoğan Tvitter hesabında həyat yoldaşı ilə birgə Omikron ştammına yoluxduqlarını açıqlamışdı.
Koronavirus testi müsbət çıxan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan özünün və xanımı Əminə Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib.
Axar.az xəbər verir ki, Ərdoğan bu barədə Tvitter səhifəsində yazıb.
"Bu səhər həkimimiz müayinə etdi. Allaha şükür, heç bir neqativ hal yoxdu. Əminə xanımla işimizi evdən davam etdiririk", - Ərdoğan bildirib.
Avropalı tərəfdaşlarla və ABŞ-la sıx koordinasiya çox vacibdir.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts ABŞ səfəri ilə bağlı açıqlamasında deyib.
“Məqsəd Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasının siyasi, iqtisadi və geostrateji baxımdan Rusiya üçün ağır nəticələr verəcəyi barədə Kremlə vahid siqnal göndərməkdir. Bütün Avropa müttəfiqləri bu məsələdə yekdildir”, - Şolts bildirib.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts bu gün ABŞ-a səfərə gedir. Bazar ertəsi kansler ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
Liviyanın öldürülmüş lideri Müəmmər Qəzzafinin keçmiş qadın mühafizəçisi Aişə Fituri onun hələ də sağ olduğunu və müqavimətə rəhbərlik etdiyini iddia edib.
Axar.az xəbər verir ki, Fituri bu fikirləri "Raşn Tudey"in (RT) ərəb versiyasında yayımlanan "Sənədli sözlər" proqramında canlı yayım zamanı səsləndirib.
Mühafizəçi görüntülərdəki şəxsin Qəzzafi olmadığını iddia edib. Onun sözlərinə görə, həmin gün Sirte şəhərinə Qəzzafi yox, ona çox oxşayan Həmid Əbu Minyar adlı şəxs daxil olub. Qəzzafi həmin gün Sirteyə qətiyyən girməyib.
Fituri devrilmiş liderin həmin gün Bəni Vəlidə girdiyini, daha sonra isə oranı tərk etdiyini bildirib.
Aparıcının “DNT testi aparılıb və onun Qəzzafi olduğu sübuta yetirilib” sözlərinə isə Fituri belə cavab verib:
"Bu, doğru deyil! Bəs nə üçün BMT bu günə qədər bu məsələ ilə bağlı qərar qəbul etməyib və cənazə niyə təhvil verilməyib?"
Böyük Britaniya kraliçası II Yelizaveta özündən sonra oğlu Çarlzı taxtın varisi, gəlini Kamillanı isə kraliça elan edib.
Axar.az xəbər verir ki, Yelizaveta bu barədə taxta çıxmasının 70 illiyi münasibətilə yazdığı məktubda bildirib.
Kraliça vəzifədə olduğu müddətdə bütün xalqına sədaqətinə və sevgisinə görə təşəkkür edib:
“Vaxtı gələndə oğlum Çarlz kral olanda əminəm ki, mənə verdiyiniz dəstəyi siz ona və onun həyat yoldaşına verəcəksiniz. Kamillaya da mənə göstərdiyiniz dəstəyi göstərəcəyinizə əminəm. Ürəkdən arzu edirəm ki, Kamilla öz işini davam etdirərkən kraliça kimi tanınsın”.