Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski Moskvadakı Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Jirinovski bir neçə gündür xəstəxanadadır və vəziyyəti ağırdır
Siyasətçinin hansı diaqnozla xəstəxanaya yerləşdirildiyi ilə bağlı məlumat verilməyib.
Partiyanın mətbuat xidməti isə yaydığı açıqlamada bildirib ki, Jirinovski özünü yaxşı hiss edir və işini davam etdirir.
Qeyd edək ki, Mərkəzi Kliniki Xəstəxana Rusiya Prezident Administrasiyasının tabeliyindədir.
Bu il martın 27-də Los-Ancelesin Dolbi Teatrında keçiriləcək ənənəvi 94-cü "Oskar" mükafatına namizədlərin siyahısı açıqlanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həmin siyahını təqdim edir:
"Ən yaxşı film" nominasiyası üzrə:
"Belfast"
"Coda"
"Dont look up"
"Driwe my car"
"Dune"
"King Richard"
"Licorice Pizza
"Nightmare Alley"
"The Power of the dog"
"West Side story"
Ən yaxşı kişi aktyor:
Xavier Bardem
Benedikt Kumberbaç
Endryu Qarifeld
Uill Smit
Denzel Vaşinqton
Ən yaxşı aktrisa:
Cessika Çastein
Olivia Kolman
Penelopa Kruz
Nikol Kidman
Kristen Stüart
Ən yaxşı rejissor:
"Belfast" (Kennet Branaq)
"Drive my car" (Ryusuke Hamaquçi)
"Licoruce Pizza" (Paul Tomas Anderson)
"The power of the dog" (Ceyn Kampion)
"West side story" (Stiven Spilberq)
Çin və Rusiyanın bəyanatı bu ölkələr arasında güclü ittifaq üçün əsas ola bilər.
Axar.az xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell deyib.
“Ukraynadakı vəziyyətə görə Qərbin xüsusi diqqət yetirmədiyi Çin və Rusiyanın birgə bəyanatı iki avtoritar rejimin güclü ittifaqı üçün əsas ola bilər”, - Borrell bildirib.
İrəvan Antalya Diplomatik Forumundan iştirakla bağlı dəvətə hələ cavab verməyib.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, forumda iştirakla bağlı dəvət Ermənistan XİN başçısı Ararat Mirzoyan və parlamentin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyana göndərilib.
“İrəvan forumda iştirakını hələ təsdiqləməyib”, - Çavuşoğlu qeyd edib.
Çavuşoğlu əlavə edib ki, Ermənistan baş naziri Nikol Paşinyana dəvət göndərilməyib.
Çavuşoğlu, həmçinin Vyana görüşünü də İrəvanın təklif etdiyini vurğulayıb:
“Telefon müzakirəsi zamanı onlar ikinci görüş üçün Vyana və yaxud Cenevrəni təklif etdilər. Biz xüsusi nümayəndə ilə danışdıq, Cenevrədə ötəndəfəki görüş alınmadığından, Vyananı seçdik”.
Qeyd edək ki, bundan öncə Nikol Paşinyanın Antalya Diplomatik Forumunda iştirak edəcəyi ilə bağlı məlumat yayılsa da, Ermənistan bunu təkzib etmişdi.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycanla Pakistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açılıb. Xüsusilə Vətən müharibəsi dövründə Pakistanın mənəvi dəstək və yardımı Azərbaycan xalqının ədalətli mübarizəsinin qələbəsinə öz töhfəsini verib. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq müstəvilərdə hər zaman eyni mövqelərdən çıxış edən Azərbaycan-Pakistan dostluğu və qardaşlığı əsl islam həmrəyliyi nümunəsi olaraq dünya üçün örnəkdir.
Şeyxülislam Allahşükür Paşazadə 40 ildən artıq dini liderliyi dövründə dəfələrlə Pakistanı ziyarət etdiyini, orada çox sayda din, ictimai, siyasi xadimlərlə yaxından tanış olduğunu, beynəlxalq müstəvilərdə birgə tədbirlərdə iştirak etdiyini, Pakistan xalqına və dövlətinə böyük ehtiramı olduğunu ifadə edib. Bu baxımdan bir sıra önəmli məqamları xatırladan QMİ sədri istər sovetlər dönəmində, istər 20 Yanvar hadisələri zamanı, istərsə də Azərbaycanın İslam Konfransı Təşkilatına (İƏT) üzv qəbul olunması zamanı Pakistan dövlətinin qardaş dəstəyinin şəxsən şahidi olduğuna dair xatirələrini bölüşüb.
Pakistan səfiri şeyxülislamla görüşdən olduqca məmnun olduğunu, uzun müddət pandemiya səbəbindən görüşünün təxirə salındığını qeyd edib və nəhayət baş tutmasına görə şərəf duyduğunu bildirib. Səfir islam dünyasının tərəqqisində Azərbaycanın özəl rolunun olduğunu, multikulturalizm modelinin dünya üçün nümunə səciyyəsi daşıdığını rəğbətlə vurğulayıb. Azərbaycanla Pakistan münasibətlərinin rəsmi xarakterdən daha çox millətlərimiz arasında qəlbən bağlılıq üzərində təşəkkül tapmış əlaqələr olduğunu qeyd edən səfir Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin bütün İslam dünyası üçün qələbə, bütün işğal altında olan xalqlara müsbət nümunə olduğunu qürurla vurğulayıb.
Görüşdə QMİ sədri Türk Dövlətləri Təşkilatı çərçivəsində dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə, türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması haqda məlumat verib və türk dünyasına qardaş Pakistan xalqının da bu Birlik çərçivəsində dini-mənəvi əməkdaşlığa cəlb olunmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb.
Səfir Bilal Haye, öz növbəsində, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzini təsis etmələrindən və bu mərkəzdə təşkil olunan, o cümlədən multikulturalizm mövzusunda tədbirlərdə QMİ-nin yaxından iştirakından məmnun olacaqlarını bildirib.
Diplomat Pakistanda hindu və sikx mədəniyyət nümunələrinə həsr olunmuş kitabları şeyxülislama təqdim edib və müsəlman ölkəsi olan Pakistanda digər dinlərin ardıcıllarına olan tolerant münasibətdən söhbət açıb.
Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.
2050-ci ilə kimi dünyada tam kor insanların sayı 3 dəfə artaraq 120 milyona çatacaq.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in məlumatında deyilir.
Tərəflər Rusiya-Ukrayna gərginliyi, Suriyanın şimalındakı vəziyyət, Cənubi Qafqaz və Ermənistanla davam edən normallaşma prosesini müzakirə edib.
Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanda səfərdədir.
Axar.az xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.
Fevralın 8-dən 10-dək davam edəcək səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə baş tutub.
İran kanallarının Azərbaycanın cənub zonasında bizim milli kanalların tezliyində kütləvi yayımlanması texniki məsələdən daha çox, tənzimləmə məsələsidir. Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq, davamlı şəkildə bu tezliklərin koordinasiya işi aparılır.
Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
R.Nəbiyevin sözlərinə görə, Azərbaycanın digər qonşuları ilə eyni məzmunda problemi yoxdur:
“Bilirsiniz, Rusiya, Gürcüstan və hətta Xəzər üzərindən bizimlə həmsərhəd olan Türkmənistan və Qazaxıstanla bizim hər hansı problemimiz yoxdur. Yeganə olaraq İran kanallarının kütləvi şəkildə bizim cənub zonamızda yayımlanması ilə rastlaşırıq. Bu baxımdan da artıq İranla və İranın müvafiq qurumları ilə işlərə başlamışıq və işlər davam etdirilir. Hesab edirəm ki, yaxın aylarda biz bunun real effektini görəcəyik”.