Taliban hökuməti ölkəni tərk etmiş universitet müəllimlərini geri qayıtmağa çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan Ali Təhsil Nazirliyi məlumat yayıb.
"Əfqanıstan bütün etnik qrupların ümumi evidir və biz onların inkişafına cavabdehik. Rifahın olmadığı bir şəraitdə ölkənin təhsil sistemi yarımçıq qalıb. Bununla əlaqədar olaraq, Ali Təhsil Nazirliyi ölkəni tərk etmiş bütün professorları evə qayıtmağa çağırır”, - məlumatda qeyd olunub.
ABŞ Milli Arxivlər və Qeydlər İdarəsi ölkənin keçmiş prezidenti Donald Trampın yaşadığı Mar-o-Laqodakı malikanəsində gizli və tam məxfi qeyd olunan bir neçə sənəd tapıb.
Axar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Vaşinqton Post” məlumat yayıb.
Arxiv əməkdaşları Trampın Ağ Evdən çıxararaq Mar-o-Laqoya apardığı bir neçə qutu sənəd ələ keçiriblər. Sənədlər arasında Şimali Koreya lideri Kim Çen İnlə yazışmalar və Barak Obamanın 2016-cı ildə ona göndərdiyi mesaj da var.
Tapılan sənədlərin sayı açıqlanmayıb. Nəşr qeyd edir ki, bəzi sənədlər həddən artıq məxfidir və səlahiyyətli şəxslərin yalnız bəziləri bunlardan istifadə hüququna malikdir.
Qeyd edilir ki, Tramp prezident olanda tez-tez Ağ Evdən faylların olduğu qovluqları çıxarıb.
İranın nüvə proqramı ilə bağlı Vyanada aparılan müzakirələr üçün müəyyən vaxt məhdudiyyəti qoyulmalıdır.
Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Naftali Bennett deyib.
O bildirib ki, danışıqların qeyri-müəyyən müddətdə davam etdirilməsi yalnız İranın mənafeyinə xidmət edir:
“İran nüvə silahına sahib olması sadəcə region deyil, bütün dünya üçün təhlükədir”.
Rusiya və Əfqanıstanın digər qonşuları Talibanla bağlı gözləmə mövqeyindədir. Onlar müsbət dəyişikliklərini isbat etməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Rusya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.
"Əfqanıstanla bağlı Rusiya, Çin, İran, Türkiyə gözləmə mövqeyindədir. Taliban müsbət dəyişikliyi təsdiqləməlidir", - deyə Narışkin bildirib.
Onun sözlərinə görə, Taliban islam dövləti quracağını gizlətmir.
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları sərtləşdirib.
Axar.az xəbər verir ki, ölkə parlamenti qanuna dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyə əsasən sanksiyalar geniş fərdlərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verəcək.
Qeyd edək ki, Böyük Britaniyanın daha öncəki qanunu Rusiyaya qarşı yalnız Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı tədbirlər görməyə imkan verirdi.
PSJ-nin braziliyalı futbolçusu Neymarın bank hesabından 37 min avro oğurlanıb.
Axar.az xəbər verir ki, oğurluq etməkdə şübhəli bilinən 20 yaşlı gənc saxlanılıb.
Saxlanılan şəxsin cinayətkar qrupun üzvü olduğu bildirilib.
Dələduzluqda iştirak edən digərlərinin də şəxsiyyətləri müəyyən olunub.
Vicdanını rəfə qoyan Avropa seyr etməyə davam edir.
Axar.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu Quşadası sahillərində yəmənli yaralı qadının xilas edilməsi ilə bağlı danışarkən deyib.
"Avropa Birliyi və qurumun Sərhədlərin Mühafizəsi Agentliyi (“Frontex”) başlarını quma gömərək hər gün insanlığa qarşı bu cinayətə daha çox ortaq olurlar", - Soylu bildirib.
Liviya parlamenti Fəthi Başağanı yeni müvəqqəti baş nazir elan edib.
Axar.az xəbər verir ki, bu haqda "Röyters" məlumat yayıb.
Başağa 2011-ci ildə Müəmmər Qəddafi rejiminə qarşı qurulan Misrata Hərbi Şurasının qurulmasında iştirak edib və 2018-2021-ci illərdə Milli Barışıq Hökumətində daxili işlər naziri olub.
Qeyd edək ki, Fəthi Başağa türk əsillidir.
Ötən ilin sonlarında mayeləşdirilmiş təbii qazın (LNG) Avropaya tədarükü göstərdi ki, Rusiya qazdan qoca qitəyə qarşı güclü rıçaq kim istifadə edə bilmir.