Yenə də erməni hərbçiləri Azərbaycana atəş açırlar. Bu, terrordur!
Axar.az xəbər verir ki, bunu israilli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Mixail Finkel erməni separatçılarının Tərtər istiqamətində yerləşən Azərbaycan Ordusunun postlarını atəşə tutmasını şərh edərkən deyib.
"Terrorçular heç vaxt dinc dayana bilməyəcəklər. Onlar sülh istəmirlər. Sülh olsa, onların nə dərəcədə bacarıqsız və vətəndaşlar üçün lazımsız olduğu üzə çıxacaq. Buna görə də onlar qan tökəcəklər ki, bununla da tam bacarıqsızlıqlarına haqq qazandırsınlar", – politoloq qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda qanunsuz erməni silahlı dəstələri Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan mövqeləri istiqamətində atəş açıblar.
Yunanıstan beynəlxalq səviyyədə geri çəkilmə və insan haqlarını pozma siyasətini davam etdirir.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Yunanıstan 19 günahsız insanın soyuqda qalaraq ölümünə görə məsuliyyət daşıyır”, - deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Yunanıstan sərhədindən üst geyimləri və ayaqqabları soyundurularaq qovulan 19 miqrant donaraq ölmüşdü.
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Rusiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali deyib.
“10-11 fevral tarixlərində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Prezident Vladimir Putinin dəvətilə Rusiyaya işgüzar səfərə yollanacaq. Fevralın 10-da Qasım-Jomart Tokayev Moskvada Rusiya prezidenti ilə görüşəcək. Görüş zamanı çoxşaxəli Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının inkişaf perspektivləri nəzərdən keçiriləcək”, - Uali bildirib.
Onun sözlərinə görə, Tokayev fevralın 11-də Kazanda Tatarıstan Prezidenti Rüstəm Minnixanovla da görüşəcək.
Lukaşenkonun açıqlaması o deməkdir ki, rusların yaratmaq istədikləri İttifaq Dövlətinə Azərbaycanı qoşmaq şansını əldən veriblər. Və bunu təkcə onun yox, həm də Putinin fikri hesab edə bilərik - xüsusilə Qazaxıstan hadisələrindən sonra Lukaşenkonun İttifaq Dövləti ilə bağlı sözçü kimi çıxış etməyə başlaması fonunda.
Axar.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Belarus lideri Aleksandr Lukaşenkonun fikirlərinə münasibətində bildirib.
Politoloqun sözlərinə görə, Belarus prezidenti fikrini Türkiyə faktoru ilə əlaqələndirir və Azərbaycanda çox səhvlərə yol verdiklərini bildirir:
“Bu, onlara görə özlərinin səhvi, bizə görə doğru strategiyanın nəticəsidir”.
Qeyd edək ki, Belarsu Prezidenti Aleksandr Lukaşenko Vladimir Solovyovun Yutub kanalına müsahibəsində keçmiş sovet respublikalarının əksəriyyətinin İttifaq Dövlətinə qoşula biləcəyini deyib.
“Ermənistanın çıxış yolu yoxdur. Sizcə, onlar kiməsə lazımdır? Onlar artıq bunu gördülər. Azərbaycan bu dəstədən çıxır, çünki biz də çox səhvlər etmişik. Bu ayrıca söhbətdir. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Türkiyə vasitəsilə neft və qaz keçir. Türkmənistan, Özbəkistan və Tacikistan da öz ehtiyaclarına görə, ilk növbədə, iqtisadi baxımdan qoşulacaqlar”, - deyə Belarus prezidenti bildirib.
Hazırda postmünaqişə dövrü olmasına baxmayaraq, Soros Fondu Ermənistandakı layihələrin həyata keçirilməsi üçün vəsait xərcləməkdə davam edir.
Uzun müddətdən sonra yenidən müğənnilik etməyə başlayan aktyor Özcan Dəniz 8 konsert proqramı ilə çıxış etmək üçün məkanların biri ilə razılığa gəlib.
Milli.Az Axar.az-da dərc olunan məqaləni təqdim edir.
Ermənistanda intihar edənlərin sayı artıb, bu ölkədə təkcə ötən il 7 yeniyetmə intihar edib.
ABŞ Prezidenti Co Bayden Almaniya kansleri Olaf Şoltsla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında yenidən gülünc vəziyyətə düşüb.
Axar.az xəbər verir ki, o, Ukraynaya hücum edə biləcək ölkənin adını Rusiya yerinə Almaniya deyib.
"İcazə verin, birinci suala cavab verim. Əgər Almaniya... Rusiya Ukraynanı işğal edərsə, yəni tanklar və qoşunlar yenidən Ukrayna sərhədini keçsə, o zaman Şimal Axını 2 olmayacaq, biz ona son qoyacağıq", - amerikalı lider bildirib.