Türkiyə ilə ABŞ arasında münasibətlərin inkişafı bu dövrdə daha vacibdir.
Türkiyə olmasa, bir çox təhdidlərə müdaxilə etmək olmaz.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri "CNN Türk"ə açıqlamasında deyib.
“Suriya və Əfqanıstan kimi yerlərə baxaq. Türkiyə və ABŞ burada həmişə eyni nöqtədədir. Anlaşılmazlıq səbəbindən ikitərəfli münasibətlərdə problemlər var. Bu məqamda Prezident Ərdoğan və Prezident Baydenin işə qarışması lazımdır. Problemləri ancaq rəhbərlər səviyyəsində həll etmək olar. ABŞ-ın Suriyadakı mövcudluğu davam edəcək. Burada Türkiyə ilə işləyirik. Lakin Bayden hökumətinin bu məsələ ilə bağlı dəqiq siyasəti yoxdur. Biz Soyuq müharibə qədər təhlükəli bir dövrdəyik və ABŞ hökuməti təhlükənin fərqində deyil. Bu məqamda Türkiyə kimi əsas müttəfiqlərə üstünlük verilməlidir”, - Cefri bildirib.