ABŞ Prezidenti Co Bayden Almaniya kansleri Olaf Şoltsla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında yenidən gülünc vəziyyətə düşüb.
Axar.az xəbər verir ki, o, Ukraynaya hücum edə biləcək ölkənin adını Rusiya yerinə Almaniya deyib.
"İcazə verin, birinci suala cavab verim. Əgər Almaniya... Rusiya Ukraynanı işğal edərsə, yəni tanklar və qoşunlar yenidən Ukrayna sərhədini keçsə, o zaman Şimal Axını 2 olmayacaq, biz ona son qoyacağıq", - amerikalı lider bildirib.