Bizim prezidentliyə namizədimiz bəllidir və o, cənab Rəcəb Tayyib Ərdoğandır. Prezidentimizin bir daha namizəd ola bilməyəcəyi iddiasının heç bir əsası yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.
“Ərdoğanın yenidən prezident seçilməsinə heç bir maneə yoxdur. Prezidentin ən az üç dövrdə seçilə bilməsi üçün bütün gücümüzlə çalışacağıq və buna nail olacağıq", - deyə Baxçalı bildirib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxub.
Axar.az xəbər verir ki, bu barədə Əflatun Amaşov özü məlumat yayıb.
O qeyd edib ki, koronavirusa yoluxduğu üçün bir neçə gündür işə çıxmır.
Honduras Prezidenti Xiamoro Kastro koronavirusa yoluxub.
Axar.az xəbər verir ki, bu barədə Prezident Tvitter səhifəsində yazıb.
“Dünən COVİD-19 testimin nəticəsi pozitiv oldu. Tanrının lütfkarlığı ilə demokratik və konstitusional quruluşa qayıdış üçün hökumət planının tətbiqini davam etdirəcəyəm”, - deyə Kastro bildirib.
Rusiya son illərdə iqtisadi sanksiyalara daha çox dözümlü olub.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.
"Son illərdə Rusiya valyuta ehtiyatlarını artırmaqla iqtisadi sanksiyalara qarşı dayanıqlığını gücləndirib. Eyni zamanda, Rusiya qaz tədarükündə potensial fasilələrə tab gətirmək qabiliyyətini artırmaq üçün Avropa İttifaqından daha çox işlər görüb”, - Borrell əlavə edib.
Rusiya və Çin liderlərinin Pekində keçirilən görüşündən sonra ölkələrarası münasibətlərdə yenilik görmədim.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpin arasında görüş baş tutub.
Rusiya ilə dialoq olmadan beynəlxalq vəziyyəti normallaşdırmaq mümkün deyil.
Rusiya Prezidenti Vladimir Putin alyansa qarşı heç bir tədbir görmədən ABŞ və NATO-nu məğlub etdi.
Axar.az xəbər verir ki, bunu jurnalist Dominik Qrin “Spektator” jurnalında yazıb.
“Vladimir Putinə Ukraynaya ordu yeritmək lazım deyil. O, artıq öz strateji hədəflərinə çatıb. NATO bölünüb və gücsüzdür”, - Qrin bildirib.
Müəllifin sözlərinə görə, Bayden administrasiyası Rusiya ilə bağlı mövqeyini dəyişməli, Moskavaya qarşı hörmət bəsləməli və onu anlamalıdır.
Madaqaskarda baş verən güclü tropik siklonun təsiri nəticəsində azı 6 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə Madaqaskar hökumətinin məlumatında deyilir.
Bildirilib ki, sel təhlükəsi ilə əlaqədar 47 mindən çox sakin təxliyə edilib, onlara xüsusi yaradılmış sığınacaqlarda sığınacaq verilib.