Britaniya 100-dən artıq xüsusi təyinatlı hərbçisini Ukraynaya göndərib.

Axar.az xəbər verir ki, bu barədə “Mirror” nəşri yazıb.

Nəşrin yazdığına görə, Böyük Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron NATO-nun şərq cinahında yerləşən ölkələrin Rusiyanın zərərli fəaliyyətlərindən tam qorunmaları məsələsində razılığa gəliblər:

 

“Bu məqsədlə Britaniyanın Xüsusi Hava Xidməti (SAS) və Xüsusi Qayıq Xidməti (SBS) Ukrayna xüsusi təyinatlılarına qiyamçılarla mübarizə taktikası, snayper və təxribat mövzusunda təlim keçmək üçün Ukraynaya göndərilib”.

Nəşr artıq Rusiya ilə qonşu Estoniyada qış hazırlığını keçmiş 1500 britaniyalı hərbçinin olduğunu bildirib

Belarus ətrafında müharibə kimi çətin vəziyyət yaranarsa və 2020-ci ildə olduğu kimi, bizi daxildən parçalamağa çalışsalar, Lukaşenko daim dövlət başçısı olacaq.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

“İnanın mənə, bu vəzifəni çox istədiyim üçün prezident deyiləm", - deyə Lukaşenko bildirib.

Bunlar əlbəttə ki, son dərəcə aldadıcıdır və Kipr məsələsinin həllinin mahiyyətində qarşı tərəfin nə qədər pis niyyətli olduğunu göstərir.

Axar.az xəbər verir ki, bunu "TRT Haber"ə açıqlamasında Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.

 

O, Qapalı Maraşın yunan Kiprinə verilməsi müqabilində yunan tərəfinin Ərcan və Famaqusta limanları ilə bağlı təkliflərinin qətiliklə qəbul edilməyəcəyini vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdunun iki ölkə arasında enerji sahəsində əlaqələr, eləcə də dövlət başçıları barədə əsassız iddialar irəli sürməsi Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının kəskin etirazına səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turanın imzası ilə ölkə ictimaiyyətinə ünvanlanan bəyanatda bildirilib ki, diaspor təşkilatları millət vəkili Aykut Ərdoğdunu hiddətlə qınayırlar: "Bu açıqlamalar Türkiyənin müxtəlif vilayətlərində fəaliyyət göstərən 22 dərnəyin daxil olduğu Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının üzvlərini qəzəbləndirib".

Qeyd edilib ki, diaspor təşkilatları iki ölkə arasında qardaşlıq əlaqələrini gücləndirməyə çalışarkən, düşmənlərimizi sevindirəcək bu cür əsassız, böhtan xarakterli iddiaların səsləndirilməsi yolverilməzdir: "Atalar sözündə deyilir ki, "eşitmir, uydurur". Aykut Erdoğdunun iddiaları tamamilə həqiqətə uyğun deyil, iftira və böhtandır".

Bəyanatda bir daha nəzərə çatdırılıb ki, Türkiyə və Azərbaycan bir millətin iki güclü, ciddi və nüfuzlu dövlətləridir: "Dövlətlərimizi idarə edən möhtərəm Prezidentlərimizin münasibətləri şəffaf və mehribandır, xalqımız tərəfindən təqdirlə izlənilir. Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələri mərhum Prezidentimiz Heydər Əliyev dövründən dostluğumuz, qardaşlığımız faktı nəzərə alınmaqla, iki ölkənin qarşılıqlı maraqlarına uyğun olaraq həyata keçirilir. Azərbaycanın enerji ehtiyatlarının Türkiyə üzərindən dünyaya çatdırılması Azərbaycan dövlətinin uzaqgörən seçimi və qətiyyətli siyasəti nəticəsində əldə olunub. Azərbaycan tarixinin heç bir dövründə qardaş Türkiyəyə zərər verməyə cəhd etməyib və bu gün də etməyəcək".

Bildirilib ki, bu, Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürkün siyasi irsinə hörmətsizlikdir, çünki onun qurucusu olduğu partiyanın bir təmsilçisinin belə məsuliyyətsiz açıqlamalar verməsi hər şeydən öncə Azərbaycansevər CHP üzvlərini incidir: "Mustafa Kamal Atatürkün başlatdığı milli mübarizəyə Azərbaycan xalqının barmaqlarındakı üzüyü göndərəcək qədər verdiyi dəstək tarix kitablarına yazılıb. Yenə də Atatürkün qurduğu partiyanın bir millət vəkilinin məsuliyyətsiz açıqlamalarının hər şeydən əvvəl qəlbində Azərbaycan sevgisi olan milyonlarla CHP-li vətəndaşını üzəcəyi şübhəsizdir. Türkiyə və Azərbaycanın həmrəyliyi nəticəsində əldə edilən Qarabağ Zəfəri ilə dünyaya mühüm mesajın verildiyi bir vaxtda bu cür əsassız bəyanatların heç kimə faydası yoxdur".

 
 

Bəyanat müəllifləri Aykut Ərdoğdunu Azərbaycan və Türkiyə qardaşlığından öz siyasətində istifadə etməməyə çağırıblar və millətimizdən üzr istəməyə dəvət ediblər. CHP rəhbərliyindən isə millət vəkilinin barəsində lazımi intizam tədbirinin başlaması tələb edilib.

Fransa uzun illər ərzində sülh yolu ilə həll prosesini pozurdu, lakin Azərbaycan münaqişədən sonrakı mərhələdə ona şans vermək qərarına gəlib.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Ekspertin fikrincə, Azərbaycan, Fransa, Ermənistan liderləri və Avropa İttifaqı (Aİ) Şurası prezidentinin videoformatda görüşü Azərbaycan Prezidentinin həm də Aİ-yə hörmətinin ifadəsidir:

 

“Təbii ki, onlar ciddi uğursuzluğa düçar oldular. Fransa uzun illər ərzində sülh yolu ilə həll prosesini pozurdu, lakin Azərbaycan mübahisə etmək istəmir, ona şans və imkan vermək qərarına gəlib”.

Onun sözlərinə görə, görüşün nəticələri ilə bağlı qəbul edilmiş bəyanatda “Qarabağ münaqişəsi” və ya aşkar uğursuzluğa düçar olmuş ATƏT-in Minsk qrupu haqqında bir kəlmə belə yoxdur.

“ATƏT-in Minsk qrupu heç nə edə bilmədi və uğursuzluğa düçar oldu. Buna görə də indi özünə başqa yer, başqa imkan tapmalıdır. Onlar əsas diqqəti nəqliyyat əlaqələrinin bərpasına və ya sərhədin demarkasiya və delimitasiyasına yönəldə bilərlər. Bu mövzularda Fransa Ermənistana təzyiq etməlidir. Onlar belə bir rol görməlidir. Onu tapıb-tapmayacaqlarını demək çətindir. Hər şey özlərindən asılıdır”, - S.Markov deyib.

Türkiyə Silahlı Qüvvələri PKK-ya ağır zərbələr endirməkdə davam edir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Sülh çeşməsi” və “Zeytun budağı” əməliyyat bölgələrində təxribata cəhd edən PKK-nın 14 terrorçusu zərərsizləşdirilib”, - məlumatda bildirilib.