Qazax rayonunda 4 nəfər zəhərlənib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə İkinci Şıxlı kəndində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Məmmədov Şöhrət Kamil oğlu, 2003-cü il təvəllüdlü Hacıyeva Rəvanə Elnur qızı, 1975-ci il təvəllüdlü Kərimova Rühəngiz Alı qızı, 1996-cı il təvəllüdlü Məmmədov Ülfət Şöhrət oğlu dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya aparılıblar. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.