İranın Kəşfiyyat Nazirliyinə (ETTELAAT) bağlı "MuddyVater" adlı haker qrupu Türkiyənin bəzi dövlət qurumlarının saytlarına hücumlar təşkil edib.
Axar.az xəbər verir ki, bu barədə “Deutsche Velle” nəşri məlumat paylaşıb.
Bildirilib ki, sözügedən haker qrupu hücum etdiyi orqanlara özünü Türkiyə nazirliklərinin nümayəndəsi kimi təqdim edib.
Xatırladaq ki, ETTELAAT tərəfindən dəstəklənən "Merkuri" və ya "Statik Keaton" olaraq da tanınan "MuddyVater" haker qrupu 2017-ci ildən Amerika, İsrail, Avropa və Yaxın Şərqdə kiberhücumlar həyata keçirməsi ilə tanınır.
Ermənistan Azərbaycan və Rusiya ilə sərhəddə təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir.
Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Ermənistan öz öhdəliklərinə sadiqdir və Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının Soçi görüşündə razılaşdırılan delimitasiya üzrə birgə komissiya yaratmağa hazırdır:
“İndi biz Azərbaycan və Rusiya tərəfi ilə sərhəddə təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılmasına gətirib çıxaracaq vasitələri müzakirə edirik. Müxtəlif təkliflərin verildiyini demişdim. Danışıqlar davam edir”.
Litvalı deputatlardan ibarət nümayəndə heyəti Litvada daimi hərbi kontingentin yerləşdirilməsi və Baltikyanı ölkələrə hərbi yardımın maliyyələşdirilməsinin artırılması ilə bağlı ABŞ Konqresinə müraciət etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” məlumat yayıb.
Nəşrin məlumatına görə, Litva Seyminin bir qrup deputatı hazırda Vaşinqtondadır və onlar ABŞ Konqresi ilə görüşməyi və bir sıra tələblər, o cümlədən ABŞ qoşunlarının Litvada daimi yerləşdirilməsi və maliyyənin artırılması ilə bağlı tələblər irəli sürməyi planlaşdırırlar.
“Bizim üçün mütləq prioritet daimi əsasda ABŞ qoşunlarıdır... Bu, sadəcə qırmızı xəttdir, ruslara çox aydın mesajdır”, - litvalı deputat Layma Luçiya Andrekene qəzetə açıqlamasında deyib.
Qeyd edək ki, Baltikyanı ölkələrə hərbi yardım proqramına əsasən, Litva, Latviya və Estoniya ildə 150 milyon dollar maliyyə vəsaiti alır.
Ötən gün səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, yazıçı Azər Qismətin (Məmmədov) son vəziyyəti açıqlanıb.
Fevralın 1-də Qvineya-Bisauda dövlət çevrilişinə cəhd zamanı ölənlərin sayı 11 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bu barədə ölkənin turizm naziri Fernando Vaza deyib.
O bildirib ki, hücum zamanı ölənlər hərbçilər, yarımhərbi birləşmələrin üzvləri, 4 vətəndaş, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin yüksək çinli məmuru və sürücüsüdür.
Qeyd edək ki, fevralın 1-də silahlı şəxslər hökumət binasına hücum edərək dövlət çevrilişini həyata keçirməyə cəhd ediblər. Lakin hadisədən sonra ölkə prezidenti Umaru Sisoku Embalo ictimaiyyətə açıqlamasında onunla bağlı hər şeyin qaydasında olduğunu və paytaxtda nəzarətin bərpa edildiyini açıqlayıb.
İŞİD Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və iş adamı Acun İlıcalıya qarşı sui-qəsd planlaşdırıb.
Axar.az xəbər verir ki, bu barədə iddia hazırda həbsdə olan İŞİD terror təşkilatının Türkiyə üzrə nümayəndəsi Qasım Gülərin etiraflarında yer alıb.
"Əbu Üsamə ət-Türki" ləqəbli Qasım Gülərin 74 səhifəlik işində İŞİD-in İncirlik hərbi bazasına da hücum planının olduğu bildirilib.
Bolqarıstan prezidenti Rumen Radev karantinə alınıb.
Sərhəddən kənarda terrorla mübarizə əməliyyatlarına başlayan kimi qara təbliğat mərkəzləri dərhal işə düşür. Bu əməliyyatlar bütünlüklə həm ölkəmizi təhdid edən, həm də qardaş və qonşu dövlətlərin ərazisində olmamalı olan təşkilatlara qarşı yönəlib.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.
"Türkiyənin terrorla mübarizəsi dünyanın ən qanuni mübarizəsidir. Terrorizmi məhv etmək suveren Türkiyənin haqqıdır", - deyə o bildirib.
Donbas xüsusi status və veto hüququ almayacaq.
Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Ukraynanın heç bir regionu bütün ölkəyə aid hansısa qərara veto qoymaq hüququ əldə etməyəcək. Beləliklə, Rusiyanın təsəvvür etdiyi kimi xüsusi status, veto hüququ olmayacaq", - Kuleba bildirib.