Vaşinqton Ankaraya qırıcı təyyarələrin verilməsi prosesini ləngidir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

 

“F-35-ə gəlincə, biz ABŞ-a 1,450 milyard dollar ödədik. Amma bizə lazım olan F-35-ləri vermədilər. Onlar hələ də prosesi ləngidirlər. İndi deyirlər ki, Müdafiə Nazirliyi ilə müzakirələr aparıb bu problemi həll edək. Müdafiə Nazirliyimiz amerikalı tərəfdaşlarla bu işi davam etdirir. Biz tələb olunan F-16-ları təkmilləşdirməklə və ya bizə yeni F-16-lar təqdim etməklə bu problemi həll etməyə çalışacağıq”, - Ərdoğan qeyd edib.

Kiyev və London Ukraynanın hərbi-dəniz donanmasının gücləndirilməsi sahəsində əməkdaşlıq edir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Baş naziri Boris Consonla birgə keçirilən brifinqdə deyib.

 

“Demək istərdim ki, Britaniyanın dəstəyi Ukrayna hərbi-dəniz donanmasının inkişafı və qurulması ilə əlaqədardır. Anlayıram ki, bu gün bu dəstək bizi Qara dənizdə və Azov sahillərində blokadadan çıxarmayacaq və qorumayacaq. Lakin bu, olduqca güclü addımlardan biridir. Sahillərimizi, akvatoriyamızı qoruyacaq müstəqil donanma...” - deyə Zelenski bildirib.

Rusiyanın Ukraynanı mümkün işğalı siyasi və humanitar fəlakətlə nəticələnə bilər.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Boris Conson deyib.

 

O bildirib ki, Moskva geri addım atmalı və diplomatiya yolunu seçməlidir:

“Bu gün 100 mindən çox Rusiya əsgəri Ukraynaya düşmən münasibətin göstəricisi olaraq sərhəddə toplanır. Bu, Rusiyanın Krımı işğal üçün göndərdiyi 30 min hərbçini kölgədə qoyur. Ukraynanın Rusiya tərəfindən mümkün işğalı Rusiya və dünya üçün hərbi fəlakət olar”, - deyə Conson bildirib.

Rusiya Prezidenti Vladimir Putində Ukraynaya qarşı təcavüzkar niyyət görmədim.

Axar.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban Rusiya mediasına açıqlamasında deyib.

 

“Danışıqlar zamanı prezident Putində bu kimi hərəkətlər etmək niyyəti görmədim. Prezident çox sakit idi”, - deyə Orban bildirib.

Qeyd edək ki, V.Orban Moskvada səfərdədir.

Avropada qazın qiymətinin qalxmasına görə Rusiyanı günahlandırmırıq.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrell deyib.

 

Onun sözlərinə görə, qiymət artımı bir neçə faktorun dərhal birləşməsindən yaranır:

“Birincisi, iqtisadiyyatın bərpası tələbi artırıb. Digər tərəfdən də qış enerji resurslarının bərpası üçün xüsusi əlverişli olmayıb. Təklif artmır, lakin tələb artır”.

Xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris ilə telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

Regional təhlükəsizlik məsələləri, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər tərəflərin müzakirə mövzusunu təşkil edib.

 

Cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına istinad edən Nazirlər, bu münasibətlə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Tərəflər, həmçinin bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı, Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi və sədrlik prioritetlərinin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.