Rusiya Prezidenti Vladimir Putində Ukraynaya qarşı təcavüzkar niyyət görmədim.
Axar.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban Rusiya mediasına açıqlamasında deyib.
“Danışıqlar zamanı prezident Putində bu kimi hərəkətlər etmək niyyəti görmədim. Prezident çox sakit idi”, - deyə Orban bildirib.
Qeyd edək ki, V.Orban Moskvada səfərdədir.