Vaşinqton Rusiya ilə diplomatik əlaqələri davam etdirmək məsələsində israrlıdır.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev rəhbəri Co Bayden deyib.

 

Bununla yanaşı, Birləşmiş Ştatlar prezidenti bildirib ki, ölkəsi Ukraynada istənilən ssenariyə hazırdır.

Qazaxıstanın birinci prezidentinin qızı, parlamentin deputatı Dariqa Nazarbayevanın COVİD-19-dan əziyyət çəkdiyi üçün reabilitasiya ilə əlaqədar ödənişsiz məzuniyyəti hələ də davam edir.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat verib.

 

“Hazırda o, Nur-Sultandadır və koronovirusdan sonra reabilitasiya kursunu keçməyə davam edir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, D.Nazarbayeva adı hakim Nur Otan Partiyasının Siyasi Şurasının bu gün yenilənən siyahısında yoxdur.

Biz kapitulyasiya imzalamağa məcbur olduq, sındırıldıq.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan mediaya geniş müsahibəsində deyib.

Buna baxmayaraq, o, “Qarabağla bağlı danışıqları” bərpa etmək üçün hələ də imkanlar olduğunu, Minsk Qrupunu diriltməyin lazım gəldiyini iddia edib və bildirib ki, hakimiyyətdən bu yolla getməyi tələb etməlidirlər.

 

O, hakimiyyətin “siyasi dilənçilik”dən qurtarmalı olduğunu deyib və iddia edib ki, Paşinyan doğru olmayan yolla gedir.

Sərkisyan sözlərinin revanşizm kimi qəbul edilməməsini də istəyib.

Böyük Britaniya Baş naziri Boris Conson Ukraynaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Britaniya baş nazirinin dəftərxanasından məlumat verilib.

 

Məlumata görə, fevralın 1-də baş tutacaq səfər zamanı Conson Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək. Consonla yanaşı Britaniya xarici işlər naziri Lis Trass da səfərdə iştirak edəcək.

Qeyd edilib ki, Ukrayna səfərindən sonra Boris Conson Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.

Təəssüf ki, ABŞ mediası son aylarda Ukraynada və onun ətrafında baş verənlərlə bağlı çoxlu sayda təsdiqlənməmiş, təhrif olunmuş və ya bilərəkdən yalan və təxribat xarakterli xəbərlər dərc edir.

Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Bu, demək olar ki, hər kəs üçün aydındır, ona görə də bu cür yaz

Baş nazir yaxın günlərdə diplomatik səylərə rəhbərlik edəcək, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək və bölgəyə səfər edəcək.

Axar.az xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Liz Trass deyib.

 

O, Rusiyanın Ukraynaya qarşı fəaliyyətinin Avropa təhlükəsizliyinin əsasını zəiflətdiyini vurğulayıb:

“Sabah Britaniya Rusiyaya təzyiq göstərmək üçün BMT Təhlükəsizlik Şurasının danışıqlarında iştirak edəcək. Yaxın iki həftə ərzində Moskvaya uçacağam. Hazırda Ukrayna ilə sərhəddə 100 mindən çox əsgər toplanıb. Rusiya daha əvvəl də Ukraynaya hücum edib, 2014-cü ildə Krımı qeyri-qanuni ilhaq edib və Donbas bölgəsinə savaş gətirib. Deməli, təhlükə realdır", - deyə Trass bildirib.