Qazaxıstanın birinci prezidentinin qızı, parlamentin deputatı Dariqa Nazarbayevanın COVİD-19-dan əziyyət çəkdiyi üçün reabilitasiya ilə əlaqədar ödənişsiz məzuniyyəti hələ də davam edir.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat verib.
“Hazırda o, Nur-Sultandadır və koronovirusdan sonra reabilitasiya kursunu keçməyə davam edir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, D.Nazarbayeva adı hakim Nur Otan Partiyasının Siyasi Şurasının bu gün yenilənən siyahısında yoxdur.