Yaxın gələcəkdə İran, Azərbaycan və Türkiyə rəsmilərinin iştirakı ilə Tehranda üçtərəfli iclas keçiriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.
S.Xətibzadənin sözlərinə görə, iclasda bir çox məsələlər, o cümlədən regional əməkdaşlıq müzakirə olunacaq.
İranlı rəsmi iclasın baş tutacağı tarixi açıqlamayıb.