Baş nazir yaxın günlərdə diplomatik səylərə rəhbərlik edəcək, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək və bölgəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Liz Trass deyib.
O, Rusiyanın Ukraynaya qarşı fəaliyyətinin Avropa təhlükəsizliyinin əsasını zəiflətdiyini vurğulayıb:
“Sabah Britaniya Rusiyaya təzyiq göstərmək üçün BMT Təhlükəsizlik Şurasının danışıqlarında iştirak edəcək. Yaxın iki həftə ərzində Moskvaya uçacağam. Hazırda Ukrayna ilə sərhəddə 100 mindən çox əsgər toplanıb. Rusiya daha əvvəl də Ukraynaya hücum edib, 2014-cü ildə Krımı qeyri-qanuni ilhaq edib və Donbas bölgəsinə savaş gətirib. Deməli, təhlükə realdır", - deyə Trass bildirib.