ABŞ-da cümə günündən başlayan güclü qar və çovğun həyatı iflic etməyə davam edir.

Axar.az xəbər verir ki, fırtınanın intensivliyinin saatda 100 kilometri keçdiyi Massaçusets ştatında 113 min insan işıqsız qalıb, sahilyanı ərazilərdə yaranan yüksək dalğalar səbəbindən bəzi yerlərdə daşqınlar olub.

 

Güclü qarın təsirinə məruz qalan Nyu Yorkda da 600-dən çox insan işıqsız qalıb.

Qeyd edək ki, pis hava şəraiti səbəbindən Boston və Vaşinqton arasında qatar səfərləri dayandırılıb, ölkənin ən işlək hava limanlarında 4500-dən çox reys ləğv edilib.

Qərb Ukraynanı NATO-ya çəkmək istəyir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 

“Hər dəfə belə çıxır ki, onların müdafiə etdiyi xətt şərqə doğru irəliləməlidir. İndi o, Ukraynaya yaxınlaşıb. Bu ölkəni alyansa sürükləmək istəyirlər. Baxmayaraq ki, Ukraynanın NATO-nun təhlükəsizliyinin möhkəmləndirilməsinə hazır olmadığı və buna heç bir töhfə verməyəcəyi hər kəsə aydındır”, - Lavrov bildirib.

Rusiya müharibə istəmir.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

“Biz müharibə istəmirik. Bu bizə lazım deyil. Qərbdə bunu bizə sırımaqla öz eqoist istəklərini həyata keçirirlər”, - Patruşev bildirib.

 

Patruşev qeyd edib ki, Rusiya təhlükəsi barəsində danışılanlar tamamilə əsassızdır:

“Hazırda deyirlər ki, Rusiya Ukraynanı təhdid edir. Tam cəfəngiyyatdır. Heç bir təhdid yoxdur. Ukraynanın rəsmi şəxsləri də heç bir təhlükənin olmadığını deyirlər. Amerika rəsmiləri isə təsdiq edir ki, təhlükə var və onlar sonuncu ukraynalıya silah verməklə döyüşə hazırlaşırlar. Onları tərəflərin itkiləri maraqlandırmır”.

Rusiya ABŞ-la yaxşı, qarşılıqlı hörmətə əsaslanan, bərabərhüquqlu münasibətlər istəyir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 

“Biz ABŞ-la, eləcə də dünyanın istənilən başqa ölkəsi ilə yaxşı, bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər istəyirik. Rusiya Prezidenti Vladimir Putin də Cenevrədə ABŞ Prezodenti Co Baydenlə görüşü zamanı bunu demişdi. Rusiyanın da, ABŞ-ın da öz maraqları var. Biz təhlükəsizliyimizin hər gün pozulduğu bir vəziyyətdə qalmaq istəmirik”, - Lavrov bildirib.

NATO Rusiyanın Ukrayna ilə bağlı hansı addımlar atmaq niyyətində olduğunu bilmir.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq BBC-yə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, NATO vəziyyətin gərginləşəcəyi təqdirdə Ukraynaya qoşun yeritməyi planlaşdırmır, lakin Ukraynanı silahla təmin edəcək və Moskvaya qarşı sanksiyalar tətbiq edəcək.

Şimali Kiprdə rifahın yüksəldilməsi səyləri Türkiyə tərəfindən dəstəklənəcək.

Axar.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.

 

O bildirib ki, deputatların andiçmə mərasimindən sonra hökuməti quracaq şəxsə səlahiyyət verəcək.

Qeyd edək ki, Şimali Kiprdə növbədənkənar parlament seçkiləri yanvarın 23-də keçirilib.

Xorvatiyanın baş naziri (Andrej Plenkoviç – red.) özünü “Ukraynanın agenti” və “piyada”sı kimi aparır.

Axar.az xəbər verir ki, bunu Xorvatiya Prezidenti Zoran Milanoviç deyib.

“O özünü ukraynalı agent kimi aparır. Mən isə Xorvatiyanın prezidenti kimi. Bu, böyük fərqdir. Orada heç vaxt işgüzar səfərdə olmamışam, Rusiya səfiri ilə qəhvə içməmişəm”, - Milanoviç deyib.

 

Milanoviç Ukraynanın dünyanın ən korrupsiyalı ölkəsi olması və onun NATO-da yerinin olmadığı barədə fikrini dəyişmədiyni, eyni zamanda, Ukraynanın termonüvə ölkəsi ilə qarşıdurmaya girməməli olduğunu vurğulayıb.

Xorvatiya prezidenti eyni zamanda bildirib ki, Avropa Birliyi Ukraynaya münasibətdə məsuliyyətsizlik edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) təbii qaz resursları ilə bağlı səsləndirdikləri fikirləri sərt tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

“Ana müxalifət nə edir? Təbii qaz ehtiyatlarının bir həftəlik ömrü var deyir. Siz nə zaman düz danışacaqsınız? Bizim belə bir narahatlığımız yoxdur. Təbii qaz ehtiyatlarımız kifayət qədərdir. Bundan başqa, Duz gölünün altında da ehtiyatlarımız mövcuddur. Lazım olan bütün tədbirləri görürük”, - Ərdoğan bildirib.