NATO Rusiyanın Ukrayna ilə bağlı hansı addımlar atmaq niyyətində olduğunu bilmir.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq BBC-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO vəziyyətin gərginləşəcəyi təqdirdə Ukraynaya qoşun yeritməyi planlaşdırmır, lakin Ukraynanı silahla təmin edəcək və Moskvaya qarşı sanksiyalar tətbiq edəcək.