Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini ölkəsinə səfərə dəvət edib.
Axar.az xəbər verir ki, bu barədə R.T.Ərdoğan mediaya açıqlamasında deyib.
Türkiyə lideri bildirib ki, rusiyalı həmkarından cavab gözləyir.
Bakıda, Azərbaycan cəmiyyətində, hətta bəzi rusiyalı ekspertlər arasında belə bir anlayış nəzərdən qaçılır ki, Ermənistan tərəfinin sülh müqaviləsi və Zəngəzur dəhlizi məsələsində süründürməçiliyindən istifadə edilərək, Azərbaycanı yeni hərbi münaqişəyə sövq etməyə cəhd edən təxribatçılar var.
Bu sözləri Axar.az-a müsahibəsində rusiyalı hərbi ekspert, politoloq Aleksandr Perenciyev deyib.
Perenciyevin sözlərinə görə, mövcud maneələri dəf etmək üçün üçtərəfli işçi qrupu çalışır:
“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin həll, sülh müqaviləsi danışıqlarının başlanması ilə bağlı məsləhətləşmələr aparılır”.
Rusiyalı politoloq Ermənistanın sülh prosesinə daimi maneə yaradacağı təqdirdə Azərbaycanın təkliflərdən imtina edəcəyi barədə mülahizələrə də toxunub:
“Yeni müharibə 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il bəyanatları ilə müəyyən edilmiş sülh prosesinə ciddi zərbə vurar. Müharibəyə tələsməyin, cənablar! Azərbaycanla Ermənistan arasında problemlərin sülh yolu ilə həlli mexanizmləri hələ də tükənməyib. Azərbaycanın özünün isə pul yatırmaq üçün daha uğurlu yeri var - işğaldan azad edilmiş ərazilərin inkişafına”.
Rusiyanın bütün sərhəd boyu Ukraynaya genişmiqyaslı hücumu üçün hələ ki, kifayət qədər qüvvəsi yoxdur.
Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Sərhəd boyunca və işğal olunmuş ərazilərdə toplanmış rus qoşunlarının sayı çoxdur və Ukrayna üçün birbaşa təhlükə yaradır. Lakin bu say Ukraynaya qarşı tammiqyaslı hücum üçün yetərli deyil. Üstəlik, belə genişmiqyaslı hücumu həyata keçirmək üçün hələ də bəzi mühüm hərbi xüsusiyyətlərə və sistemlərə malik deyillər”, - Kuleba bildirib.
Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcək.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Seyid İbrahim Rəisi yanvarın 26-da ölkəsində rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
İran Prezidenti həmçinin xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Seyid İbrahim Rəisi iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayıb.
Qərb ölkələri Ukraynanı təxribata çəkərək Donbasdakı münaqişəni hərbi yolla həll etməyə çalışırlar.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Qərb hər hansı real təxribat istəyir”, - Lavrov bildirib.
Özümü heç bir federal vəzifədə görmürəm. Yerim Çeçenistan Respublikasındadır, oradan da ayrılmayacağam.
Axar.az xəbər verir ki, bu sözləri Çeçenistanın rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.
“Mən həmişə deyirəm və təkrar edirəm ki, özümü heç bir federal vəzifədə görmürəm: nə prezident, nə də nazir və sairə”, - o vurğulayıb.
Həbsdə olan rusiyalı bloger Aleksey Navalnının qardaşı Oleq barəsində axtarış elan olunub.
Axar.az xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.
Axtarışa onun yaşayış yerində olmaması səbəb olub.
Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Suriya Prezidenti Bəşər Əsəd ölkə daxilində və xaricində bütün fərarilər üçün tam amnistiya elan edib.
Axar.az xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.
Əfv qərarına əsasən, Suriyada olanlar 3 ay, ölkə xaricində olanlar isə könüllü olaraq hərbi komissarlıqlara 4 ay müddətində gəlməlidir.
Vladimir Putin hələ 2007-ci ildə Münhen konfransında çıxışı zamanı xəbərdarlıq etmişdi ki, Rusiyanın ABŞ və NATO-dan təhlükəsizlik zəmanətinə ehtiyacı var. Amma bu mesajı o vaxt heç kim anlamadı, nəticədə Moskva və Qərb arasında münasibətlərdə böhran yenidən gərginləşir.
Axar.az xəbər verir ki, bunu amerikalı ekspert Ted Karpenter “Nəşnl İnterest” nəşrindəki məqaləsində bildirib.
“2007-ci il Münhen Təhlükəsizlik Konfransındakı çıxış Rusiyanın ümumilikdə NATO siyasətinə, xüsusən də alyansın şərqə genişlənməsinə təxribat və təhdid kimi baxıb-baxmaması ilə bağlı bütün şübhələri aradan qaldırmalı idi. Putin qərbli həmkarlarına kursu dəyişməklə bağlı xəbərdarlıq etmişdi”, - Karpenter bildirib.