Arzu Nağıyev: “Türkiyədə terror aktlarının yenidən baş verməsi gözlənilmir”
Yeni Zelandiyanın Kraystçerç şəhərində müsəlmanların ibadət etdiyi məsciddə törədilən terror hazırda dünya gündəminin ən çox müzakirə edilən məsələsidir. Belə ki, törədilən terror aktı 49 nəfərin ölümü, 40-a yaxın insanın yaralanması ilə nəticələnib. Hadisə zamanı məsciddə təxminən 300 nəfər ibadət edirmiş.
Terrorçu 28 yaşlı Brenton Tarrant hadisəni sosial şəbəkədə canlı yayımlayıb, bu qan donduran görüntülər qısa zamanda dünya mediasında yayılıb. Həm Yeni Zelandiya hökuməti, həm də beynəlxalq təşkilatlar, lider dövlətlər hələ ki, hadisəyə siyasi-hüquqi qiymət verməkdə çətinlik çəkir, bunun terror aktı deyil, silahlı hücum olduğunu sübut etməyə çalışırlar.
Hadisədən sonra Yeni Zelandiyanın baş naziri Jacinda Ardern qanlı hücumdan sonra ölkədəki silah əldəetmə qanunlarının dəyişəcəyini bildirib. Baş nazir Ardern qeyd edib ki, Kraystçerç şəhərində məscidə hücumu həyata keçirən terrorçu 2017-ci ilin dekabrında silah lisenziyası alıb və qətliamda 2-si yarı avtomatik, 2-si ov tüfəng olmaqla, ümumilikdə 5 silahdan istifadə edib: “Silah lisenziyalarının verilməsi və bu silahların saxlanılmasından dolayı baş verən hadisə üzərində iş aparılarkən hazırda silah qanunlarımızın dəyişəcəyini deyə bilərəm”.
Yeni Zelandiya qanunlarına görə, silah rüsxəti hər hansı bir cinayətkar keçmişi olmayan, 16 yaşından böyük və əsaslı səbəbi olanlara verilir. Terror hadisəsinin baş verdiyi şəhərə gedib, Al Nur və Linwood Məscidlərində və regionda araşdırmalar edəcəyini deyən baş nazir Ardern xəstəxanalarda 2-sinin vəziyyəti kritik, 40 yaralının olduğunu qeyd edib.
Ölkəsinin yasda olduğunu deyən baş nazir regiona kəşfiyyat əməkdaşlarının da yer aldığı, əlavə təhlükəsizlik qruplarının sövq edildiyini diqqətə çatdırıb. Lakin nə o, nə də digər bir siyasi lider hadisəni terror aktı adlandırmayıb. Bunun yalnız saxlanılan şəxslərin verdiyi ifadədən sonra açıqlanacağı vurğulanıb.
Türkiyə Super Liqasında XXVI tur başa çatıb. ONA-nın məlumatına görə, turun ikinci günündə üç oyun keçirilib.
Çempionatın lideri “Başakşəhər” Kayseri səfərində xal itirib. İstanbul klubu “Kayserispor”un qapısına 90+8-ci dəqiqədə təyin edilən penalti ilə məğlubiyyətdən qaçıb – 1:1.
Liderin ən yaxın izləyicisi “Qalatasaray” isə “Bursaspor”un qonağı olub. İki top geridə olduqları görüşdə əzmkar qələbə qazanan “sarı-qırmızılar” “Başakşəhər”lə xal fərqini 6-ya endirib.
“Yeni Malatyaspor” turu qələbə ilə başa vurub. “Ankaragücü”nü qəbul edən malatyalılar 3:1 hesabı ilə qalib gəlib.
Türkiyə Super Liqası
XXVI tur
17 mart
“Yeni Malatyaspor” – “Ankaragücü” – 3:1
Adem Böyük, 55 (pen.), Gilyerme, 58, İldiz, 90+4 – Orgil, 72
“Kayserispor” – “Başakşəhər” – 1:1
Çinaz, 20 – Adebayor, 90+8 (pen.)
“Bursaspor” – “Qalatasaray” – 2:1
Sako, 16, Saivet, 42 – Ndiaye, 45, Dianye, 56 (pen.) – Fequli, 63
Hindistanın maliyyə naziri Arun Ceytli tvitterdəki şəxsi akkauntunda ölkə üçün gündəm yaradacaq qeydlər edib.
Nazir əvvəlcə baş nazir Narendra Morini Çin Xalq Respublikasının sədri Si Tzinpinin “qabağında tir-tir əsməkdə” suçlayanlara cavab verib.
Qeyd ounur ki, Hindistan müxalifəti öz ittihamını ölkə rəhbərliyinin Çinin BMT Təhlükəszilik Şurasında “Caiş-e Muhammed” qruplaşmasının rəhbəri Məsud Əzharı beynəlxalq terroristlərin siyahısına salmaq barədə qətnaməni veto etməsini qınamaması ilə əsaslandırır.
Həmin qrup isə Cammu və Kəşmir ştatlarındakı son terror hadisələrində günahkar hesab edilir.
Hindistanın “Bharat Tayms” agentliyinin məlumatına görə Arun Centli hökumət tənqidçilərinə tarixə müraciət etməyi məsləhət görüb.
Onun sözlərinə görə vaxtilə Çinin BMT-nin Təhlükəsizlik Şurasının veto hüququna sahib 5 ölkəsindən birinə çevrilməsində ölkəyə uzun müddət rəhbərlik edən Hindistan Milli Konqresi və onun rəhbəri baş nazir Cəvahirləl Nehru günahkardır.
Bundan başqa, maliyyə naziri məhz C. Nehrunun “ölkənin qeyri-qanuni şəkildə bölünməsinə”, bunun nəticəsində isə Hindistan üçün həllolunmaz məsələyə çevrilən Cammu və Kəşmir probleminin yaranmasına görə məsuliyyət daşıdığını yazıb.
“Türkiyə yaxında Rusiyadan S-400 zenit raket kompleksini təhvil alacağı üçün üst-üstə iki il ABŞ-ın sanksiyalarına məruz qalacaq”.
Publika.az xəbər verir ki, bu barədə mərkəzi Londonda yerləşən “The Economist” dərgisi geniş məqalə yayımlayıb.
Məqalədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ ilə NATO-nun qarşı çıxdığı S-400 müdafiə sistemlərinin alınması ilə bağlı dediyi “kimsə bizdən tüpürdüyümüzü yalamağımızı gözləməsin” sözlərini xatırladıb. S-400-ün rəqib sistemlərlə müqayisədə 2,5 milyard dollar daha ucuz olduğu vurğulanan məqalədə Türkiyənin bu satışın altından qalxa bilməyəcəyi ehtimalları da dəyərləndirilib:
“Razılaşmadan vaz keçməzsə, ya da S-400-ün NATO-da yaratdığı təşvişi azaltmazsa, Türkiyə özünü ABŞ-ın maliyyə sanksiyaları ilə qarşı-qarşıya görəcək. Saat işləyir. Rusiya batareyaların ilk təhvil mərhələsini iyul ayında gerçəkləşdirməyi planlaşdırır. ABŞ Xarici İşlər və Müdafiə nazirlikləri S-400-lərin alış-verişinin ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Pentaqona görə, Türkiyə Amerikadan 100 döyüş təyyarəsi almağı ehtiva edən F-35 proqramından çıxarılmaq, bundan başqa, Rusiya kəşfiyyatı və müdafiə sektoru ilə təmas quran şəxs və qurumlara qarşı CAATSA adlı qanun çərçivəsində sanksiyaya məruz qalmaq riski ilə qarşılaşacaq. Bu durum xaos yaradacaq. Amerika Türkiyənin F-35 proqramı üçün verdiyi 1 milyard dolları geri vermək məcburiyyətində olacaq. Türk istehsalçılar əhəmiyyətli detalları istehsal edir. Bunların yerinə yenisini tapmaq iki ilə başa gələcək”.
Məqalənin sonunda qeyd edilib ki, Türkiyə bundan sonra istəsə də S-400 sistemlərindən vaz keçə bilməyəcək. Çünki başda Suriya mövzusu olmaqla, Rusiya ilə Türkiyə arasında olduqca ciddi gərginlik yarana bilər: “Ərdoğan rus silahlarını anbarda saxlayaraq, ya da başqa ölkəyə sataraq böhrandan xilas ola bilər. Amma bu da kifayət etməyəcək. Amerika sadəcə sistemin yerləşdirilməsinə deyil, alınmasına da qarşıdır. Çox mütəxəssis artıq bir böhranın yaşanıb-yaşanmayacağını deyil, nə zaman və necə yaşanacağını düşünür. Bəziləri Amerikanın Türkiyədəki 31 mart seçkilərindən öncə Ərdoğana təzyiq göstərib dalana dirəyəcəyini belə deyir”.
“Dünyanın ən az 50 ölkəsi ABŞ-a zərər yetirmək potensialına malikdir və bu administrasiyanı olduqca narahat edir”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət Departamentinin Siyasi planlaşdırma idarəsinin rəhbəri Kiron Skinner Starteji və beynəlxalq araşdırmalar mərkəzində söylədiyi nitqində çıxış edib.
Xanım Skinnerin çıxışı mərkəzin saytında dərc olunub.
Dövlət departmentinin rəsmisinin sözlərinə görə, XX əsrdə ABŞ-ın əsas rəqibi nüvə silahına malik olmasına baxmayaraq, Çin yox, SSRİ sayılıb. İndi isə ÇXR həm hərbi, həm də iqtisadi sahədə rəsmi Vaşinqton üçün təhdid törədir.
“Bundan başqa, ABŞ-a kiber, iqtisadi, informasiya müharibələri ilə zərər yetirəcək 50 ölkənin adını çəkmək olar. İndi biz tamamilə ayrı dünyada yaşayırıq”,- deyə K.Skinner vurğulayıb.
Qeyd olunur ki, keçən ilin oktyabrında Birləşmiş Ştatların hərbçiləri arasında keçirilən sorğuda ordu mənsublarının az qala yarısı ölkənin irimiqyaslı müharibəyə cəlb olunacağına əminliklərini ifadə etmişdilər. Onlar əsas düşmən olaraq Rusiya və Çini gördüklərini bildiriblər.
Rusiya bu məsələdə 71%-lə önə çıxıb. Bu isə hərbçilər çün Rusiya təhlükəsinin 2017-ci illə müqayisədə 18% artdığını göstərib. Ordunun 69%-i Çini də potensial təhlükə saydığını bildirib.
Maraqlıdır ki, 2017-ci ildə hərbçilərin 72%-nin təhlükəli hesab etdiyi Şimali Koreya 2018-ci ildə daha az təhdid potensialına malik olub -46% . İran 41%, Suriya 24%, Səudiyyə Ərəbistanı 18%, İraq və Əfqanıstan isə 13%-lə ABŞ-a qarşı düşmən olan ölkələr sırasında sadalanıb.
ABŞ-ın milli təhlükəsizliyinə yönəlik ən böyük təhdidin isə kiberterrorizm olduğu vurğulanıb. Bir çoxları Birləşmiş Ştatlaırn kibermüharibələrə hazır olmadığını düşünür.
ABŞ hərçbilərinin üçdə bir hissəsi ölkənin bu sahədə apardığı siyasəti bəyənmədiklərini söyləyiblər.
ABŞ prezidenti Donald Tramp ölkədəki sol siyasətçilərin özlərini olduqca “xoş və sərt” göstərmələrinə rəğmən mahiyyətcə əsl qəddar olduqlarını söyləyib.
Bu barədə o, sağ radikalların mövqelərini müdafiə edən “Breitbart News” saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, sağ siyasətçilər, ümumiyyətlə, sərt olurlar. Lakin solçular onlardan daha kəskin oyun oynayırlar. Prezident polis, ordu və hətta baykerlər içində dəstəyini olduğunu ifadə edib.
“Buna rəğmən onların heç biri gərək olmadan lüzumsuz hərəkətlər etmirlər. Solçular fərqli davranırlar. İndi onlar Konqresdə boş-boş işlərlə, mənasız təhqiqatlarla məşğuldurlar. Bu adamların hərəkətləri əsl iyrənclikdir. Respublikaçılar heç vaxt belə olmayıb”, -deyə Tramp bildirib.
Donald Tramp öz partiyadaşlarını da tənqid edib. O, Nümayəndələr palatasının keçmiş spikeri Pol Rayanı siyasi opponentlərə qarşı təhqiqat aparılmasına əngəl törətdiyini söyləyib. Onun sözlərinə görə, Pol Rayan dəfələrlə sol demokratlara informasiya almaq üçün yönəldilən sorğuları blok edib.
“Pol Rayan sədrliyi dövründə sağçılara ölkə gündəmini maraqlandıran məsələləri qaldrımağa imkan verməyib”,-deyə prezident bildirib.
Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namı öldürməkdə şübhəli bilinən indoneziyalı qadın azad edilib.
Bu barədə BBC məlumat yayıb.
Siti Asiya 2017-ci ildə Kuala Lampur aeroportunda Kimin üzünə VX toksik maddəsi sürtməkdə ittiham olunurdu.
Asiya və onunla əlbir olmaqda şübhəli bilinən vyetnamlı Doan Ti Honq qətllə bağlı ittihamı rədd edir və yumoristik xarakterli qurama televiziya şousunda iştirak etdiklərini güman etdiklərini bildirir.
Belə ki, onların vəkillərinin dediyinə görə, tanımadıqları şəxs onlara “prank”də iştirak edərək, aeroportda və hotellərdə olan insanların üzlərinə maye sürtmələrinə görə yaxşı pul ödəyib.
Məlumata görə, hakim prokurorun vəsatəti əsasında qətllə bağlı cinayət işinə xitam verib. Habelə AFP agentliyi bunun bəraət qərar olmadığını və onun başqa maddə ilə mühakimə oluna biləcəyini yazır.
Təqsiri sübuta yetirilsəydi, Siti Asiya ən ağır cəza – ölüm cəzası ilə üzləşəcəkdi.
Xatırladaq ki, insident 13 fevral 2017-ci ildə baş verib. Kuala Lampurdan Makaoya uçan təyyarəyə minməyə çalışan Kim Çon-Nama iki qadın yaxınlaşıb və əllərini onun üzünə sürtərək, ərazidən uzaqlaşıblar.
Bir müddətdən sonra halı dəyişən Kim xəstəxanaya çatdırılan vaxt yolda keçinib. Məhkəmə tibbi ekspert müayinəsi onun bədənində toksik VX maddəsinin izlərini aşkarlayıb.
Şimali Koreya rəhbərliyi Kim Çen-Namın qətlinin sifarişçisi olması ilə bağlı iddiaları təkzib edir. Lakin qətl günü Malayziyanı dörd şübhəli şimali koreyalının tərk etməsi müəyyən şübhə toxumu səpir.