Qəzza zolağında HƏMAS briqadasının snayper bölməsinin yüksək rütbəli komandiri Mumin Əl-Cəbari məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, Əl-Cəbari Qəzza zolağında İsrail əsgərlərinə qarşı terror hücumları həyata keçirib.
Keçmiş məktəb binasında gizlənən HƏMAS üzvü İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürülüb.
Vurğulanıb ki, hücumdan əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün addımlar atılıb.