Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namı öldürməkdə şübhəli bilinən indoneziyalı qadın azad edilib. 

Bu barədə BBC məlumat yayıb.

Siti Asiya 2017-ci ildə Kuala Lampur aeroportunda Kimin üzünə VX toksik maddəsi sürtməkdə ittiham olunurdu.

Asiya və onunla əlbir olmaqda şübhəli bilinən vyetnamlı Doan Ti Honq qətllə bağlı ittihamı rədd edir və yumoristik xarakterli qurama televiziya şousunda iştirak etdiklərini güman etdiklərini bildirir.

Belə ki, onların vəkillərinin dediyinə görə, tanımadıqları şəxs onlara “prank”də iştirak edərək, aeroportda və hotellərdə olan insanların üzlərinə maye sürtmələrinə görə yaxşı pul ödəyib.

Məlumata görə, hakim prokurorun vəsatəti əsasında qətllə bağlı cinayət işinə xitam verib. Habelə AFP agentliyi bunun bəraət qərar olmadığını və onun başqa maddə ilə mühakimə oluna biləcəyini yazır.

Təqsiri sübuta yetirilsəydi, Siti Asiya ən ağır cəza – ölüm cəzası ilə üzləşəcəkdi.

Xatırladaq ki, insident 13 fevral 2017-ci ildə baş verib. Kuala Lampurdan Makaoya uçan təyyarəyə minməyə çalışan Kim Çon-Nama iki qadın yaxınlaşıb və əllərini onun üzünə sürtərək, ərazidən uzaqlaşıblar.  

Bir müddətdən sonra halı dəyişən Kim xəstəxanaya çatdırılan vaxt yolda keçinib. Məhkəmə tibbi ekspert müayinəsi onun bədənində toksik VX maddəsinin izlərini aşkarlayıb.

Şimali Koreya rəhbərliyi Kim Çen-Namın qətlinin sifarişçisi olması ilə bağlı iddiaları təkzib edir. Lakin qətl günü Malayziyanı dörd şübhəli şimali koreyalının tərk etməsi müəyyən şübhə toxumu səpir.

 

Mövzu ilə əlaqədar

25 Noyabr 2024 Türkiyədə təyyarə yanğını: Rus diplomatlar gəldi
25 Noyabr 2024 Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
25 Noyabr 2024 Almaniya hazır olsun, Putin müharibəyə başlayır - Şleqel
22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi
21 Noyabr 2024 BMT İranla bağlı qətnaməni qəbul etdi
21 Noyabr 2024 Kabellər buna görə qırılıb, “Moskvanın əli”ni axtarmayın
21 Noyabr 2024 Nüvə savaşı istəmirik, danışmalıyıq - ABŞ admiralı
21 Noyabr 2024 Hakimiyyətin Trampa keçməsinə hazırıq - Admiral
21 Noyabr 2024 Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
20 Noyabr 2024 ATACMS-lar Rusiyanı vurdu: Putinin iş qrafiki… - Peskov
20 Noyabr 2024 Rusiyaya ATACMS-la zərbə: Tramp hərəkətə keçir
20 Noyabr 2024 Çin lideri Ukraynadan danışdı: Görmək istəmirik!
20 Noyabr 2024 Kursk üzərində iki Ukrayna raketi vuruldu