Zelinski bütün müsəlman dünyasından üzr istədi















Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenski, verilişlərindən birində Çeçenistan rəhbəri Ramzan Kadırovun dua etdikdən sonra ağlaması kadrlarından istifadə etdiyinə görə müsəlmanlardan üzr istəyib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Zelenskinin sözlərinə görə, o, bu video-çarx barədə məlumatsız olub, çünki proqramı digər redaktor qrupu hazırlayıb: “Mənə zəng olundu və bu video barədə nə düşündüyüm soruşuldu. Mən bildirdim ki, çarxın məğzi barədə məlumatsızam. Mən yenidən baxaram”.

“Din ağrılı mövzudur və digər bir dinin həssas nöqtəsinə toxunmaq yaxşı deyil. Müsəlman dünyası qarşısında mən öz uşaqlarımızın adından üzr istəyirəm” – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, verilişdə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun duadan sonra 2004-cü ildə terror aktları zamanı həlak olan atası üçün ağladığını əks etdirən kadrlar yayımlanıb. Montaj vasitəsilə Çeçenistan rəhbərinin aşırılan Lenin heykəli üçün ağladığı göstərilib.

Xatırladaq ki, Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) rəsmən Vladimir Zelenskini prezident seçkilərinin qalibi elan edib. MSK-nın məlumatına görə, o, seçkilərdə seçicilərin 73,23%-nin səsini toplayıb. Onun rəqibi, hazırkı prezidenti Pyotr Poroşenko isə 24,45% səs yığıb.

Zelenskinin inauqurasiya mərasiminin keçirilmə gününü Ali Rada təsdiqləməlidir. Qanunvericiliyə əsasən, inauqurasiya mərasimi seçkilərin rəsmən elan olunmasından 30 gün gec olmamaq şərti ilə keçirilməlidir. Bu halda isə inauqurasiya mərasimi mayın 30-a qədər keçirilməlidir.
Gürcüstan prezidentinin Keşikçidağ israrının pərdəarxası














Politoloq: “Məqsəd heç də Azərbaycanla münasibətləri pozmaq deyil, aşağı dərəcəli “kontrollu gərginlik” siyasəti yeridilir”

“Gürcüstanda prezidentlik institutu simvolikdir və bu vəzifəni tutan şəxsin heç bir icra səlahiyyəti yoxdur. Bu ölkədə parlament üsul-idarəsi mövcuddur, prezident dövlət siyasətinin müəyyən olunmasında rol oynamır və bütün səlahiyyətlər baş nazirin əlindədir. Amma Salome Zurabişvili seçildikdən bəri çox aktiv fəaliyyəti ilə diqqəti cəlb edir, hətta zaman-zaman baş naziri də kölgədə qoyur”.

Politoloq Şahin Cəfərli bu fikirləri Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla sərhəddəki Keşikçidağ kompleksi ilə bağlı iddiaları barədə Musavat.com-a açıqlamasında söylədi. Ekspertin sözlərinə görə, Gürcüstanın siyasi sistemindən xəbərsiz olan kənar müşahidəçiyə elə gələ bilər ki, bu ölkədə prezident əsas söz və səlahiyyət sahibidir: “Mən Salome Zurabişvilinin hiperaktivliyini iki səbəblə əlaqələndirərdim: birincisi, o diplomatdır və uzun illər Fransa XİN sistemində fəaliyyət göstərdikdən sonra Gürcüstanda xarici işlər naziri vəzifəsini tutub. Belə görünür ki, Zurabişvili prezident qismində yenidən dövlət vəzifəsinə qayıtdıqdan sonra ən yaxşı bacardığı sahə ilə, yəni xarici siyasətlə məşğul olmağa üstünlük verib. Halbuki xarici siyasət hökumət tərəfindən müəyyənləşdirilir, istər baş nazir, istərsə də xarici işlər naziri bu barədə parlamentin qarşısında məsuldurlar. Prezidentin bu sahədə səlahiyyətləri səfir vəzifəsinə namizədləri təqdim etmək və bəzi məqamlarda dövləti beynəlxalq arenada təmsil etməklə məhdudlaşır. İkincisi, istisna etmirəm ki, Zurabişvilinin bəzi addımları və bəyanatları “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvilinin tapşırıqlarının nəticəsidir. Sirr deyil ki, Zurabişvilini bütün siyasi və maddi gücünü ortaya qoyaraq məhz İvanişvili prezident seçdirdi. İndi mümkündür ki, İvanişvili ona borclu olan prezidentin vasitəsilə istər daxildə, istərsə də xaricdə müəyyən mövzularla bağlı ictimai rəyi yoxlayır, gələcəkdə hökumət səviyyəsində verilməsi düşünülən qərarlara mümkün reaksiyaları öyrənir”.

Ş.Cəfərli şübhə etmir ki, Azərbaycanla dövlət sərhədinin razılaşdırılmamış hissəsi ilə bağlı mübahisənin, o cümlədən Keşikçidağ (David Qareci) məsələsinin gündəmə gətirilməsi də bu qəbildəndir: “Zurabişvili vasitəsilə bu məsələni əvvəlki dövrlərdən bir qədər sərt şəkildə aktuallaşdırıb, həm Azərbaycanın reaksiyasını yoxlayırlar, həm də gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində radikal millətçilərin bəzi şüarlarını əllərindən alaraq öz elektoratlarını millətçi seçicilərin hesabına genişləndirmək istəyirlər. Məqsəd heç də Azərbaycanla münasibətləri pozmaq deyil, aşağı dərəcəli “kontrollu gərginlik” siyasəti yeridilir. Bakı narazılığını bildirərsə, cavab verəcəklər ki, prezidentin hərəkətləri hökumətlə razılaşdırılmayıb və onun bu sahədə qərar qəbul etmək səlahiyyəti yoxdur”.

Politoloq hesab edir ki, xanım Zurabişvili Gürcüstanda ABŞ hərbi bazalarının yaradılmasına qarşı çıxmaqla da İvanişvilinin mövqeyini ifadə edir. Ş.Cəfərli ABŞ hərbi bazalarının ölkə ərazisində yerləşdirilməsinə qarşı çıxdığı üçün impiçment təhlükəsi ilə üzləşən gürcü prezidentin “Rusiyanın adamı” olması barədə səslənən fikirlərə də münasibət bildirdi: “İvanişvili ilə Zurabişvili rusiyameylli siyasətçilər deyil. Sadəcə olaraq, İvanişvili Rusiya ilə münasibətlərdə çox ehtiyatlı davranır və çalışır ki, Moskvanı çox qıcıqlandırmasın. Son illər Gürcüstan-Rusiya ticarət dövriyyəsi artır, rusiyalı turistlərin Gürcüstana axını güclənir. Bu baxımdan prezidentin “Gürcüstanda ABŞ hərbi bazasının tikintisi məqsədəuyğun deyil və provokasiya kimi qiymətləndirilə bilər” açıqlaması təsadüfən verilməyib. Bu tip qeyri-populyar bəyanatları hökumət verə bilməz. Elə bu səbəbdən “Gürcü Arzusu”nun ikinci adamı və Tiflis meri Kaxa Kaladze dərhal bəyan etdi ki, hökumət prezidentin mövqeyini bölüşmür və Gürcüstan ABŞ-la müttəfiqliyə böyük önəm verir”.

Çexiyanın paytaxtı Praqada məhbuslarla dolu avtobus II Dünya Müharibəsi dövrünə aid ABŞ tanklarını daşıyan qoşqulu yük maşını ilə toqquşub. Daha sonra avtobusda yanğın baş verib.

ONA-nın “Rossiya 24” telekanalına istinadən verdiyi xəbərə görə, qəza nəticəsində bir nəfər ölüb, daha 14 nəfər xəsarət alıb. Penitensiar xidmətə məxsus avtobus isə tamamilə yanıb. Hadisədən sonra yolda 3 saatlıq tıxac yaranıb.

Bildirilir ki, tanklar Azadlıq Konvoyunda iştirak etmələri üçün gətirilib. Azadlıq Konvoyu ABŞ tərəfindən Avropada təşkil olunan bir aksiyadır.

İngiltərənin müdafiə naziri işdən qovuldu – Qalmaqallı səbəb















Böyük Britaniyanın baş naziri Tereza Mey Çinin “Huawei” telekommunikasiya şirkətinə informasiya sızdırmaqda ittiham edilən müdafiə naziri Qevin Uilyamsonu istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, Britaniya hökumətinin dəftərxanasının yaydığı açıqlamada baş nazir Meyin artıq Uilyamsona güvənmədiyi vurğulanıb.

Nazir Milli Təhlükəsizlik Şurasının toplantısından məlumat sızdırmaqda günahlandırılıb. Belə ki, şuranın iclasından sonra KİV-də “Huawei” şirkətinin Böyük Britaniyada beşinci nəsil mobil rabitə sistemi yaradacağına dair məlumat getmişdi.

Uilyamsonu bu postda Penni Mordont əvəzləyəcək. Hazırda o, beynəlxalq inkişaf naziri vəzifəsini tutur.

Qeyd edək ki, Qevin Uilyamson 2017-ci ildən Müdafiə naziri postunu tutub.
Tramp: “Gələn həftə Venesuelada çox şey baş verəcək, bəlkə də daha tez”















ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Venesueladakı münaqişənin nizamlanması üzrə vəziyyətlə bağlı gələn həftə, bəlkə də daha tez “çox şey olacağ”ına dair vəd verib.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu “Fox Business” telekanalının efirində Venesueladakı vəziyyəti şərh edərkən deyib.

“Bu, sadəcə dəhşətli vəziyyətdir. Biz bütün variantları nəzərdən keçiririk, insanlara kömək etmək istəyirik. Gələn həftə çox şey baş verəcək, bəlkə də daha tez”, – deyə Prezident bildirib.
"İnstaqram"ın işində problem yarandı














Bir sıra ölkələrində "Instagram" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
Milli.Az bildirir ki, sosial şəbəkənin işindən ən çox şikayətlənən ABŞ, Böyük Britaniya, İtaliya və Portuqaliya istifadəçiləridir.
İstifadəçilərinin əksəriyyəti (53%) xəbərlər lentasının baxması porblemi ilə üzləşiblər, 31% -i isə sosial şəbəkəyə daxil ola bilməyəcəyindən şikayət edir, 14% -i isə sosial şəbəkə saytına daxil ola bilmir.
Rusları “Krım Ukraynanındır” deməyə məcbur etdilər















Çexiyada bir otel ruslara xidmət göstərməkdən imtina edib.

Otel onların qarşısında “Krım Ukraynanındır” deməyi şərt kimi qoyub. Bizimyol.info xəbər verir ki, hadisə 2014-cü ildə baş verib. “Brioni Boutique Hotel” belə bir tələb irəli sürmüşdü. Ostrava şəhərində otelin rus qonaqları xidmət üçün “Krım Ukraynanındır” şərti ilə üzləşmişdi. Sonra onlardan bəzisi yazılı formada yarımadanın Ukraynaya məxsus olmasını etiraf edərək, xidmət görmüşdü.

Aktuálně.cz portalının yazdığına görə, Çexiya Konstitusiya Məhkəməsi otelin sahibini haqlı tərəf sayıb. Bundan əvvəl məhkəmə “Brioni Boutique Hotel”in administrasiyasını 5000 kron (təxminən 230) cərimə etmişdi. Amma indi tamam əks qərar çıxarılıb. Konstitusiya Məhkəməsi hesab edir ki, otel heç bir nifrət nümunəsi göstərməyib, sadəcə, Rusiyanın haqsız siyasi addımına etiraz ifadə olunub.

Hakim Voytex Şimiçek deyib ki, Krımın Rusiyanın tərkibinə keçirilməsi beynəlxalq hüquq normalarının pozulmasıdır və otel sahibinin emosional davranışı Çexiyanın xarici siyasəti ilə üst-üstə düşür. Bundan başqa, onun neytral siyasi mövqedən imtina haqqı var.
“Facebook”-un yeni görünüşü — FOTO















Türkiyə mediasına istinadən bildirir ki, Facebook bu gün “F8 Developer Konfransı”nda bu sosial medianın tamamilə dəyişmiş yeni interfeysi təqdim edib.
Mark Zukerberq çıxış etdiyi konfransda bu gündən etibarən sosial şəbəkənin görünüşünün aşağıdakı formada olacağını açıqlayıb:

“Facebook”-un yeni görünüşü — FOTO


Son 15 ilin ən böyük yeniliyini təqdim edən Facebook yeni görünüşü ilə əvvəlki dizaynından daha müasir və kreativ görünəcək.
Yeni Facebook həm mobil, həm də kompyuter versiyasında yeni gecə rejimi (dark mode) funksiyasının da olacağı deyilib.
Yenilənmiş Facebook bu gün ABŞ istifadəçiləri üçün yayımlanacağı bildirilsə də, digər ölkələrə nə zaman tətbiq ediləcəyi açıqlamada yer almayıb.
Jurnalist Bakıdakı “erməni kilsəsi”nin açılmasını təklif etdi – Səbəb















Azərbaycanlı jurnalist Günay Arda Bakıda yerləşən erməni kilsəsinin açılmasını təklif edib.
O, şəxsi feysbuk profilində bununla bağlı paylaşım edib. Həmin statusu olduğu kimi təqdim edirik:

1869-cu ildə eston memar Otto Gippusun rəhbərliyi altnda , Bakının tən ortasında kilsənin tikintisi başa çatdı. 1888-cü ildə kilsənin zəng qülləsi tikildi.

Çox qısa vaxtdan sonra (1903,12 iyun) Qafqazın mülki işlər üzrə baş rəisi Q.Qolitsının vəsatəti əsasında kilsənin mülkiyyəti Rusiyanın Torpaq və Əmlak Nazirliyinin idarəetməsinə keçməsinə dair imperator qanun imzaladı. Bu da o demək idi ki, mülkiyyəti Çar Rusiyasında hər hansı bir nazirliyin ixtiyarına keçən kilsə avtomatik ortodoks idarəetməsinə keçirdi. Çar Rusiyasında PROVASLAVLIQ VƏ QEYRİLƏRİ anlayışı var idi. Qısaca, Bakının mərkəzində Müqəddəs Qriqori adı ilə tikilən kilsənin erməniliyə, qriqorianlığa yaxından-uzaqdan heç bir dəxli yox idi.

Kilsənin tarixçəsi erməni xəyanətinin əbədiliyinin əyani sübutudur. Necə oldu ki, Qolistın belə bir vəsatət qaldırmağa məcbur oldu? Çünki bura heç vaxt dini məbəd kimi fəaliyyət göstərməmişdi. Ermənilər kilsəni siyasi mərkəzə çevirmişdi. Kilsədə antirus təbliğatı aparır, Daşnaksütun ideyalarını inkişaf etdirirdilər. Çar Rusiyasına qarşı inqilabi hərəkatın formalaşması üçün burada pullar toplanırdı. Bu işi isə üzərinə götürən adam erməni katalikosu idi.

Dəyişilməz fakt odur ki, kilsə 1903 –cü il , 12 iyunda provaslav-ortodoks idatəetməsinə keçib. Erməni Daşnaksutyun Terror Qruplaşması üçün pul toplayan obyekt olmaqdan çıxıb.

Mülkiyyətini itirmiş kilsə isə idarəetməsini, hər şeyini itirmiş olur. Kilsə hazırda Prezident Kitabxanasının nəznindədir, qiymətli arxiv materialları ilə zəngindir. Bu kilsəniin muzey kimi Azərbaycan vətəndaşlarının ixtiyarına verilməsi vacibdir. Kilsə- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi “Azərbaycan tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilib. Bir sözlə , bu kilsənin bizim üçün digər tarixi abidələrimizdən fərqi yoxdur.
Bakıya gələn provokatorlara imkan yaratmamalıyıq. Tarix hamıya açıq olmalıdır.

Turistlər bu kilsənin vasitəsilə, muzey formatında ermənilərin Bakıdakı xəyanət planlarından xəbərdar olmalıdır.

Bura simvolik yer olmalıdır. Erməni cinayətlərinə aid stendlər, filmlər burda baxışa çıxarılmalıdır.
İş adamını öldürdükdən sonra evə gəlib öz ailəsini qətlə yetirdi – Fotolar















Türkiyənin Sakarya şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Musavat.com xəbər verir ki,müdirini namaz qıldığı zaman öldürən İsmayıl Bozbay adlı şəxs hadisədən dərhal sonra evə gələrək ailəsini də qətlə yetirib.

Onu həbs etmək üçün evinə gələn polislər qorxunc mənzərə ilə qarşılaşıblar. İsmayıl Bozbay həyat yoldaşı Aycanı və balaca qızı Serranı qətlə yetirərək oradan da qaçıb. Aparılan araşdırmalar zamanı ilkin ehtimal olaraq İsmayıl Bozbayın bu qətlləri törətdikdən sonra intihar etdiyi düşünülüb.

İş adamını öldürdükdən sonra evə gəlib öz ailəsini qətlə yetirdi – Fotolar


İddialara görə iş adamı Ahmet Kuzgun ilə onun işçisi İsmayıl Bozbay arasında dünən ofisdə mübahisə yaranıb. Yaranan mübahisədən sonra iş adamı Ahmet Kuzgun namaz qılarkən işçisi İsmayıl Bozbay tərəfindən silahla vurularaq öldürülüb. Hadisə zamanı çevrədəki insanlar silah səsini eşidərək polisə və təcili tibbi yardıma xəbər veriblər. Təcili tibbi yardım işçiləri hadisə yerinə vaxtında gəlsələr də iş adamının həyatını xilas etmək mümkün olmayıb.

İş adamını öldürdükdən sonra evə gəlib öz ailəsini qətlə yetirdi – Fotolar


Hadisənin təfərrüatını yaxından öyrənmək üçün hər 3 şəxsin cənazəsi tibbi ekspertizaya göndərilib. Hadisə ilə bağlı Sakarya baş polis idarəsinin cinayət şöbəsi geniş əməliyyat tədbirləri keçirməyə başlayıb.Qətl hadisəsini törədən şəxsin intihar etdiyi düşünülsə də onun axtarışları hələ də davam etdirilir.