Son xəbərlər

 
Zelinski bütün müsəlman dünyasından üzr istədi















Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenski, verilişlərindən birində Çeçenistan rəhbəri Ramzan Kadırovun dua etdikdən sonra ağlaması kadrlarından istifadə etdiyinə görə müsəlmanlardan üzr istəyib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Zelenskinin sözlərinə görə, o, bu video-çarx barədə məlumatsız olub, çünki proqramı digər redaktor qrupu hazırlayıb: “Mənə zəng olundu və bu video barədə nə düşündüyüm soruşuldu. Mən bildirdim ki, çarxın məğzi barədə məlumatsızam. Mən yenidən baxaram”.

“Din ağrılı mövzudur və digər bir dinin həssas nöqtəsinə toxunmaq yaxşı deyil. Müsəlman dünyası qarşısında mən öz uşaqlarımızın adından üzr istəyirəm” – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, verilişdə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun duadan sonra 2004-cü ildə terror aktları zamanı həlak olan atası üçün ağladığını əks etdirən kadrlar yayımlanıb. Montaj vasitəsilə Çeçenistan rəhbərinin aşırılan Lenin heykəli üçün ağladığı göstərilib.

Xatırladaq ki, Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) rəsmən Vladimir Zelenskini prezident seçkilərinin qalibi elan edib. MSK-nın məlumatına görə, o, seçkilərdə seçicilərin 73,23%-nin səsini toplayıb. Onun rəqibi, hazırkı prezidenti Pyotr Poroşenko isə 24,45% səs yığıb.

Zelenskinin inauqurasiya mərasiminin keçirilmə gününü Ali Rada təsdiqləməlidir. Qanunvericiliyə əsasən, inauqurasiya mərasimi seçkilərin rəsmən elan olunmasından 30 gün gec olmamaq şərti ilə keçirilməlidir. Bu halda isə inauqurasiya mərasimi mayın 30-a qədər keçirilməlidir.
11 Aprel 2025 Türkiyədə əməliyyat: 105 nəfər saxlanıldı
11 Aprel 2025 Hərəkətə keçməliyik, irəliləyiş var - Tramp
11 Aprel 2025 Ən sürətli interneti olan ölkələr: Azərbaycan neçəncidir?
11 Aprel 2025 ABŞ-la münasibətlərdə buna əsaslanacağıq - Zaxarova
11 Aprel 2025 ABŞ bizi hədələməyə davam etsə, onları qovacağıq - İran
09 Aprel 2025 Bu ölkə Trampın qərarı qarşısında geri çəkildi
09 Aprel 2025 Mitinqləri xarici qüvvələr təşkil edir - Kobaxidze
09 Aprel 2025 Tezliklə nümayəndələrimiz saziş üçün ABŞ-a gedəcək - Sibiqa
09 Aprel 2025 Ümid edirəm ki, bu faciə yaşanmayacaq - Quterreş
08 Aprel 2025 ABŞ hörmətlə yanaşsa, dialoq davam edəcək - Mühacirani
08 Aprel 2025 AB-dən ABŞ-a təklif: Qarşılıqlı şəkildə ləğv edək!
07 Aprel 2025 İnək 10 yaşlı uşağı öldürdü
07 Aprel 2025 Trampdan amerikalılara: Axmaq olmayın!
07 Aprel 2025 Tramp: Çinlə bu şərtlə sövdələşməyə hazıram
05 Aprel 2025 Əfqanıstanda 140 yaşlı kişi tapıldı
05 Aprel 2025 Rusiya-Ukrayna sülhünü qəbul etmək çətin olacaq - Fidan
05 Aprel 2025 Kurskda 64 min rus əsgərinin qarşısını alırıq - Zelenski
05 Aprel 2025 Netanyahu ABŞ-a gedir: Kritik görüş...
04 Aprel 2025 Husilər ABŞ aviadaşıyıcısına yenə hücum etdi
04 Aprel 2025 Avropa ölkələri müdafiə fondu yaradır
03 Aprel 2025 Rusiyanı buna məcbur etmək üçün şans var - Zelenski
03 Aprel 2025 Tramp Rusiyaya niyə rüsum tətbiq etmədi? - Ağ Ev
03 Aprel 2025 Qazaxıstanda şok tapıntı: Çin və Braziliyadan sonra...
02 Aprel 2025 İlham Əliyev bu tarixdə Çinə səfər edəcək
02 Aprel 2025 Tramp buna görə Rusiyaya maraq göstərir - Kuleba
02 Aprel 2025 Vuçiç: Onlar Putinlə gizli danışıqlar aparır
02 Aprel 2025 Türkiyə qlobal güclərin arxa bağçası deyil - Altun
01 Aprel 2025 Balaca Raket Adamla əla münasibətimiz var - Tramp
01 Aprel 2025 Azərbaycanda ən çox donuz olan rayonlar
01 Aprel 2025 Onunla Putinə təzyiq barədə danışdıq - Zelenski