![]() |
![]() |
Rusiya ABŞ-ın hazırkı administrasiyası ilə münasibətlərə konkret işlərə və atılan addımlara əsaslanaraq qiymət verəcək.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz tamamilə fərqli ritorika eşidirik, tamamilə başqa sözlər, bəyanatlar eşidirik ki, bunları əvvəlki administrasiyanın ikitərəfli münasibətləri çıxılmaz vəziyyətə saldığını başa düşmək kimi xarakterizə etmək olar. Buna görə düşünürəm ki, biz, şübhəsiz, konkret işlərə və atılacaq addımlara əsaslanacağıq”, – deyə Zaxarova bildirib.
Qeyd edək ki, ötən gün İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ikinci raundu başlayıb.