Sorğular İmamoğlunu deyir, amma…



İstanbul bələdiyyə sədri seçkilərinə 20 gündən də qaldı. Hazırda hər iki namizəd və eləcə də mənsub olduqları partiyalar Türkiyənin və regionun ən böyük şəhərinin qarşıdakı 5 ildə idarə edəcək şəxsin müəyyən olunması üçün kampaniya aparır.

Xatırladaq ki, martın 31-də keçirilən bələdiyyə seçkilərində CHP-nin namizədi Əkrəm İmamoğlu qalib gəlib. Ancaq hakim partiyanın etirazlarından sonra İstanbulun 39 rayonunun bəzilərində səslərin hamısı, bəzilərində isə etibarsız bülletenlər yenidən sayılıb. Bundan sonra nəticə dəyişməsə də, iki namizəd arasındakı səs fərqi 13 minə enib.

Aprelin 17-də İstanbul seçki qurumu İmamoğlunun qələbəsini elan edib və sədr vəsiqəsini təqdim edib. Ancaq AKP-nin və MHP-nin şikayətlərindən sonra mayın 6-da Yüksək Seçki Qurumu 23 iyunda İstanbul bələdiyyəsi sədri postuna təkrar seçkilər elan edib.

Qeyd edək ki, İstanbulda keçirilən təkrar seçkilər yalnız bir şəhərin deyil, bütöv ölkənin əsas siyasi hadisəsinə çevrilib. İmamoğlu8nun reytinqi yüksəlib və hazırda onun media və sosial şəbəkədəki reytinqi xeyli yüksəkdir.

Sorğular İmamoğlunu deyir, amma…


Hakim AKP də İstanbul seçkilərinə böyük önəm verir, prezident özü də vaxtaşırı İstanbula gələrək seçki mitinq keçirir. Daxili işlər naziri və digər hökumət üzvləri zaman-zaman ölkənin ən böyük şəhərinə gedərək AKP namizədi Binəli Yıldırıma dəstək olurlar.

Təbii ki, İstanbul seçkilərinin taleyini iyunun 23-də səsvermə hüququ olan 10 milyondan çox İstanbul sakininin səsi həll edəcək. ancaq İstanbul seçkilərinə həddən artıq böyük marağın olması davamlı olaraq sosial sorğuların keçirilməsi ilə müşayiət olunur.

Ötən həftə İstanbul seçkiləri ilə bağlı mətbuata açıqlama verən “A&G” şirkətinin prezidenti Adil Gür bildirib ki, YSK-nın İstanbul seçkilərinin nəticələrini ləğv etməsindən sonra İmamoğluna münasibət müsbətə doğru dəyişib. Gür bildirib ki, YSK-nın İstanbul qərarından sonra 3 ayrıca sorğu keçiriblər. Onun sözlərinə görə, səsvermədə iştirak edənlərin 25 faizi YSK-nın qərarının səbəbini anlamayıb. 31 mart seçkilərində İstanbulda ümumi seçicilərin 1,7 milyon nəfərinin səsverməyə getmədiyini qeyd edən Adil Gür ümumi olaraq bütün partiyalardan olan 300 min nəfərin 23 iyun seçkilərinə qatılacağını düşünür.

“MAK Danışmanlık” Araşdırma Şirkətinin keçirdiyi sorğuda iştirak edənlərin 47 faizi YSK-nın İstanbul seçkilərinin nəticələrini ləğv etməsi qərarını haqsız hesab edib. 43 faiz seçici isə YSK-nın qərarını dəstəkləyib. Maraqlıdır ki, sorğuya qatılan iştirakçıların 79 faizi 31 mart seçkilərində səs verdiyi namizədə yenidən səs verəcəyini deyib. Yalnız 13 faiz başqa namizədə səs verəcəyini deyib.

Sorğular İmamoğlunu deyir, amma…


“MAK danışmalık” şirkətinin 15-20 may tarixlərində 11 min nəfər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən iki namizəd arasında 2 faiz səs fərqi var. Belə ki. sorğuda iştirak edənlərin 50, 3 faizi İmamoğlu, 48,2 faizi isə Yıldırım deyib. Səadət Partiyasının namziədi Necdet Gökçınara isə 0,75 faiz seçici dəstək verib.

“KONSENSUS” Araşdırma Şirkətinin keçirdiyi və iki gün əvvəl açıqlanan nəticələrə əsasən Əkrəm İmamoğlu AKP-nin namizədi Binəli Yıldırımdan 2,1 faiz öndədir. Belə ki, şirkətin 1040 nəfər respondent arasında keçirdiyi sorğunun nəticələrinə əsasən iştirakçıların 50,2 faizi İmamoğlu, 48,1 faizi isə Yıldırımı dəstəklədiyini deyib. Bu da iki namizəd arasında səs fərqinin 180 min olacağını göstərir. Xatırladaq ki, 31 mart seçkilərinin nəticələrinə əsasən iki namizəd arasında səs fərqi 13 min idi.

“Optimar” Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən CHP namizədi AKP namizədini 4 faiz qabaqlayır. Ancaq şirkətin rəhbəri Hilmi Daşdemir detallı məlumatı bu həftə açıqlayacaqlarını deyib.

“PİAR” Araşdırma Şirkəti də keçirdiyi sorğunun nəticələrini açıqlamayıb. Ancaq şirkət nəticələrin İmamoğlunun xeyrinə olduğunu bildirib.

Ancaq seçkilərə 3 həftəyə yaxın vaxt qalıb. Bu isə seçki kampaniyasında az müddət deyil. Üstəlik aydın məsələdir ki, seçkilərin israrla yenilənməsini istəyən hakim partiyanın öz səbəbləri və ümidləri var. Güman etmək olar ki, AKP rəhbərliyi məhz bu amillərə görə təkrar seçkilərdə iştirak üçün israr edib. Məsələ ondadır ki, İstanbul bələdiyyəsi bir qayda olaraq hakim partiyanın nəzarətində olub. İstanbul Türkiyə iqtisadiyyatının “bel sütunu”, turizm, ticarət və sənaye mərkəzi olmaqla yanaşı həm də bu şəhərə rəhbərlik psixoloji anlam daşıyır. Bu isə o deməkdir ki, təkrar seçki xeyli gərgin keçəcək.

musavat.com
Rusiya İrana qarşı sanksiyalara qoşuldu













Rəsmi Moskva Yaxın Şərqdə müharibə təhlüksindən ehtiyat edir
Bizimyol.info xəbər verir ki, Rusiya İrana S-400 (“Triumf” Zenit- Raket Kompleksini satmaqdan boyun qaçırıb. Rəsmi Moskva Yaxın Şərqdə gərginliyin artması səbəbindən belə bir qərar qəbul edib. Bu haqda lenta.ru saytı yazıb.

Məlumdur ki, ABŞ İrana siqnal olaraq öz Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməliyyat məsuliyyəti zonasına Abraham Lincoln təyyarədaşıyan gəmisi başda olmaqla hərbi gəmilər qrupu və eləcə də, bombardmançı təyyarələr qrupu göndərib.

Mayın 17-də məlum olub ki, iki ABŞ Hərbi Dəniz Qüvvələrinin iki minadaşıyan eskadrası Fars körfəzinə daxil olub, bu ərəfədə – mayın 15-də İrakdakı amerikan qoşunları ən yüksək hərbi hazırlıq səviyyəsinə gətirilib; buna səbəb İran tərəfindən İraqdakı Amerika qüvvələrinə hücum təhlükəsini önləmək olub. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İrana arşı müharibə etmək istəmədiyi haqda bəyanat verib.

S-400 (“Triumf”) – Rusiyanın uzaq və orta mənzilli zenit-raket sistemidir. Bu zenit-raket kompleksi hava-kosmik hücumun bütün müasir və perspektivli vasitələrinin məhv edilməsi üşün nəzərdə tutulmuş silah növüdür. S-400 (“Triumf”) Rusiya Federasiyasının Silahlı Qüvvəərinin ixtiyarına 2007-ci ildə verilib.

Şərh: Rusiya Federasiyası Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasına qarşı bütün mümkün məcbuetmə, o cümlədən, hərbi müdaxilə vasitələrindən istifadə edə biləcəyini düşünür. ABŞ İranla nüvə sazişindən çxdıqdan və İslam Rrespublikası uranın zənginləşdirilmısinə davam etməyə başladıqdan sonra belə bir təhlükə daha da artdı. Prezident Obama dövründə imzalanan sazişi indiki Prezident Donald Tramp pozarkən İranın imzalanmış sövdələşmələrə əməl etmədiyini əsas gətirdi. Xüsusilə, Administrasiyanın “qırğı”larından sayılan Con Boltonun Milli Təhlükəsizlik Üzrə Köməkçi təyin olunmasından sonra ABŞ-ın İrana qarşı sərt xətti daha da gücləndi. Bu ayın ortalarında ABŞ Administrasiyası İrana qarşı 120 minlik qoşun qrupu göndərmək qərarına gəldi. Zamanında İraqa da bu qədər qüvvə göndərilməsi faktını xatırladan ekspertlər ABŞ-ın İrana hərbi müdaxiləsinin bu dəfə qaçılmaz olacağını düşünürlər. Bu ehtimalları bir çox ölkələrin ABŞ-ın sanksiyaları altına düşməkdən ehtiyat edərək İranla məsafə saxlamaq qərar vermələri də artırır.

Rusiyanın İrana S-400 (“Triumf”) ZRK satmaqdan imtina etməsi bu ölkənin məğlub olacağı təqdirdə sistemin ABŞın əlinə keçə biləcəyi və buna qarşı adekvat müqavimət sistemi yaradacağı qorxusundan da qaynaqlana bilər. Bundan başqa Çin başda olmaqla bir sıra dövlətlər bu arada İrandan neft idxalını ya məhdudlaşdırıb, ya da tamamilı dayandırıb. Böyük ehtimalla, bir yandan İranı indiki çətin durumunda neft-qaz satış qiymətlərinə və kvotalarına yenidən baxmaq zorunda buraxmaq istəyi ilə yanaşı bu dövlətlər mümkün müharibəni önləmək üçün Tehranın müəyyən güzəştlərə sövq edilməsidir. Rusiyanın da qərarının motivasiyası burdan gəlir; İranla ABŞ arasında müharibə başlayacağı təqdirdə İran qaçqınları Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən keçməklə Rusiyaya axışacaqlar. Bu, Rusiya üçün çox böyük problemlər yarada bilər.
Rusiya rəhbərinin gizli həyatı – “Əkizləri olmuş Kabayeva yoxa çıxıb”


Adətən, əkiz övladların dünyaya gəlişi böyük sevinclə qarşılanır və əgər valideynlərdən biri hökumət başçısı, digəri isə tanınmış ictimai fiqurdursa, o zaman, bi qayda olaraq, körpələrin fotoları mətbuat səhifələrini doldurur.

Lakin Vladimir Putinin idarə etdiyi Rusiyada, belə görünür, vəziyyət fəqrlidir: ölkədə Putinin şəxsi həyatının mediada müzakirəsi qadağandır.

Artıq bir müddətdir, Moskvada Rusiya liderinin 36 yaşlı sevgilisi, gimnastika üzrə Olimpiya çempionu Alina Kabayevanın bu ayın əvvəli Moksvada dünyaya əkiz körpələr gətirdiyi haqda şayiələr dolaşır.

Putin və “gizli birinci xanım” ləqəbi almış Kabayeva haqda şayiələr ilk dəfə 2008-ci ildə – Kabayevanın İsveçrədə, deyilənə görə, İtaliyanın keçmiş baş naziri Silvio Berluskinin məsləhət gördüyü özəl klinikada dünyaya övlad gətirdiyi zaman dolaşmağa başlamışdı.

Kreml o vaxt da, indi olduğu kimi, Kabayevanın doğuşu haqda məlumatları gizlətməyə çalışırdı. Özəl həyatını məxfi saxlayan Putin (bu, onun Dövlət Təhlükəsizlik Komitəsi –KQB-də işlədiyi vaxtlar yaranan bir vərdiş ola bilər) Kabayeva ilə münasibətləri olduğunu uzun vaxtdır inkar edir.

Mümkün romantik münasibətlər haqda bir dəfə sualı cavablandırarkın Putin deyib: “Mən həmişə xəstə burunları və erotik fantaziyaları ilə insanların şəxsi həyatına qarışan adamlar haqda mənfi fikirdə olmuşam.”

Putin 2013-cü ildə həyat yoldaşı Lyudmila Şkrebnevadan boşandığını elan etmişdi. Onların bu 30 illik evlilikdən iki qızları var. Putin “Aeroflot” hava yollarının keçmiş bələdçisi və rus dili müəllimi olmuş həyat yoldaşından ayrıldığını Kremldə balet tamaşasının fasiləsi zamanı ictimaiyyətə açıqlayaraq, bunun qarşılıqlı razılaşma əsasında əldə edilmiş qərar olduğunu demişdi.

Putinlə boşandıqdan sonra Lyudmila Şkrebneva yenidən ailə qurub və ictimaiyyət arasında az-az görünür.

Rusiya kütləvi informasiya vasitələrindəki mənbələrə əsasən, Kreml bu dəfə də əkizlərin doğulması haqda xəbərlərə operativ şəkildə reaksiya verərək, Putinin şəxsi həyatı haqda məlumatlar verən qəzet və xəbər saytlarına münasibətdə qəti mövqeyini bir daha nümayiş etdirib. 2016-cı ildə Rusiyanın RBK telekanalının üç redaktoru Putinin sərvəti haqda materiallara görə işdən çıxarılıb.

İlk dəfə Rusiya liderinin yaxın çevrəsinə daxil olan oliqarx Arkadi Rotenberqin sahibi olduğu “Moskovskiy Komsomolets” veb saytı Alina Kabayevanın əkizləri dünyaya gətirdiyi haqda məlumat verib. Lakin material dərhal səhifədən çıxarılıb. Rusiya rəsmiləri bununla bağlı şərh verməkdən imtina edir.

Lakin bundan sonra Kabayeva haqda digər xəbər səhifələrində də məlumatlar verilməyə başlayıb. Bunlardan biri “dni.ru” saytında “Əkizləri olmuş Kabayeva yox olub” başlığı altında çıxan məqalədir.

Putinin yaxın çevrəsinə aid olan daha bir oliqarx-Aleksandr Karmanova məxsus “Dom2Life” şoubiznes veb saytında Kabayeva haqda ilk dəfə məlumat onun mayın 12-də 36 yaşının tamam olduğu gün verilib.

Rusiyada araşdırmaçı jurnalist Sergey Kanevə əsasən, Kabayeva əkiz oğlanları Kulakov adına klinikada qeysər kəsiyi cərrahiyyə əməliyyatı vasitəsilə dünyaya gətirib. Kabayeva üçün klinikada əvvəlcədən bir mərtəbənin hazırlandığı deyilir. Britaniyanın “Daily Mail” qəzetinə müsahibə verən Kanev deyib ki, əməliyyat italiyalı həkimin iştirakı ilə keçib.

Alina Kabayeva böyük idmandan getdikdən sonra model kimi çalışıb və 2014-cü ilə qədər Rusiya parlamentinin qanunuvericisi olub. O, hazırda Milli Media Qrupunun rəhbəridir.

Kabayeva haqqında xəbərlərin belə gizli saxlanması Rusiyada mətbuat azadlığının daha məhdudlaşdırıldığı və Kremlin xəbərlərin təqdimatına nəzarətini gücləndirdiyi vaxta təsadüf edir.

Bu ayın gündəlik “Kommersant” qəzetinin ondan çox jurnalisti tanınmış muxbirlər İvan Afronov və Maksim İvanovun işdən çıxarılmasına etiraz olaraq qəzetdə fəaliyyətlərini dayandırdıqlarını elan edib. Jurnalistlər Afronov və İvanovun müəllifləri olduğu məqalənin Kreml tərəfindən bəyənilmədiyini bildirib.

Qəzetin sahibi Putinlə yaxın əlaqələrə malik milyarder oliqarx Alişer Usmanovdur.

Mart ayında “Kommersant” qəzetinin daha bir jurnalisti Mariya Karpenko Sank Peterburqda siyasi hadisələrlə bağlı məqalələrinə görə işdən çıxarılıb.

Rusiya rəhbərinin gizli həyatı – “Əkizləri olmuş Kabayeva yoxa çıxıb”


Müstəqil “The Bell” xəbər agentliyinə əsasən, “Kommersant” digər rəqib media qurumları arasında Kremldən müstəqilliyini saxlaya bilsə də, siyasi mövzularda senzuraya məruz qalırdı, lakin jurnalistliərin kütləvi şəkildə qəzeti tərk etməsi bu müstəqilliyi sul altına altına almış olur.

Rusiya jurnalistləri hökumətin xəbər redaksiyalarının müstəqilliyini daha da çox məhdudlaşdırmağa çalışacağından ehtiyat edir. Mart ayında Putin “saxta xəbərlər”in yayılması və “hökumətə hörmətsizlik” haqda qanunlara imza atıb. Bu qanunları pozanlara qarşı cərimələr və həbs cəzaları tətbiq ediləcək. Müşahidəçilər qanunların qeyri-məyyən yazılışının azad mətbuatın bundan sonra daha da çox sıxışdırılması üçün istifadə edilə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Amerikanın Səsi
ABŞ sanksiyaları İranda 7 uşağı öldürdü… – 300-nün həyatı risk altında



ABŞ sanksiyaları İranda 7 uşağı öldürdü…

İsveç şirkəti sanksiyalara görə tibbi ləvazimatların ixracını dayandırdığından 300-dək azyaşlı da ölə bilər…

ABŞ-ın tətbiq etdiyi birtərəfli sanksiyalar səbəbindən İranda epidermoliz xəstəliyindən əziyyət çəkən 7 uşaq vəfat edib.

Bu haqda yerli “Mehr” agentliyinə istinadla məlumat yayıb. Sanksiyalar səbəbindən tibbi ləvazimatların ölkəyə çatdırılmasında çatışmazlıq yaranıb. Buna görə də bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkən 7 azyaşlı həlak olub, 300-ə yaxın uşaq isə ölüm təhlükəsi altındadır.

Əvvəllər İran hökuməti bəhs edilən xəstəlik zamanı yaranan yaraların müalicəsində istifadə olan xususi örtükləri İsveçdən idxal edir və xəstə uşaqların ailələrinə pulsuz olaraq çatdırırdı. Lakin ABŞ ikinci dəfə sanksiyaları tətbiq etdikdən sonra İsveç şirkəti epidermoliz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün xüsusi materialların ixracını dayandırıb. Odur ki, həmin xəstəlikdən əziyyət çəkən uşaqların vəziyyəti gündən-günə pisləşməkdədir.

Xatırladaq ki, ABŞ rəhbərliyi 2018-ci ilin mayında birtərəfli qaydada 2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında imzalanmış nüvə razılaşmasından geri çəkilib və İrana qarşı sanksiyaları bərpa edib. Vaşinqton administrasiyası sanksiyaların əczaçılıq və qida sənayesi məhsullarına tətbiq edilmədiyini iddia edir. Amma İran bank sektorundakı sanksiyalar və dollara məhdudiyyətlər səbəbindən tibb materiallarının tədarükü ilə bağlı problemlər yaşamaqda davam edir.

Moderator.az
Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, hər iki ölkə prezidenti öz aralarında ABŞ, Türkiyə, eləcə də regional məsələlər barəsində fikir mübadiləsi aparıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin milli təhlükəsiziyi üçün Rusiyadan alınan “S-400” havadan müdafiə sistemi mövzusu ilə bağlı ortaq işçi qrupunun yaradılması təklifini yenidən irəli sürüb.

Söhbətdə polad sektoruna tətbiq olunan əlavə verginin aradan qaldırılmasına dair razılıq ifadə olunub, bu qərarın 75 milyard dollarlıq qarşılıqlı ticarət əlaqəsinə fayda verəcəyi bildirilib.

Qeyd edək ki, iki lider Yaponiyada keçirilən “G-20” zirvə toplantısında görüşəcəkləri barədə razılıq əldə etmişlər.
Əli Xamenei: Ölkənin müdafiə gücü müzakirə predmeti ola bilməz



“Bu il beynəlxalq Qüds günü digər illərlə müqayisədə daha önəmlidir. Çünki ABŞ və onun əlaltıları “Yüz ilin anlaşması” planını icra etməyə çalışmaqla dünyada Fələstin məsələsini unutdurmağa çalışırlar və əlbətdə məğlub olacaqlar”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün İran universitetlərinin elmi heyət üzvləri, müəllimlər və tələbələri ilə görüşü zamanı çıxışında deyib: “Fələstini müdafiə etmək İslama xas bir məsələ deyil. Bəlkə vicdan və humanitar bir məsələdir. Əlbətdə müsəlmanlar üçün şəriət və dini baxımdan önəmlidir”.

Xamenei əcnəbi KİV-lərin ABŞ-la müzakirə mövzusunu şişirtməsindən danışıb və bildirib ki, onlar İran müzakirə masasına oturmalıdır dedikdə, ABŞ-la müzakirəni deyirlər: “Bizim digər ölkələrlə heç bir problemimiz yoxdur. Avropa ölkələri və başqaları ilə müzakirələr edirik. Əsas məsələ də müzakirə predmetini müəyyənləşdirməkdir. Bİz hər bir mövzu haqqında müzakirə etmirik. İran İnqilabı üçün əsas namus məsələsi olan mövzular, o cümlədən ölkənin müdafiə gücü müzakirə predmeti ola bilməz”.

O bildirib ki, bu məsələlər haqda müzakirə iki kəlmədə cəmlənmişdir. Onlar deyirlər, biz bunu istəyirik, biz də deyirik yox”.

Sözügedən mövzu ətrafında İslam Respublikasının ABŞ-la heç vaxt müzakirə etməyəcəyini deyən Ayətullah Xamenei əlavə edib ki, necə ki, öncədən də demişdim, ABŞ-la müzakirə etməməyin səbəbi budur: “Birincisi, heç bir faydası yoxdur, ikincisi, ziyanlıdır”.

“ABŞ-ın öz məqsədlərinə çatmaq üçün bir strategiyası var və bir də taktikası. Onların strategiyası qarşı tərəfi yormaq məqsədilə “təzyiq” etməkdir. Sonra isə “müzakirə” dən təzyiqi təkmilləşdirmək və öz məqsədlərinə çatmaq üçün isitfadə etməkdir”. – deyən Ayətullah sözünə davam edib: “Bu, əslində müzakirə deyil. Bəlkə təzyiqlərin “məhsul”unu toplamaq üçün bir vasitədir. Əgər ABŞ-ın taktikasının qarşısında təzyiq vasitələrindən düzgün istifadə edilərsə, onların təzyiqləri ya azalacaq, ya da durdurulacaq. Əgər ABŞ-ın “müzakirəyə dəvətinə” aldanıb, onların təzyiqləri qarşısında təzyiq vasitələrindən istifadə olunmazsa, sürüşmək və uduzmaq qətidir”.

İran İslam Respublikasının ABŞ-ın təzyiqləri qarşısında lazimi təzyiq vasitələrinə sahib olduğunu açıqlayan İranın Ali Rhbəri bildirib ki, bu vasitələr onların təbliğ etdiklərinin əksi olaraq hərbi vasitələr deyil, əlbətdə, bir zaman lazım gələrsə, həmin vasitələrdə mövcuddur: “İslam Respublikasının təzyiq vasitələrindən nümunə kimi ölkənin Milli Təhlükəsizlik Ali Şurasının nüvə prorqramına dair bəzi öhdəliklərin azaldılması bəyanatını göstərmək olar. Milli Təhlükəsizlik Ali Şurasının son qərarı doğru qərar idi. Çünki əgər təzyiq vasitəsindən vaxtında istifadə olunmazsa, qarşı tərəf zərər və ziyan görməyəcəyini düşünərək mövzunu tələsmədən davam etdirəcək. Lakin əgər təzyiq vasitəsindən doğru istifadə olunarsa, düşünəcək ki, nəsə bir addım atsın”.

Ayətullah Xamenei deyib ki, nüvə sahəsində yüksək elmi gücə sahib olmağımıza baxmayaraq, heç vaxt nüvə silahı ardınca getməyiblər: “Fiqhi, dini və şəriət baxımından kütləvi qırğın silahlarını – nüvə və ya kimyəvi silahlar olsun, – haram bilirik. Biz kütləvi qırğın silahların istehsalını anbarda saxlamaq üçün belə səhv, qeyri-məntiqi və ağılsızlıq hesab edirik. Ölkəyə çoxlu xərc yaradır və heç bir istifadəsi də yoxdur. Ona görə, əsasən kütləvi silahların istehsalına qarşıyıq, lakin uranın zənginləşdirilməsinə ehtiyacımız var. Çünki ölkənin gələcəyi buna möhtacdır. Əgər bu gün gücümüzü artırmasaq, 10 ildən sonra sıfırdan başlamalıyıq”.

İran lideri çıxışının sonunda sevindirici hal kimi vurğulayıb ki, bu gün ölkənin bütün məsul şəxsləri ABŞ-la müzakirə etməməkdə eyni düşüncədədirlər: “ABŞ-la müzakirə heç bir vəchlə tövsiyə olunmur. ABŞ-ın öncəki hökuməti indiki hökumətlə hərəkətlərində fərqli olsa da, mahiyyətdə heç bir fərqi yoxdur. Əlbətdə zahiri fərqli idi, daxili isə eyni. İslam Respubliaksı ABŞ-ın müzakirə sahəsindəki taktikalarına aldanmayacaq. Hələlik Milli Təhlükəsizlik Ali Şurasının son qərarı ilə təzyiq vasitəsi kimi istifadə etmişik, lakin bununla da işi bitmiş hesab etməyəcəyik. Sonrakı mərhələdə, əgər lazım gələrsə, digər təzyiq vasitələrimizdən istifadə edəcəyik”.
Donald Tramp İranla danışıqlar üçün şərtlərini açıqlayıb



ABŞ prezidenti Donald Tramp İranla danışıqlar üçün şərtlərini açıqlayıb.

ONA-nın məlumatına gör, bu barədə Çinin CGTN telekanalı məlumat yayıb. Bildirilir ki, ABŞ prezidenti Yaponiyaya səfəri çərçivəsində imperator Sindzo Abe ilə görüşündən sonra bu barədə danışıb və deyib ki, əgər İran ABŞ-la danışıqlara başlamaq istəsə, o, bu təklifə müsbət cavab verəcək: “Heç kəs dəhşətli hadisələrin baş verməsini istəmir”.

Qeyd edək ki, Yaponiya imperatoru S.Abe iyunun 12-14-də İrana səfər edə bilər. Yaponiya hökumət başçısının İrana son səfəri 1978-ci ildə həyata keçirilib.
NASA adını Marsa göndərənləri açıqladı – Azərbaycandan neçə nəfər var?



NASA-nın “adını Marsa göndər” kampaniyası davam edir.

“Qafqazinfo” xəbər verir ki, NASA-nın başlatdığı layihə dünyada böyük marağa səbəb olub. Belə ki, 2020-ci ildə Marsa yola salınacaq kosmik gəmidəki çiplərə adlar yazılaraq Marsa göndəriləcək. Həmin şəxslərə NASA-nın xüsusi xatirə bileti də təqdim olunacaq.

Qırmızı planetə öz adını göndərmək istəyənlər sentyabrın 30-na qədər qurumun saytındakı xüsusi online ərizəni doldurmalı olacaqlar.

Bildirilir ki, bu təşəbbüs NASA-nın proqramına diqqət çəkmək üçün aparılan kampaniyanın bir hissəsidir. Həmin kampaniya çərçivəsində planetə “Mars 2020” kosmik gəmisi göndəriləcək. Bununla da, orada keçmişdə insan yaşayıb-yaşamadığına dair sübutlar axtarılacaq, iqlim və geoloji proseslər öyrəniləcək.

“Marsa tarixi missiyanın buraxılışına hazırlaşarkən istəyirik ki, hər kəs bu səyahətdə iştirak etsin” deyə NASA-nın elmi missiyalar müdirliyi administratorunun müavini Tomas Zurbuxen açıqlama verib.

NASA adlarını Marsa göndərmək istəyənlərin ölkələr üzrə sayını da açıqlayıb. Ümumilikdə dünyadan 5, 079,944 nəfər adını qonşu planetə yollamaq üçün ərizə doldurub.

Layihəyə ən çox maraq Türkiyədən (2,166,571nəfər) olub. İlk üçlükdə Hindistan və ABŞ var.

İyirmi doqquzuncu yerdə qərarlaşan Azərbaycandan da layihəyə böyük maraq var. Belə ki, bu saata qədər 18,694 nəfər ərizə doldurub.
Rusiyanın Perm vilayətində Respublika Günü qeyd edildi



28 May – Respublika Günü münasibətilə Rusiyanın Perm şəhərində Azərbaycan diasporu bir araya gəlib.

Mərasim Azərbaycan və Rusiya dövlət himnlərinin ifası ilə başlayıb.

Tədbirdə ilk öncə çıxış edən Perm vilayətində Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev tədbir iştirakçılarını salamlayaraq bu bayramın bütün azərbaycanlılar üçün əziz və müqəddəs olduğunu vurğuladı və Müsəlman Şərqində ilk respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın demokratik əsaslarda qurulmuş müstəqil milli dövlətçiliyinin şanlı səhifəsi olduğundan bəhs etdi.

Daha sonra tədbirdə iştirak etmək üçün Permdə səfərdə olan Azərbaycan Diasporu İnformasiya Mərkəzi (ADİM) sədri Toğrul Allahverdili qeyd edib ki, Azərbaycanda dövlət müstəqilliyimizin əldə edilməsi və qorunması yolunda şəhid olan bacı və qardaşlarımızın qəhramanlığını qeyd edib.

T. Allahverdili qeyd edib ki, “Bütün tarixi sınaqlardan keçmiş Azərbaycanın hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara doğru irəlilədiyini söyləyən Səfir, ölkəmizin dünyada artan nüfuzunu qeyd etdi və dövlətimizin milli mənafelərə söykənən müstəqil çoxşaxəli xarici siyasətinin prioritetləri sistemində Rusiya Federasiyası ilə strateji xarakterli tərəfdaşlığın xüsusi yer tutduğunu vurğuladı.

Tədbirdə Gənclər Birliyinin sədri Rəşad Əkbərov və digər gənclər çıxış edərək xalqımızı Respublika günü münasibəti ilə təbrik ediblər.

Tədbir daha sonra Respubilka günü və Nəsiminin 650 illiyi münasibəti ilə filmlərin nümaişi ilə davam edib.
Cənub Qaz Dəhlizi"nin ixrac gücü Azərbaycan, Türkmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz hesabına genişləndirilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin iqtisadi inkişaf, enerji və ətraf mühit məsələləri üzrə müavini Manişa Sinq deyib.

O bildirib ki, təbii ehtiyatların nəqli sahəsində uğurlu nümunə kimi Cənubi Qafqaz və Trans-Anadolu qaz kəmərlərini göstərmək olar:

"Bir sıra ölkələr bu vacib enerji layihəsinin inkişafında vacib rol oynayıb. Hazırda qaz "Cənub Qaz Dəhlizi" vasitəsilə Türkiyəyə daxil olur və biz səbrsizliklə Trans-Adriatik qaz kəmərinin tikintisinin başa çatmağını gözləyirik".

M.Sinqh əlavə edib ki, ABŞ resurslara etibarlı çıxış yaradan bütün enerji layihələrini dəstəkləyir.