Bir albomun ən önəmli qismi içərisindəki musiqilər olsa da, hər şey sadəcə mahnılardan ibarət deyil. Üz qabığının maraqlı olması da, onu tamamlamalıdır.

Axşam.az xəbər verir ki, bəs, qadın müğənnilər albom qapaqlarından tamamilə silinərsə, necə görünər?

İranın musiqi platforması “Melovaz” qadın musiqiçiləri albom kağızlarından silərək, bu sualın cavabını verib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Prezidentliyə namizəd verən porno ulduzdanXorvatiya prezidentliyinə namizədliyini verən playboy jurnalının modeli Ava Karabatik, əgər seçilərsə əxlaqsızlığı rəsmiləşdirəcəyini vəd edib.

''Ölkə.Az'' xəbər verir ki, Xorvatiyada yaxınlaşan prezident seçkilərinə 31 yaşlı porno ulduzu və şou aparıcısı olan model də namizədliyini irəli sürüb.

Karabatik sosial mediada gündəm olacaq vədlərini bir-bir açıqlayıb. 

İqtisadiyyatı yüksəldəcəyi sözünü verən model Xorvatiyanı şengen ölkələri arasına qatacağını da bildirib.

Belə ki, o narkotikdən istifadəni və insan alverini də qanunlaşdıracağını açıqlayıb.

Tibbi məqsədlə narkotik istifadənin tərəfində olduğunu, abortun yanlış bir şey olmadığını da qeyd edib.

Qeyd edək ki, prezidentliyə namizəd model fikirlərini açıq-aşkar deməkdən qorxmadığını da bildirib.

Cumhurbaşkanlığına adaylığını koyan eski playboy modelinden tartışma yaratacak vaatler


Məşhur Hollivud aktrisası Cennifer Eniston oktyabrın 15-də “Instagram” sosial şəbəkəsində özünə hesab açıb.

Ulduz ilk post olaraq “Dostlar” (“Friends”) serialındakı həmkarları ilə şəklini paylaşıb.

“İndi biz “İnstagram”da da dostuq. Salam, “İnstagram”!” – Eniston postu şərh edib.

Elə ilk saatdaca 115 min insan aktrisanın akkauntuna abunə olub, hazırda isə akkauntun altı milyondan artıq  abunəçisi var.

Xatırladaq ki, Manhettendən olan altı gəncin həyatından bəhs edən “Dostlar” serialı 1994-2004-cü illər arasında ekranlara çıxıb. Ümumilikdə on mövsüm çəkilib.


Türk Şurası kimi təsisatların dünya siyasətində rolunun daha da artdığını görürük. Türk Şurasının digər çoxtərəfli platformalarla əməkdaşlığına və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinə önəm veririk.

"Ölkə.Az" bildirir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib. O, türk dünyasında ortaq bir fondun qurulması təklifini dəstəkləydiyini bildirib: 

“Ancaq əvvəlcə bu fondun maliyyə, hüquqi və inzibati təməlləri sağlam qoyulmalıdır. Bu məsələdə katibliyin əlaqələndirməsi ilə aidiyyəti milli və beynəlxalq qurumların da təcrübəsindən istifadə edilərək genişmiqyaslı iş görülməsinin faydalı olduğunu düşünürük.

Beynəlxalq ticarətin dollar əsaslı olması qeyri-müəyyənlik şəraitində risklər yaradır. Buna görə iqtisadiyyatlarımız üzərindəki valyuta təsirini azaldacaq mexanizmləri tətbiq etməliyik. Yerli valyutalarla ticarətə əhəmiyyət verdiyimizi xüsusilə qeyd etmək istəyirəm”.

Ərdoğan çıxışında bölgədə sülh və əmin-amanlığa təhdid olan terror təşkilatları haqqında da danışıb: 

“PKK/YPG, İŞİD, FETÖ kimi şər şəbəkələrinin mövcudluğu təhlükəsizlik sahəsindəki əməkdaşlığımızın əhəmiyyətini artırmışdır. Suriyada son səkkiz ildir yaşadıqlarımız isə bir terror təşkilatının əli ilə digərinin məhv edilməsinin mümkün olmadığını göstərmişdir. Ölkə olaraq PKK/YPG-ni ortadan qaldırmaq məqsədilə oktyabrın 9-da çox mühüm bir addım atdıq. “Sülh çeşməsi” əməliyyatımızın iki əsas məqsədi var. Bunların birincisi, Suriyanın şimalındakı PKK/YPG-dən gələn terror təhdidinin tamamilə aradan qaldırılmasıdır. Əməliyyatımızın ikinci qayəsi isə səkkiz ildir müsafir etdiyimiz 3 milyon 650 min suriyalı ərəbin öz ölkələrinə, vətənlərinə sağ-salamat qayıda bilmələrini təmin etməkdir. Bundan başqa, təxminən 350 min suriyalı kürdü ölkəmizdə qonaq qəbul edirik.

Bu gün əməliyyatın yeddinci günündəyik. Əməliyyatımız BMT Baş Assambleyasının 74-cü toplantısında bütün dünyaya nümayiş etdirdiyimiz təhlükəsiz bölgə xəritəsinə uyğun şəkildə uğurla davam edir. Bu gün səhərədək təxminən min kvadratkilometrlik ərazini separatçı terror təşkilatının işğalından azad etdik. İnşallah, qısa zamanda Münbiçdən İraqla sərhədimizə qədər olan bölgəni təhlükəsiz vəziyyətə gətirib ilk mərhələdə bir milyon, daha sonra iki milyon suriyalı qaçqının öz istəkləri ilə evlərinə qayıtmalarını təmin edəcəyik. Afrin, Cerablus, Azezdə olduğu kimi, burada da beynəlxalq dəstəklə infrastruktur, məktəb, xəstəxana və ev layihələri ilə sabitliyi təmin edəcəyik.

Suriyanın şimalı sülh çeşmələri ilə yenidən cücərənə, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, “Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir”. Bəli, Türkiyənin terrora qarşı apardığı ölüm-dirim mübarizəsində siz qardaşlarımdan çox güclü həmrəylik gözləyirik. Əməliyyatın başladığı andan etibarən Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirəm. Üç yüz milyonluq türk dünyasındakı hər bir qardaşımın qəlbinin bizimlə döyündüyünü, ölkəmiz və qəhrəman ordumuz üçün dua etdiyini çox yaxşı bilirəm. Eyni qaydada 15 iyul gecəsi 251 insanımızı şəhid edən, 2193 insanımızı yaralayan FETÖ təşkilatı ilə mübarizədə ölkəmizə verdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirik. Türkiyə Maarif Fondu vasitəsilə əlimizdən gələn hər cür töhfəni verməyə hazırıq.

Hörmətli qardaşlarım, milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur. Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik. Türk dünyasının əsas hissəsi olan Kipr türkləri problemin həll olunmamasından hələ də əziyyət çəkirlər. Gözləntimiz kiprli türklərin məruz qaldıqları haqsız təcrid və embarqonun aradan qaldırılmasına yardım etməyinizdir”.

Ərdoğan Azərbaycana səfərdən öncə MESAJ VERDİ
“Ora həmin torpaqlaırn gerçək sahibləri girəcək".

“Ölkə.Az” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən öncə verdiyi açıqlamada Suriyanın Münbiç şəhərindəki son hadisələrə aydınlıq gətirib:

"Oranın gerçək sahibləri olan ərəb qardaşlarımız girəcək. Bizim də bu məsələdə yanaşmamız onların ora  girməsini və təhlükəsizliyini təmin etməkdir”.

“YouTube” istifadəçisi REKORD QIRDI“YouTube” tarixində ilk dəfə bir şərh milyon dəfədən çox bəyənilərək rekord qırıb.

“Ölkə.Az” xəbər verir ki, söhbət 5 ay əvvəl müğənni Billy Elishin "Bad guy" (pis oğlan) mahnısına olan klipin altında yazılan rəydən gedir.

Set Everman adlı İstifadəçi ifanın altındakı şərh bölümündə sözə hərf əlavə edərək "Mən keçəl oğlanam”(bald guy) yazıb.  Gələn milyon bəyənilmə haqqında  isə o, “Twitter” səhifəsində məlumat verib.

“Salam “YouTube”. Məni 1 miyon şərh üçün mükafatlandıra bilərsiniz”,- deyə qeyd edib.

Onun avatar kimi istifadə etdiyi fotoda həqiqətən də keçəl olduğu görülür.

Посмотреть изображение в Твиттере

Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal
Türkiyə və Ukrayna arasında diplomatik qalmaqal yaşanır.

“Ölkə.Az” modern.az-a istinadən xəbər verir ki, ilk dəfə olaraq Rusiya Dövlət Dumasının Krımdan olan deputatları Türkiyədə rəsmi səviyyədə qəbul edilib.

Prezident Ərdoğanın qəbul etdiyi Rusiya nümayəndə heyətinin tərkibində Krımdan seçilmiş Natalya Poklonskaya və Ruslan Balbek də olub.

Bundan sonra Türkiyənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası təqdim edilib.

Ərdoğandan Merkelə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suariyada davam edən “Barış Pınarı” hərbi əməliyyatı haqqında Almaniya Baş naziri Angela Merkellə telefon danışığının detallarını açıqlayıb.

“Ölkə.Az” oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı geniş mətbuat konfransı keçirən ölkə başçısı Merkellə açıq danışdığını və onun qarşsında şərt qoyduğunu qeyd edib.

“Barış Pınarı” əməliyyatları başladıqdan sonra həm ölkəmizdə, həm də beynəlxalq aləmdə kimin harda durduğunu gördük. Bizi iqtisadi və hərbi sanksiyalarla hədələyənlər var.

Merkeldən açıqca soruşdum: Biz sizinlə NATO-da müttəfiq deyilik? Bəlkə terror qruplaşmasını NATO-ya almısınız bizim xəbərimiz yoxdur? Bizim tərəfimizdəsiniz, ya terrorçuların?

Hamınız onların tərəfində yer almısınız. ABŞ terrorçulara 30 yük maşını həcmində silah, sursat yollayır. Biz indi niyə Suriyadayıq? Terroçuların etdikləri bezdirdi artıq.

Bizi kimsə belə hədələrlə, sanksiyalarla yolumuzdan edə bilməz”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, əməliyyatların əsas məqsədi Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan “terror dəhlizini” aradan qaldırmaq, sərhəd bölgəsində başda PKK olmaqla, bütün terror təşkilatlarını məhv etmək, eyni zamanda, yurdundan didərgin düşmüş Suriya xalqını təhlükəsiz şəkildə yenidən ölkəsinə qaytarmaqdır.

Romalıların Cana olan sevgisi türkləri özündən çıxardıTürkiyəli aktyor Can Yaman İtaliyanın paytaxtında qadın fanatlarının böyük sevgisi ilə qarşılaşıb.

"Ölkə.Az" axşam.az-a istinadən xəbər verir ki, onlar aktyoru küçədə dövrəyə alıb və onu çox sevdiklərini söyləyiblər. Bu görüntülər sosial mediada tənqidlərə səbəb olub.

Türkiyəli izləyicilər Canın orda qalmağını və Türkiyəyə geri qayıtmamasını tövsiyyə ediblər.

Qeyd edək ki, "Erkenci kuş" serialı ilə məşhurlaşan Yaman ölkə xaricində də çox sevilir.

ABŞ-ın Türkiyə ilə aramızda vasitəçilik etməsini qəbul edirik.

Axar.az xəbər verir ki, bunu Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Kobani adı ilə tanınan Fərhad Abdi Şahin “Le Fiqaro” qəzetinə açıqlamasında deyib. O, artıq prioritetlərinin həbsxanalardakı İŞİD-çilər olmadığını bildirib.

SDQ komandiri ABŞ hərbçilərinin bölgədən çəkilməsinin onları məyus etdiyini söyləyib:

“ABŞ-ın Türkiyə tərəfindən başladılan müharibəni dayandırılmasına nail olmasını tələb edirik. Müharibə başa çatmasa, ABŞ tərəfindən xəyanatə uğradığımızı düşünəcəyik. Hələlik məyusuq. Bizim gözümüzdə ABŞ-ın etibarı zədələnib”.