Türkiyə lideri Ərdoğanın İraqdakı olayların İrana da sirayət etməsi ilə bağlı xəbərdarlığı yerində deyilmiş sözdür, çünki bəzi gizli əllər islam ölkələrində xaos yaratmaq istəyirlər.

Bu sözləri İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi deyib.

“Ərdoğan bu gizli əlləri çox aydın görüb. Buna görə də onun xəbərdarlığını təqdir edirik. Türkiyə-İran münasibətləri heç vaxt bu qədər yaxşı olmayıb”, – Musəvi bildirib.

Qeyd edək ki, Ərdoğan bir qədər əvvəl verdiyi açıqlamada İraqdakı xaosun İrana da yayıla biləcəyi haqda xəbərdarlıq edib.  /Axar.az/

“Bir müddət yanlış təbliğat aparıldı ki, guya Moskva Paşinyandan, Paşinyan da Rusiyadan üz döndərib”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərindən əvvəl bu ölkənin “Mediamaks” agentliyinə verdiyi müsahibədə diqqət ediləcək məqamlar var: “Lavrovun cavablarından iki əsas seçməni diqqətinizə çatdırıram: “Nikol Paşinyan Rusiya ilə strateji müttəfiqliyi dərinləşdirmək siyasətinə sadiqdir”, “İrəvanın xarici siyasəti Moskvanı qane edir”. Lavrovun Dağlıq Qarabağ münaqişəsiylə bağlı söylədiyi bir başqa fikir də Ermənistanın maraqları ilə tam üst-üstə düşür: “Dağlıq Qarabağın statusu hüquqi nöqteyi nəzərdən özmüqədərratın təyini yolu ilə həll edilməlidir”.

Rusiya rəsmiləri ara-sıra Paşinyandan narazılıqlarını ifadə edə bilərlər, ancaq konseptual məsələlərdə Ermənistanın hazırki baş nazirindən narazı deyillər. Lavrovun Dağlıq Qarabağın statusu ilə bağlı fikri isə bu deməkdir ki, Azərbaycan bölgənin statusunu müəyyənləşdirəcək referendumun keçirilməsi ilə razılaşmalıdır. Biz həmin “referendumun” nə ilə nəticələnəcəyini yəqin bilirik. Lavrovun “məsləhətinin” də elə həmin “nəticəyə” xidmət etdiyi bəllidir”.  /Publika.az/

Türkiyəli tanınmışlardan möhtəşəm Azərbaycan Dövlət Bayrağı Günü təbriki — VİDEO

Bu gün Azərbaycan Dövlət Bayrağı Günüdür.
Türkiyənin tanınmış siyasi, ictimai xadimləri, sənət adamları bu münasibətlə Azərbaycan xalqını “HaberGlobal”a göndərdikləri maraqlı video ilə təbrik ediblər.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bayram təbrikini bu sözlərlə dilə gətirib:

“Bir millət, iki dövlət” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımıza, həm də gələcək nəsillərə olan borcumuz və vəzifəmizdir. Çünki azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”.

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bu dəyərli təbrikə görə həmkarına dərin təşəkkürünü ifadə edib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bildirib ki, Azərbaycan Türkiyənin olmadığı yerdə həmişə onların hüquqlarını layiqincə müdafiə edib.
Türkiyə Böyük Millət Məclisinin sədrinin vəkili Levent Gök, CHP lideri Kamal Kılıçdaroğlu, İstanbul Böyük Şəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu, Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Şamil Ayrım, MHP rəhbərinin köməkçisi Mövlud Karakaya, AKP qrup başqan vəkili Məhəmməd Əmin Akbaşoğlu, tanınmış türkiyəli aktyor və şoumen Okan Bayülgen, modelyer və müğənni İvana Sərt, müğənni Hakan Peker, musiqiçi Mustafa Ceceli, futbol şərhçisi Tümer Mətin, tanınmış aparıcı Səba Tümer, aktyor Səlim Bayraqdar, müğənni Ebru Yaşar kimi tanınmış siyasət, ictimaiyyət və sənət dünyasından olanlar Azərbaycanı Bayraq Günü münasibətilə təbrik edib, Bayrağımızın əbədi dalğalanmasını arzulayıblar.



Qeyd edək ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
Ərdoğanın ABŞ-a səfərinin tarixi məlum oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərinin tarixi açıqlanıb.

CNN Türk-ə istinadən xəbər verir ki, Ərdoğanın səfəri 13 noyabrda baş tutacaq.

O, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Qalmaqallı açıqlamasından sonra Ərdoğanın yanındakı yerini itirdi

Türkiyə Prezidenti yanında Rəyasət Heyətinin Ali Məşvərət Şurasının üzvü Bülent Arınç son günlər verdiyi qalmaqallı açıqlama ilə bağlı ölkə gündəmindən düşmür.

“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, siyasətçi reportajında qanunvericilikdə verilən qərarları şərh edərkən “Faciədir. Ətrafımda o qədər bu qərarlardan doğan fəlakətin qurbanları var ki, onlara yazığım gəlir, mərhəmət göstərirəm. Əslində onlardan da üzr istəyirəm” ifadələrini işlədib. 

Arınç həmçinin, FETÖ ilə bağlı oxunan hökmlərdə böyük səhvlərə yola verildiyini bildirərək məhkəmələri sərt şəkildə tənqid edib. Onun sözləri hakim partiya daxilində mübahisələrə səbəb olub. Hətta, Prezident Rəcəb Tayyib Ərdoğan da ötən gün B. Arınçın açıqlamasını tənqid edib: “Dostlar, o, yaxşı bir hüquqşünas olduğuna görə qərarları “faciə” olaraq dəyərləndirməsini böyük təəssüflə qarşıladım. Bu gün onsuz da toplantımız var. Bunu da öz aramızda dəyərləndirəcək, bu barədə danışacağıq”.

Daha sonra Ali Məşvərət Şurası Ərdoğanın rəhbərliyi altında yığıncaq keçirib. Təxminən 3 saat davam edən tədbirdə diqqətçəkən məqam isə Arınçın Ərdoğanın yanında əyləşməməsi olub. Belə ki, sonuncu dəfə 2 noyabrda keçirilən toplantıda o, Prezidentin sol tərəfində əyləşmişdi.

“Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşündə deyib.

O qeyd edib ki, Bakının memarlığı Azərbaycanın milli sərvətidir:

“ İçərişəhər UNESKO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İçərişəhər kimi şəhərlərlə öyünə bilməz, bu, bizim böyük sərvətimizdir. Eyni zamanda, şəhərin hər bir yeri abad olmalıdır. Bəzi yerlərdə ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə Azəravtoyol Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni, şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaqdır”.

 

 

 
Malayziya kralına xəyanət edən rus model SÜKUTU POZDU:

İntim görüntüləri yayımlandıqdan sonra Malayziya kralı olan həyat yoldaşı sultan 5-ci Məhəmməd tərəfindən tərk edilən Rusiya gözəllik kraliçası Oksana Voevodina, sosial mediadakı açıqlamasıyla sükutu pozub.


''Ölkə.Az'' xəbər verir ki, Malayziya kralı sultan 5 ci Məhəmmədlə rusiyalı modelin boşanması media gündəmi zəbt etmişdi. Modelin evlənmədən bir neçə həftə əvvəl saxta adla realiti şouya qatılması iddia olunmuşdu və həmin proqramda Elisey Poliscuk adlı kişi ilə hovuzda intim görüntüləri yayımlanmışdı.

Belə ki, həmin görüntülərdən sonra Oksananın uğruna taxt-tacdan imtina edən sultan, uşaqları dünyaya gəldikdən sonra modellə rərsmi münasibətlərini bitirib. Üstəlik uşağın atasının Malayziyanın kralı olmadığı iddia edilib. 

Bütün bu hadisələrdən sonra susan Oksana keçən gün öz ''İnstagram'' hesabında açıqlama verib. O, uşağının şəklini paylaşaraq "analığımının hər dəqiqəsi üçün şükr edirəm, oğlumla hər anı doya-doya yaşayıram" sözlərini yazıb: "Oğlumun atası uşaq doğulduğu gündən bəri özünü bilərəkdən bu anlardan məhrum edir. Bütün bunlar məni çox incidir. Kaş ki, hekayəmdə daha çox həqiqəti paylaşardım sizinlə lakin, bu, hər kəsi çox incidər". 

Qeyd edək ki, "Miss Moskva 2015" Oksana Malayziya kralına görə müsəlman olmuşdu. 

O, yaxşı siyasətinə görə deyil, birbaşa danışığına görə ən yaxşısıdır.
 
Axar.az xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd amerikalı həmkarı Donald Tramp haqqında danışarkən deyib.
 
“Bizə neft lazımdır”, “Biz kimdənsə yaxa qurtarmaq istəyirik”, “Pul qarşılığında xidmətlərimizi təklif edə bilərik” və s... Bu, ABŞ siyasətidir. Açıqsözlü düşməndən yaxşı nə ola bilər?!” - deyə Əsəd bildirib.



BƏƏ-nin Baş Naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun altıncı həyat yoldaşı şahzadə Həyya Londona qaçdıqdan sonra orada İordaniya səfirliyində yüksək vəzifə alıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, şahzadə Həyyanın adı Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən diplomatik siyahılarda hallanır. Sənədlərdə onun adı “birinci katib” kimi keçir.

Qeyd edək ki, Həyya bin əl-Hüseyn mərhum İordaniya kralı Hüseynin qızıdır. O, Əl-Məktumla 2004-cü ildə ailə həyatı qurub. Onların iki övladı var.

“Burada heç nə bitməyib. Hər an hər şey ola bilər”.

Bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

Baş qərargah rəisi və quru qüvvələrinin komandanı ilə birlikdə Suriya sərhəd nöqtəsində xidmət edən əsgərlərə baş çəkən nazir “Barış pınarı” əməliyyatı çərçivəsində Tal Abyad şəhərindəki türk əsgərlərinə səslənib: “Hər an hər şey ola bilər. Türkiyənin İŞİD ilə mübarizəsini görməmək birmənalı şəkildə korluq, cahillik və inaddır”. (publika.az)