“Türkiyə bir NATO müttəfiqidir və NATO müttəfiqi ilə müharibəyə girməyəcəyik”.

Bunu ABŞ Müdafiə naziri Mark Esper deyib.

Səudiyyə Ərəbistanında Amerikanın CNN kanalına Suriyanın şimalındakı hadisələrlə bağlı müsahibə verən nazir bildirib ki, ölkəsinin YPG/PKK ilə əməkdaşlıq etməsinin basilica səbəbi İŞİD terror təşkilatı ilə mübarizədir və bu əməkdaşlıq Barak Obamanın prezident olduğu dövrdə qurulub.

“Uzun müddətdir NATO müttəfiqi olan bir ölkəyə qarşı kürdləri (YPG/PKK) müdafiə etmək, ya da muxtar bir kürd dövləti qura bilsinlər deyə onlara yardım etmək üçün bizə vəzifə verilmədi. Türkiyənin YPG-yə qarşı olduğunu və Ankaranın “Sülh çeşməsi” hərəkatını başlatmasından dolayı mövcud durumun ortaya çıxacağından, Rusiya ilə Bəşər Əsəd rejiminin də buna daxil olduğunu bilirdik. Amerika əsgərlərinin içində olmasını istədiyimiz bir durum deyildi bu. “Sülh çeşməsi”nin həyata keçiriləcəyindən xəbərdar idik. Ərdoğanla Trampın 6 oktyabr danışığından bir neçə gün əvvəl türkiyəli həmkarım hərəkata başlayacaqlarını demişdi”,- Esper bildirib.

ABŞ Müdafiə naziri əlavə olaraq, Suriyanın şimalından çəkilən əsgərlərinin İraqa getdikdən sonra ölkələrinə qayıdacaqlarını deyib.

Qeyd edək ki, ötən gün Türkiyə ilə Rusiya arasında Suriya məsələsinə dair Soçi memorandumu imzalanıb.   /Publika.az/

Rusiya, ORSIS şirkətinin iştirak etdiyi silah tədarükü tenderinin pozulması ilə bağlı Ermənistana etiraz notası göndərəcək.

Turkustan.info RİA Novosti-yə istinadən xəbər verir ki, şirkət cari ilin may ayında Ermənistan Müdafiə Nazirliyinin ilk dəfə bir neçə milyon dollar həcmində hərbi texnika tədarükünə dair elan etdiyi tenderdə müvafiq tələblərə uyğun gəldikləri üçün iştirak etsələr də, bilmədikləri səbəblərdən tenderə xitam verilib və Ermənistanda silah tədarükü tenderinin pozulması ilə bağlı cinayət işi başlanıb.

Qeyd olunub ki, nota artıq Xarici İşlər Nazirliyinə daxil olub və yaxın zamanda diplomatik kanallar vasitəsi ilə Ermənistan tərəfinə veriləcək.

Rusiyanın Sənaye və Ticarət nazirinin müavini Oleq Ryazançev tərəfindən Ermənistanın Müdafiə naziri David Tonoyana göndərilən notada deyilir ki, ORSIS-in bu tenderdə iştirak ərizəsi heç bir səbəb olmadan rədd edilib və şirkətin özü də Ermənistan Silahlı Qüvvələrinin “etibarsız təchizatçılar siyahısı”na daxil edilib.

Sənəddən də görünür ki, Ermənistan Müdafiə Nazirliyi tenderdə iştirak üçün bank zəmanətinin ödənilməsi tələbi ilə banka qanunsuz müraciət edib, lakin qanunla şirkət tenderdə qalib gələrsə və ya müqaviləni imzalamaqdan imtina edərsə belə kompensasiya ödəməli idi.

“Sizdən xahiş edirəm ki, mövcud vəziyyəti nəzərdən keçirəsiniz və bunun həllinə yönəlmiş tədbirlərin görülməsi barədə göstəriş verəsiniz”, sənəddə deyilir.    /Cebhe.info/

İtaliyanın DAZN kanalında çalışan idman jurnalisti Diletta Leotta yenə ölkəsində gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, xanım müxbir “Instagram”da “Əgər futbolla maraqlanırsınızsa, məni sadəcə, izləməyin, həm də dinləyin” yazıb.

Onun bu çağırışına italiyalı həmkarı Fulvio Kollovati maraqlı cavab yazıb: “Əgər bir xanım jurnalist stadiona belə geyimlə gəlirsə, deməli, özünə baxılmağını sevir. Belə halda kimsə onu dinləməz”.

 

Onların bu yazışması İtaliya mətbuatında müzakirələrə səbəb olub.

“Napoli” azarkeşləri ötən ay “Breşiya” ilə oyundan öncə Dilettaya “Möhtəşəm sinəni aç, baxaq” şüarlarını səsləndirmişdi. Xanım jurnalist jestlə bunu etməyəcəyini bildirmişdi.

İtaliyalı jurnalistin İnstaqramda 5,2 milyon izləyicisi var.







İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu feysbuk hesabında azərbaycanlı gənclə dialoqunun yer aldığı videonu paylaşıb.

Görüntülərdə həmin şəxs İmamoğlunu qucaqlayaraq “Universtitet məzunuyam. İşsizlikdən hətta, xaricə qanunsuz miqrant olaraq getməyi düşünürdüm. Mənə bu ölkənin vətəndaşı olduğumu hiss etdirdin” deyərək təşəkkür edib.

Eyni zamanda o, qeyd edib ki, İstanbulda bələdiyyə seçkiləri zamanı heç bir partiyanın üzvü olmadığı təqdirdə CHP-yə üzv olub.

 

Ərdoğan və Putinin Soçidəki görüşü başa çatdı
Soçidə Rusiya Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.

Rusiya Prezidentinin “Boçarov ruçey” iqamətgahında altı saatdan artıq davam edən görüşdə Suriya münaqişəsinin həlli prosesi müzakirə olunub. 

Görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib ki, danışıqlar zamanı Suriyaya dair taleyüklü məsələləri, Suriya-Türkiyə sərhədində yaranmış vəziyyəti həll etməyə imkan verən qərar qəbul olunub. Onun sözlərinə görə, Türkiyə Prezidenti Ərdoğan ölkəsinin məqsəd və vəzifələri barədə ətraflı danışıb. 

Vladimir Putin, həmçinin vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyinə əmin olan Rusiya və Türkiyə suriyalı qaçqınlara öz vətənlərinə qayıtmaqda kömək göstərəcəklər. O deyib ki, Suriyadakı separatçı əhval-ruhiyyə xaricdən qızışdırılır. 

Tərəflər, həmçinin iqtisadi sahədə əməkdaşlığı, qarşılıqlı ticarət əməliyyatlarında yerli valyutalardan istifadə edilməsi, Türkiyə ərazisində “Mir” bank kartından istifadənin genişləndirilməsi, eləcə də Türkiyənin bank və şirkətlərinin “Bank Rossii”nin maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması məsələlərini müzakirə ediblər.

Türkiyəni dəhşətə gətirən qatilə hökm oxunduTürkiyəni dəhşətə gətirən Emine Bulut cinayəti ilə bağlı hökm oxunub.

Baku.ws xəbər verir ki, Emine Bulut 18 avqustda 10 yaşlı qızı ilə kafedə yemək yeyən zaman əri Fedai Varan tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi.

Dünən keçirilən məhkəmə prosesində ona “qəsdən adam öldürmə” maddəsi ilə ömürlük həbs cəzası verilib.

Onun vəkili cinayətin vəhşicə tördilmədiyini iddia edərək cəzanın azaldılmasını istəsə də, onun tələbi rədd edilib. F.Varan isə son söz haqqından istifadə etmək istəməyib.

Qeyd edək ki, uşağın vəkalət hüququnun Fedai Varandan alınması üçün də müraciət edilib.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Polislərin xidmətini xüsusi qeyd etmək istəyirəm. Onlara təşəkkür edirəm, minnətdaram ki, fəallıq göstərdilər.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hadı Rəcəbli YAP-ın İcra Katibliyində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Milli Şuranın 19 oktyabr qanunsuz mitinqi ilə bağlı keçirilən toplantıda səsləndirib.

Deputat bildirib ki, bu mitinqlərin məqsədi asayişi pozmaqdır:

“Hadisələrin gedişi onu göstərdi ki, bu adamların heç bir sağlam fikirləri yoxdur. Onlar 6 iddia irəli sürdülər ki, biz bu iddaların tətbiqini Azərbaycan Prezidentinin öz dilindən eşitmişik. Nəyin davası gedirdi? Lökbatan uzaqdır, orada mitinq keçirmək istəmirlər. Sonra da deyirlər ki, rayonlardan mitinqə gəlmək istəyənlərin qarşısını alıblar, onları avtobuslardan düşürüblər, geri qaytarıblar. Özləri özlərini ifşa edirlər. Rayonda mitinq etmirlər, amma rayonlardan mitinqə gələnlərin olduğunu deyirlər. Maraqlı paradoksdur”.

Hadı Rəcəbli bildirib ki, mitinqdə beş yüz nəfər iştirak edirdisə, mediadan min adam var idi:

“Yəni göstərildi ki, nəyi istəyirsiniz, çəkib göstərin. Əslində Milli Şuranın təşkili ilə mitinq keçirilmədi. Siyasi təşkilatçılıq yox idi. Məişət səviyyəsində narazılığı olan adamlar ordan-burdan gəlib danışırdılar. Polislərin xidmətini isə xüsusi qeyd etmək istəyirəm. Onları söyüb təhqir edirdilər. Məqsəd polisi hövsələdən çıxarmaq idi. Lakin polis göstərdi ki, onlar dövləti müdafiə edirlər, Prezidentin yanındadılar. Belə süni mitinqlərlə bizi aldatmaq olmaz. Əli Kərimlinin tutulması zamanı ətrafdakı qışqırıqlar belə süni idi”.

 
Mehmet Ali Erbilin son görünüşü MƏYUS ETDİ
235 gün komada qalan Mehmet Ali Erbilin son ğörünüşü pərəstişkarlarını məyus edib.

Müğənni Banu Parlak şoumeni evində ziyarət edib. O, oğlu ilə oynayan Erbilin videogörüntüsünü öz “İnstagram” səhifəsində paylaşıb. Videoda şoumenin zəiflədiyi gözə çarpır. 20 gün bundan öncə televiziya verilişlərinin birinin qonağı olan Erbilin qısa müddət ərzindəki bu cür dəyişimi onu sevənləri qorxudub.

Qeyd edək ki, Mehmet Ali Erbil ötən ilin 18 oktyabrında evinin hamamında yıxılaraq ağır zədə almışdı.

Türkiyənin “Sülh çeşməsi” əməliyyatı bölgədə kürd dövləti yaradılması ilə bağlı xəyalların üstündən xətt çəkdi.

Bu barədə “Yerusəlim Post” qəzetində araşdırma yayımlanıb.

“Həmin dövlətin yaradılması ilə bağlı 6 ildir plan qurulurdu, lakin İsrailin bu planı 6 gün içində pozuldu. Türkiyənin əməliyyatı YPG/PKK-nın arzularını yox etdi”, – yazıda bildirilib.  /Axar.az/


ABŞ prezidenti Donald Tramp növbəti dəfə Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiffi tənqid edərək, onu dələduz və korrupsiyalaşmış məmur adlandırıb.

“Report” xəbər verir ki, bunu Tramp “Twitter” hesabında yazıb.

Birləşmiş Ştatların rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığının ideal olduğunu vurğulayıb.

“Bunu ukraynalı həmkarım heç bir təzyiq olmadan özü də bəyan edib”.

Amerika lideri, Şiffin telefon danışığını təhrif etdiyini bilmək üçün onun sorğu-sual edilməsini söyləyib.

“Mən onun ifadəsini tələb edirəm. O, dələduzdur” deyə Trump bildirib.