Lavrov bu gün Bakıya gəlirBu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, səfərin dekabrın 3-dək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bir neçə gün öncə keçirdiyi brifinqdə Sergey Lavrovun Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini demişdi.

Ermənistanda onkoloji və ürək-damar xəstəliklərindən ölənlərin sayının artması ekoloji situasiyanın həddindən artıq pis olması ilə bağlıdır.

Musavat.com xəbər verir ki, bu cümlə bloger Aleksandr Lapşinin Feysbukdakı qeydlərində əks olunub.

Onun sözlərinə görə, Avropadan gətirilən köhnə avtomobillər, ölkədə zibil emalı zavodunun olmaması, dağ-mədən sənayesi Ermənistanın ekoloji vəziyyətini bərbad hala salıb.

“İrəvanda yaşadığım 4 ay ərzində artıq hiss etim ki, sağlam deyiləm. Ətraf mühit mənə olduqca pis təsir etdi. Hələ İrəvanda olduğum qədər həyatımda bu qədər soyuqdəymə keçirməmişəm. Heç bir səbəb olmadan halımda süstlük baş verdi və gecələr yata bilmirdim. Artıq bundan sonra daha betər şəkildə xəstələnəcəyimi anladım”, - deyə bloger öz səhifəsində yazıb.

Lapşin İrəvanın 2018-2019-cu illərdə Dünya Bankı statistikasına əsasən dünyanın ən çirkli 10 şəhəri arasına girdiyini, burada Kinşasa (Konqo), Dakka (Banqladeş) və Cakarta (İndoneziya) kimi şəhərlərlə yarışdığını vurğulayıb. Bundan başqa İrəvan Ümumdünya Səhiyyə Təşkilatının versiyasına görə, onkoloji xəstəliyə mübtəla olmaq riski daşıyan 10 ən təhlükəli şəhərdən biri sayılır.

Belarus-İsrail əsilli bloger şəhərdə bütün ağacların qırıldığını və park-meşələrin məhv edildiyini də yazıb.

O, bir çox insanın burada artıq 35-40 yaşlarından ürək, damar, böyrək xəstəliklərindən əzyyyət çəkdiyini bildirib.

Ermənistanda hər il 9 min onkoloji xəstəliyə yaxalanma və 20-30 min infarkt hadisəsi qeydə alınır. İnfarktların sayına görə də Ermənistan ilk onluqda qalmağa davam edir. Xərçəng xəstələrinin üçdə birinin vəziyyəti ümidsizdir, yəni Ermənistanda hər il elə 3 min adam bu xəstəlikdən ölür.

“Bərbad ekoloji vəziyyət hər il Ermənistanda ən az 3-5 min vətəndaşın ölümünə bais olur. Bu isə Ermənistanın Qarabağ müharibəsində itirdiyinin 10 qatıdır”, - deyə Aleksandr Lapşin sonda qeyd edib.

TANAP layihəsi Azərbaycanla Türkiyənin uzun illər birgə səyləri nəticəsində ərsəyə gəlib. Hazırda bunun sevincini yaşayırıq.

Axar.az xəbər verir ki, bu sözləri TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində TANAP-ın baş direktoru Saltuk Düzyol Azərtac-a bildirib.

Layihənin həyata keçməsi ilə Azərbaycanın Avropanın yeni qaz tədarükçüsü olmaq hədəfinə çatdığını vurğulayan S.Düzyol deyib:

“Bununla Azərbaycan, eyni zamanda, Türkiyənin də ikinci qaz tədarükçüsü oldu. Türkiyə artıq uzun illərdir qaz ehtiyacını Rusiya və İran qazı ilə qarşılayırdı. Burada Azərbaycan üçüncü tədarükçü idi. Lakin TANAP-la Azərbaycan Türkiyənin qaz ehtiyacını qarşılayan ikinci böyük dövlətə çevrildi”.

Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində baş verən sürüşmə zamanı çökən yolun bərpası üçün lazımi tədbirlər davam etdirilir.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, nəqliyyatın intensiv hərəkət etdiyi bu yolun bərpası bir neçə ay davam edəcək: "Hazırda yolun bərpa işləri ilə yanaşı geoloji kəşfiyyat işləri də aparılır və bu gələcəkdə baş verəcək hadisələrin qarşısını almaq məqsədi daşıyır. Hazırda həmin ərazidə torpaq qatı çökərək, aşağıda ”Bayıl buxtası" küçəsini bağlayıb. Həmin küçənin açılması üçün tədbirlər görülür.

Bundan başqa dağ yamacının ağırlığını yüngülləşdirmək üçün həmin hissədən torpaq qatı ərazidən kənara daşınır. Aparılan kəşfiyyat işləri nəticəsində həmin torpaqda, yerin altında gedən proseslər müəyyənləşdirilir. Ondan sonra isə geoloji kəşfiyyat işləri nəticəsində bu kimi hadisələrin gələcəkdə baş verməməsi nəticəsində hansı geoloji tədbirlərin görülməsi ilə bağlı rəy hazırlanacaq. Həmin rəyə əsasən layihə hazırlanıb bərpa işlərinə start veriləcək. Yoldakı intensiv hərəkət və Bakının əsas girişlərindən biri olduğu nəzərə alınaraq bu prosesin tez bir zamanda həyata keçirilməsi nəzərdə tutulur. Lakin buna baxmayaraq, qısa müddət ərzində orada bu kimi işləri tam olaraq başa çatdırmaq mümkün deyil. Bu proses bir neçə ay davam edəcək, ancaq bir iş digərinə mane olmadan həyata keçiriləcək".

A.Nəcəfli deyib ki, geoloji kəşfiyyat işləri zamanı yol çöküntüsünün hansı səbəbdən baş verməsi də tam dəqiqliyi ilə aydınlaşdırılacaq.

Putinin qidalanma rasionuRusiya prezidentinin şef-aşpazı Anatoliy Qalkin Vladimir Putinin sevimli yeməkləri, gündəlik rasionu və qida seçimi barədə məlumatları açıqlayıb.

"Ölkə.Az" medicina.az-a istinadən xəbər verir ki, 67 yaşlı Putin səhərlər düyü sıyığı, arada buğda sıyığı yeyir. Eləcə də bəzən səhərlər çiy bildirçin yumurtası içir. Meyvələrdən az yesə də, quru meyvələr həmişə masada olmalıdır.

Putin qara kürüdənsə, qırmızı kürüyə üstünlük verir. Onun yemək masası arxasında fotolarının çoxunda qırmızı kürü masada görünür.

Prezident sadə insanlarla və xüsusi görüşlərdə nahar edərkən mütləq borş, salo və pomidor, balıq uxası sifariş edir. Bununla o, rus mətbəxini təbliğ edir.

Qırmızı ətdənsə, Putin balıq və quzu ətinə üstünlük verir. 

Şirniyyatı sevmir, konfet, tort, şokolad demək olar yemir, bircə dondurmadan başqa. 

Dietoloqlar səhərlər liderin düyü sıyığı yeməsini ona səhər tezdən daha çox enerjili olub, iş mühitinə atılması üçün lazım olduğunu vurğulayıb.

Çiy yumurta içməyi isə sıravi vətəndaşlar sınamasın. Ola bilər prezident içdiyi yumurtanın təhlükəsiz və təzəliyinə əmindir. 

Ümumiyyətlə, Putin mədəyə ağırlıq etməyən, tez həzm olunan, lakin uzun müddət toxluq verən menyu seçib.

Quzu əti mal ətindən daha faydalıdır, sinir sistemi və beynin işini gücləndirir. 

Şəkərdən uzaq olması isə Putinin ürək-damar sistemi, hormonal tarazlığı üçün müsbətdir. 

Çörək az yeyir, çörək yalnız tam taxıldan olmalıdır, kompot, kisel, təmiz meyvə, giləmeyvə likörü, bitki çayı, yalnız yaşıl çay içir.

Prezident ümumiyyətlə, təzə, sağlam nə yemək oldu yeyir, xüsusi qadağası yoxdur, yeməyə çox vaxt sərf etmir.




Elektrik Devid Stouks lotereyada 40 min funt sterlinq udan zaman xoşbəxt olan ailə üzvləri, yəqin ki, faciəvi sonluğu heç təsəvvürlərinə belə gətirməmişdilər. Gözlənilməz zənginlik ailəyə böyük bədbəxtlik gətirib.

Oxu.az xəbər verir ki, bu barədə “Daily Star” xəbər verib.

43 yaşlı Devid lotereyada qalib gəldikdən sonra arvadı Salli ilə münasibətləri pisləşir. Belə ki, qadın ərinin elektron poçtunda əxlaqsız qadınların sifarişi barədə məktublara rast gəlir, həmçinin brauzerin tarixçəsindən kişinin narkotikə aludə olduğunu anlayır. Salli tapıntıları barədə ərinə xəbərdarlıq etdikdən sonra qohumlarına bu barədə danışmaq üçün evdən çıxır. Bundan qəzəblənən kişi evdə qalan oğlanlarını doğrayır.

 

Salli evə qayıtdıqda isə əri onu da öldürməyə cəhd edir. Lakin qadın küçəyə qaçaraq həyatını xilas edə bilir. O, köməyə çağırdıqda isə cani Sallini zorla yenidən evə salıb.

Hadisə yerinə polislər cəlb olunub. 5 saat ərzində Stouks zabitləri evə buraxmaqdan imtina edib. Qarşıdurmanın sonunda kişi sakitcə qadını 2-ci mərtəbəyə çıxardaraq, kürəyindən bıçaqlayıb.

“Mən kürəyimin isindiyini hiss etdim. Əlimlə toxunduqda, bıçaqlandığımı anladım. Üzümü ona tərəf çevirərək adını çağırdım. Onun üzündə elə ifadə yarandı ki, elə bil qalib gəlib. Bunu heç bir zaman unutmayacağam”, – deyə qadın sonradan ifadəsində bildirir.

Nəhayət Salli polislərin müdafiəsi altında evdən qaça bilib. Hüquq-mühafizə əməkdaşları evə soxulduqda isə Devidin meyiti ilə rastlaşıblar. Ölmüş uşaqlar – 5 yaşlı Metyu və 11 yaşlı Adam isə çarpayıda əl-ələ tutmuş halda tapılır.

Hadisə ilə bağlı istintaq başlanıb.

PKK/PYD terror təşkilatında parçalanma sürətlənirTürkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-şərqində həyata keçirdiyi “Sülh Çeşməsi” əməliyyatından sonra YPG/PKK terror təşkilatının sıralarını tərk edənlərin sayı günü-gündən artır.

 “Ölkə.Az” xəbər verir ki, ötən gün Suriyanın Ayn əl-Ərəb bölgəsindən Şanlıurfaya gələn iki PKK/YPG terrorçusu silah və rabitə vasitəsi ilə Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, ölkə daxilində və xaricində terrora qarşı həyata keçirilən hərbi əməliyyatlar nəticəsində PKK/PYD terror təşkilatında parçalanma sürətlənir, təşkilatdan qaçanların və təslim olanların sayı artır:

“2019-cu ilin noyabr ayının 25-də Suriyanın Ayn əl-Ərəb bölgəsindən iki terrorçu M-16 silahları və rabitə vasitələri ilə Suriyadan qaçaraq Şanlı Urfadakı sərhəd məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub".

Onu da qeyd edək ki, YPG/PKK-nın öz sıralarında Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşməkdən imtina edən onlarla insanı qətlə yetirdiyi bildirilir.

İranda internetin kəsilməsinə görə şirkətlərə kompensasiya veriləcəkİranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi internetin kəsildiyi müddətdə zərər çəkmiş şirkətlərə kompensasiya verilməsi üçün proqram hazırlayıb.

“Ölkə.Az” azərtac-a istinadən xəbər verir ki, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmmədcavad Azəri Çəhromi məlumat verib.

O bildirib ki, bəzi şirkətlər bir ay müddətində pulsuz internetlə təmin olunacaqlar. Proqram hökumət tərəfindən təsdiq edildikdən və ölkə prezidentinin müvafiq sərəncamından sonra kompensasiyalar veriləcək.

Nazir ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyaya gülərək münasibət bildirib. M.A. Çəhromi deyib ki, heç bir xarici dövlətdə ona aid bank hesabı yoxdur, buna görə də sanksiyalar mənasız və məntiqsiz görünür.

Xatırladaq ki, ötən həftə İranda baş verən iğtişaşlara görə ölkə ərazisində internet kəsilmişdi. İnternetin kəsilməsi nəticəsində bir sıra dövlət və özəl şirkətlərin işində problem yaratmışdı ki, bunun da nəticəsində onlar maliyyə itkisinə məruz qalıblar.

Ermənistanı qarışdıran VİDEO — Şok görüntüErmənistan ombudsmanı Arman Tatoyan Feysbuk səhifəsində polislərin qaz maskası və dəyənəkdən istifadə edərək, bir şəxsdən etiraf almasını əks etdirən video yayımlayıb.
Teleqraf.com xəbər verir ki, video materialla əlaqədar Tatoyan dərhal cinayət işinin başlanması zəruriliyini bildirib.

Tatoyan qeyd edib ki, bütün yoxlama tədbirləri yalnız Ermənistan Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş prosedur çərçivəsində həyata keçirilməlidir:

"İmzaladıqdan sonra cinayət təqibi orqanına rəsmi məktub göndəriləcək. Proses ən çox mənim diqqətimin mərkəzində olacaq".
Olayın videogörüntüsünü təqdim edirik:

İsrailin baş prokuroru Baş nazir Benyamin Netanyahu barəsində rüşvət, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi açılması barədə qərar verib.

Turkustan.info xəbər verir ki, İsrailin baş prokuroru Avihay Mandelblit baş nazir haqqında 4000 nömrəli sənəddə rüşvət, 1000 və 2000 nömrəli sənədlərdə isə dələduzluq və səlahiyyətlərindən sui-istifadəyə dair ittiham aktı hazırlanacağını açıqlayıb.

Qeyd edək ki, ölkə tarixində ilk dəfədir baş nazirə qarşı belə ittihamlar hazırlanır.  /Teleqraf.com/