Türkiyənin tanınmış köşə yazarı Əhməd Hakan ABŞ-İran gərginliyi ilə bağlı yazısında bir sıra önəmli məqamlara toxunub.

Ə.Hakan İranın bu savaşda qalib gəlmək ehtimalının az olduğunu deyərək, bəzi hadisələrə diqqət çəkib.

O, Qasım Süleymaninin dəfn mərasimində izdiham baş verməsini, 60-dan çox insanın həlak olmasını, xeylisinin yaralanmasını xatırladıb və bunu İran üçün neqativ hal kimi qiymətləndirib:

“İran ABŞ-a ağır zərbə vuracağını dedi, əvəzində isə özünün onlarla vətəndaşı həlak oldu”.

Müəllif həmçinin qarşıdurmanın iki ölkə liderinin işinə yaradığını vurğulayıb:

“Tramp da, Ruhani də son olaylara görə məmnundur. ABŞ liderinin impiçmenti məsələsi unuduldu, növbəti seçkidə şansı artdı. İran tərəfi də razıdır. Ölkədəki kütləvi etirazların izi-tozu qalmadı, rejim yenidən gücləndi”.

Əhməd Hakan Yaxın Şərqin xilasının bunlar olduğunu qeyd edib:

“1. Dindarlığın mərkəzinə əxlaqı qoymaq.

2. Bir xilaskarı gözləməkdənsə özünü xilas etmək.

3. İnsanların seçimlərinə qarşı çıxmaq əvəzinə hörmət etməyi öyrənmək.

4. Cəhalətə qarşı amansız bir cihad başlatmaq.

5. Günahı başqalarında deyil, özündə axtarmaq”.

Əhməd Hakan bütün bu fikirlərini ümumiləşdirərək, İranın bu savaşda qalib gəlmək şansı olmadığını vurğulayıb. (axar.az)

İran hakimiyyəti bilərəkdən ABŞ-ın İraqdakı obyektlərinə endirilən raket zərbələri zamanı daha az amerikalının xəsarət almasına çalışıb.

Bu məlumatı “Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən yayıb.

“Bu iranlılara öz simalarını saxlamağa imkan verdi. Üstəlik, hər iki tərəfə imkan yaratdı ki, müharibənin uçurumundan geri dönsünlər. ABŞ hökuməti yanvarın 7-si səhər saatlarında İranın zərbə endirəcəyi obyektlərin siyahısını bilirdi. Bu məlumatı ABŞ hərbçiləri İraq hakimiyyətinin hücumundan bir neçə saat əvvəl almışdı”, – deyə o bildirib. (axar.az)

ABŞ-ın sui-qəsd komandası kimi tanınan “75-ci Ranger Alayı” İraqa göndəriləcək.

Turkustan.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ ordusuna yaxın “Military.com” saytı informasiya yayıb.

Bildirilib ki, 3 min 632 nəfərlik alay Virciniya ştatından yola çıxacaq.

Qeyd edək ki, “75-ci Ranger” ABŞ-ın ən ali səviyyəli sui-qəsd komandası kimi tanınır.

1984-cü ildən bəri aktiv olan alay yüngül piyada xüsusi təyinatlı əməliyyat birliyi kimi fəaliyyət göstərir.

“75-ci Ranger”in tarixə düşən fəaliyyətləri

– 2001-2002-ci illər arasında Əfqanıstanda 1700-dən çox Taliban silahlısı öldürüb.

– 2003-cü ildə MKİ ilə birgə hərbi əməliyyatda Əl-Qaidənin o dövrdəki ən təhlükəli şəxsi olan Xalid Şeyx Məhəmmədi saxlayıb Quantanamoya aparıb.

– “Sünni üçbucağı” adlandırılan Ramadi, Mosul və Fellus ilə yanaşı, Tikritdə xüsusi əməliyyatların böyük hissəsini gerçəkləşdirib.

– 2008-ci ildə Əl-Qaidənin ikinci şəxsi olan Əbu Xəlləfini İraqda öldürüb.

– 2006-cı ildə Pakistanda təşkil etdikləri basqında aralarında Əl-Qaidənin çeçen komandanı İmam Əsədin də olduğu 30 terrorçunu məhv edib.

– 1 may 2011-ci ildə Əl-Qaidə lideri Üsamə Bin Ladeni öldürən iki birlikdən biri məhz bu alaydır.

– 26 aprel 2017-ci ildə aralarında İŞİD-in Əfqanıstan və Pakistan əmiri Əbdül Həsibin də olduğu 35 terrorçunu zərərsizləşdirib.

ABŞ prezidenti Donald Tramp barışıq əli uzatsa da, İran tərəfi Qasım Süleymaninin intiqamının tamamlanmadığını açıqlayıb.

Turkustan.info xəbər verir ki, bu barədə İran Silahlı Qüvvəlirinin Baş Qərargah sözücüsü, briqada generalı Əbülfazi Şikarçı bildirib. O qeyd edib ki, ABŞ-ın İraqdakı bazalarına raket hücumunu intiqamın tamamı olaraq görmürlər:

“Bu hücumları tam intiqam saymırıq. Əsl qisas o səviyyədə olacaq ki, amerikalılar bölgədən getməli olacaqlar.

ABŞ-ın etirbarlı müdafiə sistemi yoxdur, raketlərimizin hədəfə dəyməsinin qarşısını ala bilməyiblər. Hesab edirəm ki, bu ABŞ-ın dəstəkçisi olan region ölkələrinə dərs olmalıdır”.   /Redaktor.az/

İranda növbəti dəfə matәm elan olundu

İran hökumәti general Qasım Süleymaninin dәfn mәrasimindәki izdihamda vә tәyyarә qәzasında hәlak olanlarla әlaqәdar sabah matәm günü elan edib.
Trend xəbər verir ki, bunu hökumәtin sözçüsü Әli Rәbii "Twitter" sәhifәsindә yazıb.

İranlı rәsmi hökumәtin hadisәlәrlә әlaqәdar ölənlərin yaxınlarına başsağlığı verdiyini qeyd edib.
Qeyd edәk ki, ötәn gün Kirman vilayәtindә general Qasım Süleymaninin dәfn mәrasimindә izdiham nәticәsindә 56 nәfәr ölüb, 213 nәfәr yaralanıb.

Bu gün sәhәr saatlarında Parand şәhәri yaxınlığında Ukraynaya mәxsus tәyyarәnin qәzaya uğraması nәticәsindә isə 167 sәrnişin vә 9 ekipaj üzvü hәlak olub.

İranın “İsraili yerlə-yeksan edərik” bəyanatına bu ölkənin baş naziri Benyamin Netanyahu münasibət bildirib.

Baş nazir deyib ki, general Qasım Süleymaninin öldürülməsindən sonra İranla ABŞ arasında pik həddə çıxan gərginliyə İsrail qoşulmamalıdır.

Netanyahu

Turkustan.info xəbər verir ki, B.Netanyahu generalın öldürüldüyü hərbi hücumda İsrailin heç bir rolu olmadığını, bu üzdən də ölkəsinin ABŞ-la İran arasındakı gərginliyə daxil edilməməli olduğunu vurğulayıb.

Netanyahunun bu açıqlaması “İsrail ABŞ-ı bu savaşda tək qoydu” şəklində şərh olunur.

İsrail mediasının məlumatına görə, baş nazirin sədrliyilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib, bölgədəki proseslərlə bağlı bir sıra mühüm qərarlar verilib. Netanyahu elə həmin toplantıda İran-ABŞ arasındakı gərginlikdən uzaq dayanacaqlarını söyləyib.  /Bizimyol.info/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə birlikdə “Türk Axını” qaz kəmərinin açılışını edəcək.

Putin bu məqsədlə Ankaraya gəlməmişdən əvvəl gözlənilmədən Suriyaya gedərək, həmkarı Bəşər Əsədlə görüşüb.

Əsədlə Rusiyanın bu ölkədəki bazasında görüşən Putin gecə saatlarında İstanbula gəlib.

Rusiya qazının Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan “Türk Axını”nın rəsmi açılış mərasimi bu gün baş tutacaq. Rusiyanın Anapa şəhərindən İstanbuladək uzanan (935 km) boru kəmərinin inşası başa çatıb.

Kəmər dekabrın 31-də qaz nəqli üçün hazır vəziyyətə gətirilib. İllik 31.5 milyard kubmetr qaz nəqlini həyata keçirmək gücündə olan “Türk Axını” üçün bu günədək 7 milyard dollar vəsait xərclənib.

Nəql olunacaq qazın yarısı Türkiyəyə satılacaq. Avropadan isə bu kəmərdən tranzit ediləcək təbii qazın əsas alıcıları Almaniya, Polşa, Avstriya, Danimarka, Fransa, İngiltərə və Niderland olacaq. (teleqraf.com)

İranda 180 nəfərlik sərnişin təyyarəsi qəzaya düşdüUkrayna aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi Tehranın hava limanı yaxınlığında qəzaya uğrayıb.

“Ölkə.Az” xəbər verir ki, təyyarə havaya qalxdıqdan bir müddət sonra yerə düşüb və partlayıb.

Qəza barədə İranın Tasnim agentliyi xəbər verir.

Məlumata görə, "Boeing 737" təyyarəsində 180 sərnişin olub. Onların taleyi məlum deyil.

Hava limanının rəhbəri məlumatı təsdiqləyib. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.

Putin İstanbuldadırRusiya prezidenti Vladimir Putin Türkiyənin İstanbul şəhərinə gəlib.

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, burada yanvarın 7-də ictimai tədbirlər planlaşdırılmayıb. İşçi proqram yanvarın 8-ə nəzərdə tutulub.

Xüsusi halda Rusiya lideri çərşənbə günü "Türk axını" qaz kəmərinin istismara verilməsi mərasimində iştirak edəcək.

Hava limanlarında qiymətlər artır – Fevralın 1-dən…

Gürcüstanın beynəlxalq hava limanlarında uçuşlar və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tariflər artacaq.

“Report” bildirir ki, yeni tariflər fevral ayının 1-dən etibarən qüvvəyə minəcək.

Tbilisi beynəlxalq hava limanında bir sərnişin üçün tarif 3,7 avrodan 6,2 avroya qədər bahalaşacaq. Batumi hava limanında bu tarif 1 dollar əvəzinə 5,5 dollar, Kutaisi aeroportunda isə 3 dollar əvəzinə 4 dollar səviyyəsində müəyyən olunub.

Gürcüstanın Hava Limanları Birliyindən bildirilib ki, vergi dərəcəsinin artırılması aviasiya təhlükəsizliyi sahəsində effektivliyin daha da yüksəldilməsi məqsədi daşıyır.

Qonşu ölkənin beynəlxalq hava limanlarında tariflərin artmasının aviabiletlərin qiymətinə də təsir edəcəyi gözlənilir. Ekspertlər hesab edirlər ki, biletlərin qiyməti ən azı 6 dollar bahalaşacaq.