Çinin karantin tətbiq edilən Uxan şəhərindən qorxulu xəbərlər gəlməyə davam edir. Belə ki, ölümcül koronavirusa tutulan insanlar elə küçədə yıxılıb ölürlər. Bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb.

Bu barədə “Haber 7” xəbər yayıb.

Qeyd edək ki, Çində 2019-nCoV koronavirusu epidemiyası ilə əlaqədar 10 şəhərdə karantin elan olunub. Son məlumatlara görə, 849 nəfər bu virusa yoluxub, onlardan 177-nin vəziyyəti ağır qiymətləndirilir. Bundan başqa, ölümcül virusa yoluxan 26 nəfər həyatını itirib.

Ən dəhşətli vəziyyət Uxandadır. Belə ki, panikaya düşən sakinlər ərzaq mağazalarına axışaraq, talan ediblər.

Epidemiyaya yoluxma ilə bağlı artıq Rusiya, Yaponiya, Cənubi Koreya, Tayland, ABŞ, Vyetnam və Səudiyyə Ərəbistanında bir neçə hal qeydə alınıb.

Doctors and relatives wearing protective gear carry the body of a victim, who lost his battle against the brain-damaging Nipah virus, during his funeral at a burial ground in Kozhikode, in the southern Indian state of Kerala, India, May 24, 2018. REUTERS/Stringer

Rusiya vətəndaşı Çində yayılan ölümcül koronavirus diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Turkustan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqda yerləşən Pulkovo hava limanında yoxlanış zamanı bir nəfərdə koronavirusun əlamətləri aşkarlanıb. Bu barədə  “Televiziya 78” kanalına Kliniki Yoluxucu Xəstəliklər xəstəxanasının baş həkimi Aleksey Yakovlev məlumat verib. O, Şanxaydan Rusiyaya gələn şəxsin sağlamlıq vəziyyəti haqqında araşdırıldıqdan sonra məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, Çində yeni virusdan artıq 17 nəfər dünyasını dəyişib.  /Yeniavaz.com/

Rusiyanın federal televiziya kanalının arxivindən tapılmış 2013-cü ilə aid görüntülər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.

Turkustan.info xəbər verir ki, 9 yanvar 2013-cü ildə “Rossiya 1” telekanalında nümayiş olunan “İmperiyanın əsgəri” sənədli filmində məşhur rusiyalı yazıçı və jurnalist Aleksandr Proxanov Qafanda azərbaycanlıların necə təhqirlərə, işgəncələrə məruz qalmaları və doğma torpaqlarından qovulmaları faktlarından söhbət açıb.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bir müddət əvvəl mənə Ermənistana, daha dəqiq desəm, azərbaycanlıların kompakt yaşadığı Qafan şəhərinə getmək nəsib oldu. Məhz orada mən erməni vəhşiliklərini öz gözlərimlə gördüm. Ermənilər azərbaycanlıları incidir, hətta onları sudan belə istifadə etməyə imkan vermirdilər. Onları döyə-döyə, öldürə-öldürə Qafandan qovdular. Bu faciə ilk etnik təmizləmə idi. Azərbaycanlılar – uşaqlar, hamilə qadınlar, yaşlı insanlar, kişilər – ayaqyalın, ac, susuz qarın üstündə qalaraq donmuşdular. Onlar öz doğma yurd-yuvalarından, torpaqlarından, kəndlərindən, bağlarından qovuldu”, – məşhur yazıçı qeyd edib.

O bildirib ki, bundan sonra Qarabağ müharibəsi başlayıb, ermənilər Azərbaycandan ayrılmaq, bu Azərbaycan ərazisini ələ keçirmək qərarına gəliblər:

“Qorbaçovun çirkin siyasətinin qurbanı olan dəhşətli bir müharibə… O demişdi ki, qoy bu ziddiyyətləri müharibə gedən respublikalar və xalqlar özləri həll etsinlər. Bu, çox böyük bir səhv və cinayət idi”.

/Axar.az/

İran Bəsic qüvvələrinin Şadeqan rayonunun komandiri Əbdülhüseyn Məcdəmi qətlə yetirilib.

Turkustan.info xəbər verir ki, bu məlumatı Gənc Jurnalistlər Klubu yayıb. Onun Xuzistan vilayətində öldürüldüyü bildirilib.

Komandirin öz evi qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirildiyi vurğulanıb.

İran hakim dairələri insidentdən bir neçə saat sonra qətli törədən şəxsləri ələ keçirdiklərini açıqlayıblar.

Qeyd edək ki, Bəsic qüvvələri SEPAH-ın tərkibində yer alan könüllülərdən ibarət yarımhərbi təşkilatdır.  /Axar.az/

2009-cu ildə Türk Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı həqiqət gizlədilib.

Bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Qəzet bildirib ki, həmin vaxt “Boinq 737-800” tipli təyyarənin pilotların səhvi ucbatından qəzaya uğradığı iddia edilib. Əslində isə qəza təyyarədəki texniki nasazlıq ucbatından baş verib.

“Həqiqət budur ki, təyyarəni istehsal edən şirkət və ABŞ-ın təzyiqi ilə texniki nasazalıq məsələsi ört-basdır edildi və günahın pilotlarda olduğu bildirildi”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, 2009-cu ildə baş vermiş bu qəzada 9 nəfər həlak olmuşdu. (axar.az)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya milli ordusunun başçısı Xəlifə Haftarla danışıqlar masasına əyləşməyəcək.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Türkiyə prezidenti bu barədə rusiyalı həmkarına da məlumat verdiyini açıqlayıb:  “Mən dərhal Rusiya Federasiyası prezidenti Vladimir Putinə dedim ki, biz vasitəçi rolunu qəbul etmirik. Putin bildirdi ki, Haftarı öz üzərinə götürəcək və problemi həll etmək üçün mənə Fayiz Sərracın Milli Razılıq Hökuməti ilə işləməyi təklif etdi. Bizim onunla yanaşmamız belədir. Ümumiyyətlə mən siyasi nöqteyi-nəzərimə uyğun olaraq terrorçu ilə bir masa ətrafına əyləşməyəcəm və ona əyləşməyə imkan verməyəcəm”.

Liviyada münaqişənin nizama salınması üzrə beynəlxalq konfrans daha əvvəl Berlində AFR-ın Federal Kansleri İdarəsində keçirilib. Konfransda Rusiya prezidenti Vladimir Putin, ABŞ dövlət katibi Maykl Pompeo, Böyük Britaniyanın baş naziri Boris Conson, Fransa lideri Emmanuel Makron, BMT baş katibi Antoniu Quttereş, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həmçinin İtaliya, Çin, BƏƏ, Misir, Əlcəzair, Avropa Birliyinin və Afrika İttifaqının nümayəndələri iştirak ediblər.  /Modern.az/

Avstraliyada fəlakətlər səngimək bilmir.

“The Guardian” xəbər verir ki, yarımmilyard canlının həyatına son qoyan yanğınlardan sonra yağan yağışlar yerli əhalini sevindirsədə, bu sevinc hissi uzun çəkməyib.

Yağan yağışlar ölkənin bir çox yerində fəsadlara səbəb olub.

1200-dən çox ev su altında qalıb.

Ölkənin paytaxtı Kanberrada isə yağış və leysan yerinə dolu yağıb.

Saatda 117 kilometr həddinə çatan külək qolf topu böyüklüyündə olan dolu dənələrini ətrafa səpələyib.

Nəticədə çoxlu sayda daşınmaz əmlaka ciddi ziyan dəyib.

“Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinin Boeing 737 təyyarəsi Tor-M1 zenit-raket kompleksindən atılan iki qısa mənzilli “yer-hava” raketi ilə vurulub.
 
Turkustan.info-nun “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Bloomberg” agentliyi ikinci ilkin istintaq hesabatına istinadən bildirib.
 
Agentliyin məlumatına əsasən, raketlər Ukrayna aviaşirkətinə məxsus təyyarəyə şimal istiqamətindən atılıb.
 
“Bloomberg” İranın ikinci ilkin istintaqının nəticələri ilə bağlı digər məlumat vermir.Qeyd edək ki, yanvarın 8-i İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.  /BakuPost/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

"1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridilərək “Udar” adlı əməliyyatı həyata keçirdi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu.

1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Beləliklə də, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutdu.

Bu faciəvi hadisələrin öncəsində, Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu qanunsuz fəaliyyətə göz yumması, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi.

Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, dinc xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya adlandırdı, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.

Tariximizin reallıqlarının düzgün təhlil edilməsi və qiymətləndirilməsi üçün 20 yanvar faciəsinə gətirən hadisələrin doğru dəyərləndirilməsi zəruridir. Bütün bu bəlaların əsasında 19-cu əsrin əvvəllərindən etibarən bölgəyə kütləvi şəkildə köçürülməyə başlayan və xüsusilə də Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilərin əsassız ərazi iddiaları durub.

20-ci əsrin əvvəllərindən etibarən Azərbaycan xalqı erməni millətçilərinin zorakı və irqi ayrı-seçkilik siyasəti ilə üz-üzə qalıb və misilsiz qətliamların qurbanı olub. 1980-ci illərin sonlarından etibarən, SSRİ-nin parçalanması ilə Ermənistan Azərbaycana qarşı açıq təcavüzkar siyasət həyata keçirməyə başladı və nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu hərbi işğal olundu. Ermənistan ərazisində daimi yaşayan və zor gücü ilə qovulan azərbaycanlılardan əlavə, işğal olunmuş ərazilərimizdə tarixən yaşayan yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Azərbaycana olan ərazi iddialarına hər hansısa “əsas” tapmağa çalışan radikal təfəkkürlü erməni qüvvələri tərəfindən hələ 1988-ci ildə Sumqayıt şəhərində planlı şəkildə təxribat həyata keçirildi. SSRİ Baş Prokurorluğunun istintaq sənədlərinə əsasən başlıca təşkilatçılardan olan etnik erməni Eduard Qriqoryan 12 il həbs cəzasına layiq görüldü. Sonradan öz cəzasını çəkmək üçün Ermənistana göndərilən bu cinayətkarın qısa müddət sonra Ermənistanda azadlığa buraxılması hadisənin günahkarlarını ifşa edən bariz faktdır.

30 il bundan öncə baş vermiş qanlı 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətin siyasi-hüquqi qiymətləndirilməsini tələb edir. Bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub, öz mahiyyətinə və miqyasına görə bu hadisə XX əsrdə törədilmiş dəhşətli cinayətlərdən biridir. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır".