Yenisabah xəbər verir ki, virusdan müdafiə olunmağın maraqlı üsullarından birini də türkiyəli prof. dr. Erdem Yeşilada açıqlayıb.
Professorun sözlərinə görə, koronavirusdan müdafiə olunmaq istəyiriksə, ilk növbədə boğazımızı və ağciyərlərimizi qorumalıyıq.
“Nar qabığı ekstraktındakı “punikalaqin” adlı aktiv maddənin bu cür viruslara qarşı ölümcül təsir göstərdiyini sübut edən bir çox araşdırma var. Ancaq nar yemək və ya nar qabığından çay dəmləyib içmək sizi virusdan qorumayacaq. Çünki bu maddə mədəyə getdikdən sonra boğazı müafiə edə bilməz. Ona görə də tərkibində nar qabığı ekstraktı, zəncəfil və sarıkök olan, şəkərsiz sorma tabletlərdən istifadə etmək lazımdır. Sorma tablet ağızda olduğu müddətcə və sonrakı 1 saat ərzində qida və ya maye qəbulu qadağandır. Bu sorma tabletlər ağız boşluğunda xüsusi qoruyucu “qalxan” əmələ gətirərək, virusların boğaza yerləşməyinə mane olacaq”.
Çində koronavirusun yayıldığı Vuhan və ətraf şəhərlərdəki vəziyyətlə bağlı dəhşətli iddia ortaya atılıb.
BBC xəbər verir ki, təhlükəsizlik əməkdaşları virusa yoluxan insanların evdən çıxmasına imkan vermir. Onlar məcburi olaraq evlərində saxlanılır. İddialara görə, evlərin qapıları onların üzərinə bağlanılıb.
Sosial mediada yayılan görüntülərdə insanların olduğu evin qapısının çöldən möhürləndiyi əks olunub. Möhürün üzərində isə “Təmas etməyin” sözləri yazılıb.
Qeyd edək ki, 15-dən çox ölkəyə yayılan koronavirus nəticəsində Çində 170-dən çox insan həyatını itirib. Minlərlə insan virusa yoluxub. (publika.az)
Ermənistan Təhlükəsizlik Şurasının keçmiş direktoru David Şahnzaryanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirləri ölkədə etirazlara səbəb olub.
Ermənistan Xarici İşlər Nazirliyi açıqlama yayaraq, Şahnazaryanı Azərbaycanın maraqlarına xidmət etməkdə ittiham edib.
XİN-in sözçüsü Anna Nağdalyanın sözlərinə görə, keçmiş kəşfiyyat şefinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Cenevrədəki görüşü haqda təhlilinin bugünkü reallığa heç bir aidiyyəti yoxdur: “”David Şahnazaryanın təhlilləri Azərbaycan tərəfi üçün cəlbedici ola bilər, lakin bu təhlilin əsas çatışmazlığı onun bugünkü reallıqla heç bir əlaqəsinin olmamasıdır”.
David Şahnazaryan Cenevrədə Qarabağ münaqişəsinin siyasi həlli ətrafında əsaslı danışıqların getdiyini iddia edib:
“Əsas məsələlərdən biri də Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşayış zonalarının yaradılmasıdır. Şuşa məsələsi və əsaslı danışıqların intensivləşməsi müzakirə olunur. Bu kontekstdə Cenevrədəki danışıqlarla paralel olaraq, ABŞ-ın Bakıdakı səfiri Litsenberger öz təşəbbüsü ilə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşdü”.
Yanvarın 29-30-da keçirilən görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış etdilər:
“Üç gün davam edən intensiv danışıqlar zamanı Minsk Qrupunun həmsədrləri və xarici işlər nazirləri gündəmdəki aşağıdakı məsələləri müzakirə etdilər: 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və xalqları sülhə hazırlamaq üçün növbəti mümkün addımlar; gələcək bir həll üçün əsas təşkil edən prinsiplər və elementlər; həll müddətini inkişaf etdirmək üçün müddət və gündəlik”.
Nazirlər yaxın gələcəkdə həmsədrlərin vasitəçiliyi altında yenidən görüşmək barədə razılığa gəlib. (teleqraf.com)
Çinin Vuhan şəhərində başlayıb bu günə qədər 22 ölkəyə yayılan yeni tip koronavirusla bağlı hər keçən gün daha dəhşətli iddialar ortaya atılır.
Çinin mətbuat orqanları hökumətin ictimaiyyətdən real rəqəmləri gizlətdiyini və virusdan ölənlərin qeydiyyatı aparılmadan yandırıldığını yazıb.
“Initium” xəbər saytı Vuhan şəhərindəki krematorium mərkəzlərində reportaj edib. Mərkəz işçiləri xəstəxanalardan gətirilən çox sayda cəsədin rəsmi qeydiyyatı aparılmadan yandırıldığını etiraf edib.
Çində fəaliyyət göstərən beynəlxalq yayım qurumlarının müxbirləri də hökumətin reallıqları gizlətdiyini təsdiq edib: “Çinin dünya ilə nələr paylaşdığı mövzusunda şübhəli davranmağının səbəbləri var. Çünki virusla bağlı bəzi şeylər haqqında daha şəffaf olsalar da, digər tərəfdən etibarsız məlumatlar verməyə davam edirlər. Real rəqəmlər açıqlanandan qat-qat çoxdur”.
Çinin artan xəstə sayını qarşılayacaq yataq və işçi heyəti potensialının olmadığını bildirən yerli media orqanları olayın dünyada əks olunması ilə Vuhandakı xəstəxananın 2 günə inşa edilməsi şousunun yaradıldığını və 24 saat canlı yayıma çıxmaqla təəssüratları çatdırmaq məqsədi güddüklərini bildirib.
Qeyd edək ki, Çin hökuməti virusdan ölənlərin sayını 213 olaraq açıqlasa da, təkcə Vuhan şəhərində minlərlə insanın dünyasını dəyişdiyi iddia olunur. Virusla mübarizə mümkünsüz olduğu üçün saysız-hesabsız insan öz evində ölümə tərk edilir.
Xatırladaq ki, daha əvvəl virusun yayıldığı bölgələrdə kütləvi məzarlıqların qazıldığı iddiaları mətbuata sızmışdı. (publika.az)
"Ölkə.Az" gazeta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustin koronavirusun Rusiyada yayılmasının qarşısını almaq məqsədilə Çinlə sərhədin bağlanması haqqında sərəncam imzalayıb.
Bundan öncə Rusiya Baş nazirinin müavini Tatyana Qlikova Pekindən başqa bütün Çin şəhərləri ilə dəmiryolu nəqliyyatını müvəqqəti olaraq dayandıracaqlarını açıqlamışdı.
Qeyd edək ki, son məlumatlara görə, koronavirus Çində 170 nəfərin ölümünə səbəb olub. Virus 18 ölkədə yayılıb.
ABŞ özünün sualtı qayıqlarına “Trident” nüvə raketləri yerləşdirib.
Bu məlumatı Amerika Alimlər Federasiyası yayıb. Məlumata görə, bu raketlərlə təchiz edilmiş ilk gəmi 2019-cu ilin sonlarında Atlantik okeanında patrul fəaliyyətinə çıxıb.
Qeyd edək ki, bu tip yeni döyüş başlıqlarının yaradılması haqqında məlumatı Tramp administrasiyası 2018-ci ilin əvvəlində paylaşmışdı. O zaman bütün döyüş başlıqlarının Rusiyanın qarşısının alınması üçün hazırlandığı vurğulanmışdı. /Axar.az/
Azərtac xəbər verir ki, AUA tərkibində olduğu “Lufthansa” konserni ilə birlikdə koronavirusla əlaqədar belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.
Hazırda Şanxay və Pekin reysləri üzrə səfərdə olan təyyarələr Vyanaya geri qayıtdıqdan sonra Çinə uçuşlar təxirə salınacaq.
Trend xəbər verir ki, Fatimə Mirzokulova 127 yaşında dünyasını dəyişib.
Qeyd olunur ki, o, 1893-cü il martın 13-də anadan olub.
Onun 8 övladı və 200-dən çox nəvə-nəticəsi olub.
Hazırda dünyanın ən yaşlı qadını Yaponiyada yaşayan 117 yaşlı Kane Tanaka hesab edilir. O, 1903-cü il yanvarın 2-də anadan olub.