Koronavirusla bağlı dünyanı sevindirən xəbər
“COVİD-19 özü-özünə yox olacaq”

Dünyanın koronavirusun ikinci dalğasına hazırlaşdığı bir dövrdə italiyalı həkim, mütəxəssis dünyanı rahatlaşdıran belə proqnozla çıxış edib.

Yoluxucu xəstəliklər üzrə mütəxəssis olan Matteo Bassettinun sözlərinə görə, yeni növ koronavirus mutasiyaya uğrayaraq zəifləyib və ölümcül təsirlərini azaldıb. O, qeyd edib ki, dünyadakı vəziyyət belə davam edərsə COVİD-19 heç bir peyvəndə gərək qalmadan yox olacaq.

İtaliyalı mütəxəssis deyib ki, virus ortaya çıxdığı ilk dövrdə “vəhşi bir pələng” idi və daha güclü bir sturuktura malik idi. Lakin indi o bir “pişiyə” çevrilib.Onun sözlərinə görə, virusun zəifləməsində sosial məsafə, maska, dezinfeksiya tədbirləri, şəxsi gigiyenanın artırılması, virusun qarşısını almaq üçün görülən tədbirlərin, o cümlədən sağalan xəstələrin antikorlarının da təsiri var. Bundan başqa artıq ölkədə xəstələnənlər belə müalicəyə daha asan və tez cavab verir, sürətlə sağalırlar.

“80 və 90 yaşlı xəstələr belə indi öz yataqlarında özbaşına hərəkət edə bilirlər. Onlar heç bir kömək olmadan nəfəs alırlar. Bu xəstələr bir ay öncə yoluxsalar öləcəkdilər”.

Xatırladaq ki, İtaliya virusun ən çox ziyan vurduğu ölkələrədn biridir. Bu ölkə Çindən sonra koronavirusun episentri hesab edilirdi. Lakin heç də bütün elm adamları Bassettinin fikri ilə razılaşmırlar. Onlar həmkarlarının dediklərinin elmi əsası olmadığını qeyd edirlər

Cənubi Florida Universitetinin alimləri Arizona Universitetindəki həmkarları ilə SARS-CoV-2-yə qarşı bir neçə potensial dərman tapıb. Müəyyən edilmiş birləşmələr insan hüceyrələrində koronavirusun çoxalmasını dayandıra bilir.

Bu barədə “Cell Research” jurnalında dərc olunan məqalədə bildirilib.

Tədqiqatçılar Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənmiş hepatit C boceprevir və GC-376 antiviral dərmanları virusun çoxalmasında, yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan Mpro viral proteazını hədəf aldıqlarını müəyyən edib. Mütəxəssislər uzun müddətdir Mpro-nu SARS və MERS-ə səbəb olan SARS-CoV-2 viruslarına bənzər genlərə qarşı yönəlmiş dərmanların hədəfi kimi qəbul edib. GC-376 yoluxucu peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklər üçün potensial müalicədir.

Neyrodegenerativ xəstəliklərə qarşı kömək edən və antiviral təsir göstərən Calpain II və XII inhibitorları koronavirusun müalicəsində istifadə olunan digər dərmanlardır. (publika.az)

“Biz tezliklə əvvəlki həyatımıza qayıda bilərik. Bu vaksinlərin nə vaxta hazır olacağına bağlıdır. Çünki vaksinlər dayanıqlı immunitet yaratmalıdır”, – deyə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

"Tezliklə əvvəlki həyatımıza qayıdacağıq"- Səhiyyə naziri

Nazir bu barədə “Rossiya 1” telekanalının müxbiri və teleaparıcı Nailə Əsgərzadəyə eksklüziv müsahibə verib.

Müsahibə zamanı Mixail Muraşko bildirib ki, artıq 17 vaksin hazırdır: “Vaksinasiya işləri vətəndaşların könüllü icazəsinə uyğun olaraq aparılacaq. Müşahidələr isə onu göstərir ki, əhalinin əksəriyyəti vaksin vurulmasının tərəfdarıdır. Biz səhiyyə işçiləri əvvəlki həyatımıza qayıtmaq üçün daim çalışırıq.

Koronavirus insana immuntetinə uyğun olaraq təsir edir. Hər bir şəxsdə də özünəməxsus immunitet var”, – deyə nazir qeyd edib.    /Cebhe.info/

“Gürcüstan qonşu ölkələrlə müqayisədə əmin-amanlıq adasıdır, lakin bu fakt bizi bircə dəqiqəliyinə də rahatlaşdırmamalıdır”

Avropa İttifaqı (Aİ) öz qapılarını, koronavirusun yayılması baxımından təhlükəli hesab etmədiyi 15 dövlətin vətəndaşlarının üzünə açdı. Gürcüstan bu siyahıda Aİ-yə daxil olmayan yeganə postsovet ölkəsidir. Ölkənin 3,7 milyonluq əhalisindən, bütünlükdə min nəfərdən də az adam virusa yoluxub, onlardan isə cəmi 15 nəfəri həyatla vidalaşıb.

Müqayisə üçün xatırladaq ki, əhalisinin sayı Gürcüstana yaxın olan Ermənistanda hər gün yüzlərlə yeni yoluxma halı qeydə alınır, ümumi xəstələrin sayı 26 min nəfəri ötüb, 500-ə qədər insan ölüb.

Gürcüstan təcrübəsi

Bəs, Gürcüstan belə bir nəticəyə necə nail oldu? Vəziyyət necə dəyişdi? AYNA gürcü mediasının, rəsmi qurumlarının, həmçinin həmsöhbət olduğu Gürcüstan azərbaycanlılarının məlumatlarına istinadən, mənzərəyə aydınlıq gətirməyə çalışıb.

COVID-19-a birinci yoluxma halı Gürcüstanda fevralın sonunda qeydə alınıb. Hökumət dərhal reaksiya verib.

Total coronavirus cases increase to 174 in Georgia

Martın ortalarında bütün məktəblər, universitetlər və həyati əhəmiyyət kəsb etməyən müəssisələr bağlanıb, ictimai nəqliyyat dayandırılıb. Martın 21-də fövqəladə vəziyyət rejimi elan edilib, kütləvi tədbirlər, şəhərdən-şəhərə səfərlər qadağan edilib. Gecələr komendant saatı tətbiq olunub.

Gürcüstanın başlıca dini bayramı olan Pasxası zamanı – aprelin 19-da hökumət fərdi avtomobillərdən istifadəni və məzarları ziyarət etməyi yasaqlayıb. “Biz pandemiya təhlükəsi barədə Gürcüstanda xəstəliyin qeydə alınmasından bir ay əvvəl düşünməyə başladıq. Ölkəmizin xüsusiyyətlərini, onun yerləşdiyi ərazini və kiçik ölçülərini nəzərə alanda gördük ki, biz başqalarının təcrübəsini tətbiq edə bilməyəcəyik”, – deyə Baş Nazir Georgi Qaxariya bildirib.

Hökumət üçün tövsiyələrin hazırlanmasını, maarifçilik işinin aparılmasını və vətəndaşları COVID-19-la bağlı vəziyyət barədə daimi məlumatlandırmağı Milli Sağlamlıq və Xəstəliklərə Nəzarət Mərkəzinin aparıcı mütəxəssisləri öz üzərlərinə götürüblər. Bu Mərkəzə tabe olan Luqar adına laboratoriya 2017-ci ildə Rusiyanın dezinformasiya kampaniyasının hədəfinə çevrilmişdi. (Qeyd: Riçard Luqar – postsovet ölkələrinə kütləvi qırğın silahlarını məhv etməkdə yardım məqsədi daşıyan Nann-Luqar proqramının həmmüəllifi, amerikalı senator – hazırda vəfat edib).

Həmin qaralama kampaniya çərçivəsində sonradan təkzib edilmiş materialların müəllifləri iddia edirdilər ki, guya burada bioloji silahlara dair ABŞ-ın maraqlarına uyğun gizli tədqiqatlar aparılır. Məhz Luqar laboratoriyasının ekspertləri Gürcüstanda koronavirusa qarşı mübarizəyə rəhbərlik ediblər.

“Üç muşketyor”

Pandemiyaya qarşı mübarizədə düzgün taktika seçilməsinə görə Gürcüstan əhalisi üç alimə minnətdardır və onları da “Üç muşketyor” adlandırır: Milli Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze, Luqar adına laboratoriyanın rəhbəri Paata İmnadze, Tbilisinin İnfeksiya Xəstəlikləri, QİÇS və İmmunologiya Mərkəzinin rəhbəri Tengiz Tsertsvadze.

Qrupun “Dartanyan”ı isə Tbilisinin birinci universitet klinikasının direktoru Levan Patianidir. O, gündəlik brifinqlərini indi də davam etdirir.

Daha bir məşhur sima – Tbilisinin İnfeksiya Xəstəxanasının baş həkimi Marina Ezuqbaya koronavirusla mübarizə kampaniyasının simvolu rolunu oynayır. Bu mütəxəssislər Gürcüstanda əsl qəhrəman hesab olunurlar. Onların tövsiyələrinə hamı səylə əməl etməyə çalışır. 

İyunun 30-da Amiran Qamkrelidze əldə olunmuş nailiyyət barədə məlumat verib: “Biz əhalinin hər milyon nəfərinə 30 minə yaxın test keçirdik. Xəstələnənlərin 86%-i sağaldı, 15 nəfər öldü. Ölüm səviyyəsi 1,6% təşkil edir ki, bu da dünya üzrə çox az sayılır. Gürcüstanda hazırda 19 laboratoriya COVID-19 testlərini davam etdirir”.

Hökumətə etimad

Gürcüstan hökuməti tövsiyələrə ciddi surətdə əməl etdiyi üçün ölkə əhalisinə minnətdarlığını bildirdi. Karantin qaydalarının pozulmasına görə yüksək cərimələr də (fiziki şəxslər üçün min dollar, hüquqi şəxslər üçün 3 min dollar) buna şərait yaratdı.

Number of people infected with coronavirus in Georgia reaches 695

Avtobus dayanacaqlarında “Evqə qal” xəbərdarlığı ilə elektron tablolar quraşdırıldı. Mobil operatorlar xəbərdarlığı müştərilərin telefonlarına ötürürdü. Gürcüstan cəmiyyətində nə qədər dərin siyasi çatlar olsa da, insanlar pandemiya ilə mübarizə məsələsində tam yekdillik nümayiş etdirirdilər.

Baş Nazir Georgi Qaxariya BBC-yə bunları bildirib: “Gürcüstan əhalisinin əməkdaşlığa hazırlığı və bütün göstərişlərə, tövsiyələrə əməl etməklə ortaya qoyduğu nümunəvi sosial məsuliyyət xəstəliyin qarşısını almaqda yardımçı oldu”.

Bazar günü keçirilən Pasxa böyük imtahan idi. Ölkə üzrə minlərlə insanın gecə kilsələrə axışacağı narahatlıq doğururdu. Nüfuzlu gürcü pravoslav kilsəsi dini mərasimi əvvəldən axıra qədər icra etdi və hətta ayin zamanı ümumi qaşıqlardan istifadəyə də məhdudiyyət qoymadı. Amma insanların əksəriyyəti alimlərin məsləhətinə qulaq asıb evdə qaldı.

Məhdudiyyətlərin götürülməsi

Gürcüstanda bir çox müəssisələr, mağazalar və restoranlar artıq işə başlayıb. Amma insanların sıx olduğu qapalı yerlərdə maskaların taxılması yenə də məcburidir. Sosial məsafə qaydaları və kütləvi tədbirlərə qoyulmuş məhdudiyyətlər də ciddi şəkildə qüvvədədir.

Tibb müəssisələrinə daxil olarkən yalnız xəstənin özünün daxil olmasına icazə verilir, xəstəylə birgə bir neçə adamın tibb müəssisələrinə daxil olmasına icazə yoxdur.

Bir sözlə, Gürcüstanda insanların hökumətə etimadı, onun qərarlarına qeyd-şərtsiz boyun əyməsi, qaydalara əməl etməsi, məsuliyyətli olması qonşu ölkənin COVID-19-la mübarizədə qalib olmasına gətirib çıxardı.

Gürcüstan hökuməti iyulun 1-dən ölkənin sərhədlərini xaricilər üçün açmağı planlaşdırırdı, lakin vaxtı uzatmalı oldu. Bu il turizm sektorunun perspektivi çox solğun görünür.

Milli Sağlamlıq Mərkəzinin rəhbəri ehtiyatla danışır: “Gürcüstan qonşu ölkələrlə müqayisədə ada, əmin-amanlıq oazisi kimi görünür, ancaq bu, bizə bircə dəqiqəliyinə də rahatlaşmağa əsas vermir. Yeni hallara dair gündəlik göstəricilərin birrəqəmli olması bizi sakitləşdirməməlidir. Biz həmişə tam hazır vəziyyətdə qalmalıyıq”…

Rusiya ilə Ermənistan arasında yeni qalmaqal

Rusiya ilə Ermənistan arasında uçurum dərinləşir. İndi Ermənistanın İctimai Televiziyasında rusiyalı müxalifətçi Aleksey Navalnının yayımlanan videosu fonunda yeni qalmaqal yaranır. Yerevanın “Qraparak” qəzetinin məlumatına görə, “Azadlıq” radio stansiyasının erməni redaksiyasının müxbiri Aza Babayan Rusiyadan qovula bilər.
“Armenia Today”ın iddiasına görə, radiostansiyanın erməni müxbiri Aza Babayan Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin diplomatik arayışına (başqa bir versiyaya görə, ərinin sənədlərindən istifadə edib) sahibdir. Nəşr qeyd edir ki, jurnalistin həyat yoldaşı səfirliyin işçisidir.

Bildirildiyinə görə, “Azadlıq” radio stansiyasının jurnalisti müxtəlif tədbirlərdə maneəsiz iştirak edib, onun jurnalist kimi daxil olması qadağan olan müxtəlif qurumlara girişi olub. Qeyd olunur ki, müxbirlə əlaqədar hazırda “proses” başladılıb, hətta Rusiyadan qovulması da gündəmdədir. Rusiya tərəfi radiostansiyanın müxbirinin dövlət səviyyəsində himayəsi ilə əlaqədar Ermənistandan izahat tələb edib.

Ümumiyyətlə, burada qeyri-adi heç nə yoxdur. Yerevanda müntəzəm olaraq etiraz etməyə öyrədilən “narıncı" fəalların yığıncaqları keçirilir. Rusiyada buna çoxdan diqqət yetiriblər.

Bir çox erməni siyasi xadimləri Rusiyada hakimiyyət dəyişikliyini xəyal etdiklərini gizlətmirlər. Öz ölkəsində deyil, məhz Rusiya Federasiyasında... Beləliklə, “Sasna Tsrer” ümumerməni partiyasının liderlərindən olan Jirayr Səfilyan tezliklə “hazırkı rejimi” əvəz edəcəyini düşündüyü “Rusiyanın gələcək hakimiyyəti”nə müraciət edib.

Jirayr Səfilyanın hesab etdiyinə görə, “Ermənistanın şərq hissəsində iki yüz ildən də əvvəl qurulmuş Rusiyanın strateji hökmranlığı mərhələsi” başa çatır. Ermənistan artıq Rusiyanın forpostu və kolonial qarnizonu olmayacaq.

Erməni siyasətçi əmindir ki, Ermənistan “Rusiya üçün Rusiyanın Ermənistan üçün olduğundan 10 qat daha vacibdir. Bu baxımdan Ermənistanın alternativi var, Rusiyanın isə yoxdur”. Belə bir nəticənin nəyə görə çıxarıldığı çox aydın deyil. Uzaqdan isə tam əksi görünür.

Erməni fəal Samvel Aslikyan, öz növbəsində, məşhur rusiyalı jurnalist Vladimir Solovyovun Ermənistanın İctimai Televiziyasında rusiyalı müxalif lider Aleksey Navalnının videosunun nümayişinə verdiyi reaksiyaya münasibət bildirib:

“Navalnı kimdir - armenofob (yalnız Solovyovun dediyinə görə. Bu barədə başqa mənbələr görmədim), seksopatoloq və ya hindli – vecimə də deyil. Bu, sadəcə, siyasi anons idi. Ermənistanın qlobal problemləri olduğu halda, oturub bu barədə yazmaqdan mən özüm də şokdayam. Bu axmaq düzəlişlərə səs verən ermənilər mənim üçün Navalnıdan qat-qat aşağıdır”.media.az

Koronavirus xəstələrinin müalicəsində “Remdesivir” preparatından istifadənin effektivliyi elmi tədqiqatlarda sübut olunduqdan sonra Avropada aidiyyatı qurumlar tərəfindən istifadəsinə rəsmi şəkildə icazə verilib və artıq COVID-19 xəstələrinin müalicəsində sözügedən dərmandan istifadəyə başlanılıb.

Bununla bağlı “report”a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, tibb sahəsində nüfuzlu elm adamlarının, o cümlədən də Köln Universitetindən olan alimlərin apardığı elmi tədqiqatlar zamanı preparatın ağır koronaviruslu xəstələrdə xəstəliyin kifayət qədər yüngül keçməsinə səbəb olduğu və hətta xəstəlikdən sağalma müddətini 11 günə endirdiyi sübut olunub.

N.Abdullayevin sözlərinə görə, dərmanın təsiri nəticəsində virusun orqanizmdə çoxalmasının qarşısı alınır: “Bu da ümumi kliniki vəziyyətə birbaşa təsir edir. Hazırda Avropada hətta bir çox xəstələrin bu dərmandan istifadəsindən sonra süni tənəffüs cihazına qoşulmasına da ehtiyac qalmır”.

Tibb elmləri doktoru Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində “Remdesivir”dən istifadənin tətbiq edilməsini məqsədəuyğun hesab edib. Azərbaycanlı alim əminliklə bildirib ki, dərman preparatının yan təsirləri, yəni qaraciyər və böyrəyin funksiyasında dəyişikliklər də tədqiqatlar nəticəsində artıq öyrənilib və bunlar da nəzərə alınaraq dərmandan istifadə Azərbaycanda da tətbiq edilə bilər.

Xatırladaq ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev və elmi işçi qrupu tərəfindən “Remdesivir” preparatının koronavirus xəstələrinin müalicəsində istifadəsi ilə bağlı hələ aprel ayında aparılan elmi tədqiqatların nəticəsi barədə geniş elmi təhlil ictimaiyyətə çatdırılıb.

Türk dünyasının sənətçiləri bu gün 80 yaşı tamam olan Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevi “Üş Konır” mahnısı ilə təbrik ediblər (Sözləri: N. Nazarbayev, musiqisi: A. Korazbayev).

Türkdilli ölkələrin – Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının subyektləri: Başqırdıstan, Tatarıstan, Yakutiya, həmçinin Qaqauziyadan (Moldova) olan 50-dən çox musiqiçi və solist qazax mahnısını oxuyublar.

TÜRKSOY-un mətbuat xidmətindən verilən məlumata görə, sonra bütün ifalar tək bir klipə yerləşdirilib.

Layihəni təşkilatın rejissoru, Qazaxıstanın əməkdar incəsənət xadimi Arman Nurmaxamatulı həyata keçirib.

(konkret.az)

“Moskvada koronavirusun ikinci dalğası mümkün deyil”.

Bunu “İzvestiya”ya müsahibəsində rusiyalı virusoloq Pavel Volçkov söyləyib.

Rəsmi məlumata görə, Moskvada müayinə olunan vətəndaşların 20 faizində anticisimlər aşkarlanıb. Bununla birlikdə, yeni məlumatlara görə, populyasiyada T-hüceyrə immuniteti olan insanlar IgG anticisimləri olanlarla müqayisədə, 2-3 dəfə çoxdur.

Beləliklə, Rusiya paytaxtı sakinlərinin 40-60 faizində koronavirusa qarşı immunitetin yarandığını güman etmək olar.

Virusoloqun proqnoza görə, paytaxtda yoluxmuş insanların gündəlik artımı azalmağa başlayacaq və avqustun sonunda sıfıra yaxınlaşacaq. Bu müddətdə moskvalıların 80-90 faizində immunitet yaranacaq.   /oxu.az/

“Koronavirus Çinin Uhan şəhərindəki laboratoriyadan çıxmadı. Uzun müddətdir ki, dünyanın hər yerində yuxu rejimində idi”.

Bu barədə İngiltərənin nüfuzlu Oksford Universitetinin professoru Tom Cefferson danışıb.

Tibbi Faktlar Mərkəzinin mütəxəssisi olan Cefferson “Gündəlik Teleqraf”a açıqlamasında bildirib ki, dünya yuxu rejimində ikən ətraf mühit tərəfindən aktiv hala gələn virusla qarşı-qarşıyadır: “Virus Çində ortaya çıxmadan əvvəl Avropada görülməyə başlandı və buna dair sübutlar var. İspaniyanın epidemioloqları 2019-cu ilin mart ayında Barselonanın tullantı sularında yeni tip koronavirus aşkarlamışdı. Bundan başqa, koronavirusun izlərinə ötən ilin dekabr ayında İtaliyanın Milan və Turin, noyabr ayında isə Braziliyanın Florianopolis şəhərində rast gəlinib.

1918-ci ildə Qərbi Samoanın hər 3 sakinindən 1-i İspaniya qripi səbəbilə dünyasını dəyişmişdi. Bu xalqın xarici dünya ilə təması yox idi. Bunun da açıqlaması o ola bilər ki, viruslar heç bir yerdən gəlmir və heç bir yerə getmir. Onlar hər zaman hər yerdədir və aktiv vəziyyətə gətirən səbəblər var. Buraya dünya əhalisinin çoxluğu və ətraf mühit daxildir”, – professor qeyd edib. (publika.az)

Tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn əmindir ki, koronavirus infeksiyasının aqressivliyi ən azı bir ildən sonra azalmağa başlaya bilər.

O, bu barədə “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə danışıb. Həkimin sözlərinə görə, hazırda bu virus xəstəliyin ağır formasına səbəb olmur və daşıyıcısını öldürmək “effektiv” deyil, çünki bu, onun ötürülmək və yayılmaq imkanlarını məhdudlaşdırır. Virusoloq qeyd edib ki, qarşıdakı üç il ərzində COVID-19-un aqressivliyi azalmağa doğru gedəcək.

Mütəxəssis onu da əlavə edib ki, tədqiqatçılar əvvəllər yoluxucu xəstəliklərin necə inkişaf etdiyini araşdırıb və bu qənaətə gəlib ki, viruslar yalnız ilkin vaxtlarda ağır formada olur, mutasiyaya uğradıqdan sonra təsir gücünü qismən itirir.

“Koronaviruslar, prinsipcə, orqanizmləri yumşaq şəkildə idarə etməyə, yəni öz qabiliyyətlərindən istifadə etməyə, çoxalmağa, ciddi zərər görmədən öz hesablarına yaşamağa uyğunlaşdırıb. Ümid edirik ki, virusun yeni növü də bu yolla gedəcək”, – Altşteyn vurğulayıb.

Virusoloq qeyd edib ki, SARS-CoV-2 digər koronaviruslardan, xüsusən, yüksək yoluxuculuq səviyyəsi ilə fərqlənir.

Məlumat üçün onu da bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bəzi ölkələrdə koronavirus infeksiyasının yeni zirvəyə qalxdığını elan etmişdi. Lakin o, bunun ikinci dalğa olmadığını açıqlamışdı. Onun sözlərinə görə, başqa bir dalğanın olacağına dair əminlik yoxdur. (publika.az)