Hindistanda koronavirus vaksininin kliniki sınaqları başlayır.
Yerli vaksin Puna şəhərində Milli Virusologiya İnstitutunda əldə olunmuş ştammın istifadəsi ilə əldə edilib. Sınaqlar Hindistan Tibbi Tədqiqatlar Şurası və "Bharat Biotech International" şirkiəti tərəfində birgə keçiriləcək.
Sürətləndirilmiş sınaqlar 12 elmi-tibbi müəssisədə aparılacaq. Həmin vaksinin avqustun ortalarından etibarən satışa çıxarılması planlaşdırılır.
Qeyd edək ki, son sutka ərzində Hindistanda 20 mindən çox koronavirusa yoluxma qeydə alınıb. Bu günədək ölkədə 625 mindən çox şəxs virusa yoluxub, ölənlərin sayı 18 min nəfəri keçib.
Dünyada gərginlik artmaqda davam edir. Bəşəriyyətin gələcəyi üçün aydın və daha inandırıcı proqnozlar demək olar ki, mövcud deyil. Gündəmə gətirilən ehtimallar da əsasən mənfi məzmunla yüklənib. Ən yaxşı halda, qeyri-müəyyənliyin hökm sürdüyünü iddia etmək mümkündür.
Amma gələcəklə bağlı müxtəlif ssenarilər də mövcuddur. Əsas ssenarilərdən biri budur ki, pandemiya təxminən yaxın iki il ərzində sona çatacaq. Və bəşəriyyət yalnız bundan sonra pandemiyanın öz arxasında buraxdığı “fəlakət bataqlığı”nı qurutmaq üçün imkan qazanacaq.
“Fəlakət bataqlığı”nın nə qədər müddətə qurudula biləcəyi isə yenə də qeyri-müəyyəndir, hətta müəmmalıdır.
Bu, azmış kimi daha bir qorxunc ssenari müzakirə mövzusudur. İddialara görə, dünyada hazırda baş verənlərin sarsıdıcı nəticələri bəşəriyyəti üçüncü dünya müharibəsinə sürükləyə bilər.
Dünyanın az qala bütün ölkələrinin bu müharibədə birbaşa və ya dolayısıyla iştirak etmək məcburiyyətində qalacağı da ehtimal olunur.
ABŞ prezidenti Donald Tramp yenidən koronavirusun hansısa bir anda yox olacağına əminliyini ifadə edib.
Report xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox Business” telekanalının efirində deyib.
ABŞ rəhbəri bildirib ki, xəstəliyin vaksini artıq tezliklə meydana çıxacaq.
"Mən inanıram ki, o, (koronavirus-red) hansısa bir anda gedəcək və mən inanıram ki, çox tezliklə bizdə vaksin olacaq”, - Donald Tramp bildirib.
Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına (2 758 395) görə birinci yerdədir. Son sutkada Birləşmiş Ştatlarda koronavirusa daha 30 542 yoluxma qeydə alınıb, 324 nəfər ölüb. Bununla da ABŞ-da koronavirus qurbanlarının sayı 130 446 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Mer xəstəliyin yayılması ilə mübarizə üçün müxtəlif tədbirlər görməyə çalışsa da, pandemiyanın qarşısını ala bilməyib.
bu səbəbdən o, həkimlər və xəstəxana müdirləri ilə görüşdə dizləri üstə çökərək, göz yaşları içində onlardan üzr istəyib. Jakarta Post qəzetinin yazdığına görə, mer yerli xəstəxananın pulmonoloqunun CoViD-19 xəstələrinə daha yer çatdıra bilməməsi haqqında şikayətinə sonra belə reaksiya verib
İclasda iştirak edən həkimlər, tələsik meri ayağa qaldırmağa və onu sakitləşdirməyə başlayıblar. Onlar bu işdə yerli sakinlərin də günahkar olduqlarını, koronavirus infeksiyasının daha da yayılmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinə riayət etmədiklərini bildiriblər.
Oxu.az məlumatına görə, qorxunc kadrlar Hindistanda qeydə alınıb.
Məlumata görə, Muzəffərpur şəhərində yaşayan qadın ərinin başqası ilə evlənəcəyini eşidərək toyun olacağı kəndə gəlib.
O, kişinin qanunla artıq evli olduğunu elan edib. Bunu eşidən gəlin namizədinin ailəsi toyu ləğv edib.
Hadisədən sonra əri qadının saçlarından tutaraq, kəndin küçələri boyu sürüyüb.
Polis yayılan kadrlarla bağlı araşdırmalara başlayıb.
Çində ötən sutka ərzində 17 nəfərdə yeni növ koronavirusun aktiv forması və yeddi simptomsuz yoluxma halı aşkarlanıb.
Ötən gün çəkilən kadrlar təəccübləndirir.
Milli.az bildirir ki, İngiltərənin Southend ve Bournemouth çimərliklərində çəkilən kadrlar birmənalı qarşılanmayıb.
Çimərliklərdə lentə alınan fotolarda minlərlə insanın sosial məsafə gözləmədən qumluqda dincəlməsi əks olunub.
Britaniya mətbuatında bu "mənzərə"nin Baş Nazir Boris Consonun sosial məsafəni 2 metrdən 1 metrə azaltmasından sonra yarandığı qeyd olunub.
Karantin rejiminin yumşaldılması normal qarşılanmayıb, ekspertlər ikinci dalğanın olacağını ehtimal etdiklərini bildiriblər.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Birləşmiş Krallıqda bugünədək koronavirusdan 43081 insan ölüb.
Ermənistan Baş naziri Nikol Paşinyan faktiki olaraq küncə sıxılıb. Bir zamanlar əldə etdiyi xalq dəstəyi indi onun özünə qarşı yönəlib. Son zərbəni isə Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyalarının liderləri vura bilər.
Bu sözləri Axar.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi Ermənistanın Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyalarının görüşünü şərh edərkən deyib.
İ.Tanrıverdi vurğulayıb ki, Ermənistanda vəziyyət olduqca pisdir:
“Ermənistanın Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyalarının liderləri görüş bunu bir daha təsdiqləyir. Düzdür, partiya liderləri görüşdə ölkədəki konstitusion nizamın bərpasını müzakirə etdiklərini bildirsələr də, şübhəsiz, bu görüşün pərdəarxası məqamları var".
İ.Tanrıverdinin sözlərinə görə, partiya liderləri Paşinyaya qarşı vahid mübarizə aparmaq qərarına gəlib:
"Əslində, belə bir mövqe gözlənilirdi. Çünki Ermənistanın daxilində problemlər sürətlə artır. Belə ki, mövcud koronavirus pandemiyası ölkədə qarşısıalınmaz bir vəziyyətə gəlib çatıb. Yəni Paşinyan özü də açıq şəkildə bildirdi ki, pandemiya ilə mübarizədə acizik.
Digər tərəfdən, ölkədə Paşinyan administrasiyasının qalmaqallı siyasi həbsləri və deputat Qagik Çarukyanın həbs edilməsi ilə bağlı səylər göstərməsi onun siyasi prestijinə ciddi zərbə vurub. Faktiki olaraq xalq Paşinyandan bezib. Təsadüfi deyil ki, xalq artıq müxalifət cəbhəsindən Paşinyana öz istəyi ilə hakimiyyətdən getməsini məsləhət görür. Erməni ekspertlərin bir çoxu da payıza qədər Paşinyanın ya öz istəyi, ya da erməni xalqının təşəbbüsü ilə hakimiyyətdən gedəcəyini vurğulayır. Bu mənada Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyaları liderlərinin bu görüşü həm də Paşinyana bir gözdağı vermək üçün idi. Tərəflər faktiki olaraq Paşinyanın hakimiyyətdən getməsi üçün ilk addımı atmış oldu".
Ötən bazar günü Azərbaycanın CBC telekanalının efirində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müsahibəsi yayımlanıb. Müsahibə zamanı 2015-ci ildə Dağlıq Qarabağ separatçılarının amerikalılardan izləmə sistemləri alması barədə son dərəcə vacib bir mövzuya toxunulub.
“Ermənilər ABŞ-dakı sponsorları sayəsində - düzdür, mənə heç kim deyə bilməyib necə - hərbi təyinatlı avadanlıqlar alıb, cəbhə xəttində müşahidə sistemləri yerləşdiriblər ki, biz onları atıcı silahları ilə vura bilməyək”, – deyə Azərbaycan Müdafiə naziri bildirib.
Nazirin sözlərinə görə, o, Ermənistana hərbi texnikanın verilməsi ilə bağlı ABŞ nümayəndələrinə müraciət etsə də, bu haqda dəqiq cavab ala bilməyib:
“Mənə hələ də bunun necə mümkün olduğu ilə bağlı bir cavab verə bilən olmayıb, o cümlədən, elə Amerika tərəfindən”.
Müdafiə nazirinin sözləri “dqr” “təhlükəsizlik şurası”nın sabiq katibi Arşavir Qaramyanın Feysbuk səhifəsində etdiyi şərhi ilə öz təsdiqini tapıb.
“2015-ci ildə amerikalı həmkarlarımızla birlikdə cəbhədə gizli işlərə başladıq”, – deyə Qaramyan Feysbukda yazıb.
Axar.az səfirliklərdə təhlükəsizlik sistemlərinin yaradılmasında iştirak edən belaruslu hərbi ekspert Leonid Spatka ilə bu mövzuda müsahibəni təqdim edir:
- 2015-ci ildən bəri amerikalılar Qarabağdakı separatçılara cəbhə xəttini izləmə sistemlərinin qurulmasına kömək edir. Cəbhə xəttindəki bu hərbi izləmə sistemləri hərbi baxımdan nə qədər ciddidir və onları aldatmaq mümkündürmü?
- Bir qayda olaraq, hər hansı bir izləmə sisteminə dörd növ sensor daxildir: infraqırmızı, video, audio və radar. Onları aldatmaq mümkündür.
- Necə?
- Müdaxilələr qurulur, yalançı hədəflər yaradılır. Məsələn, bir aerosol buludu infraqırmızı və video sensorların işini xeyli çətinləşdirir. Düşünürəm ki, Azərbaycan Silahlı Qüvvələrində lazımi bacarıqlara sahib mütəxəssislər var.
- Azərbaycanın bu yaxınlarda Türkiyə və Belarusdan aldığı radioelektron mübarizə sistemlərindən radarları yatırmaq üçün istifadə edilə bilərmi?
- Radarlar üçün - bəli, əməliyyat diapazonları kəsişirsə, yəni elektron müharibə radar kəşfiyyatı ilə eyni tezliklərdə işləyirsə...
- Ermənilərin istifadə etdiyi tezlikləri necə tapmaq və izləmək olar?
- Aralığı skan edən və aktiv radiasiyanın hansı tezlikdə olduğunu qeyd edən xüsusi skanerlər var. Bir qayda olaraq, iki və ya üç stansiya emitentin dəqiq istiqamət tapması üçün istifadə olunur.
- Radar aydındır. Termal təsəvvür haqqında nə demək olar?
- Aktiv və passiv vasitələr var, məsələn, mühərrik işlənməsini "gizlətməyə" imkan verən infraqırmızı maskalanma. Və ya aktiv infraqırmızı şüalanma, ən sadəsi tonqallar və ya "palaris"in – mazut dolu çəlləklər; onların yanması “istilik pərdəsi” verir. Bir çox fərqli vasitələr mövcuddur. Texniki baxımdan yaxşı təchiz olunmuş dünya ordularında video alətlərdən təkcə vizual deyil, bütün növ kamuflyajla məşğul olan xüsusi bir xidmət var.
- Yəni, Azərbaycan Ordusu hücum əmri aldıqda Amerika sensorları ermənilərə kömək etməyəcək. Düzgün başa düşürəm?
- Sərhəd təhlükəsizlik sistemində bu cür sistemlər çoxdan istifadə olunur, əsasən hər hansı bir hərəkəti aşkarlamaq üçün təsirli olur, bu vəziyyətdə hərbi personalın və ya texnikanın yenidən yerləşdirilməsi, döyüş sursatı, yanacaq cəbhəsinə daşınması və s. Döyüşdə bu vasitələr demək olar ki, yararsızdır. Onsuz da onlar müharibənin ilk dəqiqələrində ya sıxışdırılacaq, ya da məhv ediləcək.