Hakimiyyət tranziti nəticəsində prezident daha nominal fiqur olacaq, ölkəni isə Putin, amma başqa vəzifədən idarə edəcək. Bütün bunlarla bərabər Rusiyanı inflyasiya, xarici valyutanın dövriyyədən çıxarılması, eləcə də investisiyanın qaçışı gözləyir. Beynəlxalq sahədə Kreml çalışacaq ki, SSRİ-nin təsir zonasında olan ölkələri geri qaytarsın.
Bunu “Apostrof” saytına müsahibəsində rusiyalı politoloq Dmitri Oreşkin deyib.
“Putin böyük ehtimalla partiyanın mərkəzi komitəsi və onun tabeliyində olan müxtəlif subordinasiyalı komitələrin olduğu sovet modelini təkrarlayır. Partiya rəhbərinin qəbul etdiyi qərar dərhal aşağılara qədər çatdırılır, oradan icra edilirdi. Bu, müharibənin tətbiqi üçün uğurlu ideyadırsa, ərazinin inkişafı üçün çox uğursuzdur.
Putinin öz klanındakı adamların zənginləşməsi üçün Rusiyadakı mövcud sistemi dəstəklədiyini düşünmək yanlışdır. Böyük ehtimalla hər şey tam əksinədir. Xüsusi xidmət orqanlarından olan insan kimi o, yəqin ki, səmimi qəlbdən öz missiyasının SSRİ-nin hegemoniyasını geri qaytarmaq, iqtisadi əsasları yaxşılaşdırmaq, kommunizmin səhvlərini ortadan qaldırmaqdan ibarət olduğuna inanır. Mövcud gücü saxlamaq və inkişaf etdirmək üçün aparıcı oyunçuların loyallığı təmin edilməldir. Stalin bu loyallığı qorxu ilə təmin edirdi, Putin isə bunu satın alır. Hazırda regional, güc, media elitalarının loyallığını satın almaq lazımdır. Hətta biznes elitalara yağlı tikə götürməyə imkan verilir, əvəzində onlar rejimi dəstəkləyirlər. Çayek, Rottenberq, Timçenko kimilərin hər cür korrupsiya rentası hədəf deyil, Putin ətrafında güclü oyunçuların loyallığının təminatı üçün alətdir”, – Oreşkin məqaləsində bildirib.
Oreşkin Medvedyevin hazırda ağır məğlubiyyətə düçar olduğunu söyləyib. Politoloq yeni Baş nazir Mixail Mişustinin təyinatı məsələsinin əvvəlcədən hazırlandığını da qeyd edib:
“Mişustin iqtisadçı deyil və bu sferadakı xüsusi nailiyyəti ilə seçilməyib. O, sadəcə, icraçıdır. Zamanında o gömrükə, vergilərə cavabdeh olub və ona tapşırılan əmrləri dəqiq yerinə yetirib. O, Putindən asılı olan effektiv menecer olacaq.
Sergey Lavrov və Sergey Şoyqu iki önəmli nazirdir. Əgər onlar hansısa səbəbdən Putinin xoşuna gəlmirsə, o, onları da dəyişdirəcək. Ümumilikdə Putin qapalı insandır. Onu hansısa formada təəssüfləndirmək çox asandır. Lavrov və Şoyqu populyarlıqlarına görə Putindən sonra 2-ci və 3-cü yerlərdə dayanırlar və bu onun xoşuna gəlməyəcək. Putin güclü adamdır və xoşuna gəlmədiklərini sadəcə yox edə bilər.
Medvedyevin komandası Avropa sisteminə daha çox yönəlmişdi, oyun qaydalarına əməl etməklə rəqabət üçün bəzi tədbirlər görürdü. Mişustinə gəlincə isə o, Putinin yeni dövlət layihələri üçün iqtisadiyyatda pul sıxmağa çalışacaq. Çap maşını işə salınacaq, dövlət xalqa maaşı ödəmək üçün pul çap edəcək. İnsanların əllərindəki pullar ucuzlaşacaq. Rəqib valyutalar süni olaraq dövriyyədən çıxarılaraq, etibarlı valyutalarla əvəz ediləcək. Yəni Putinin qəlbində darıxdığı menecmentliyin sovet modelinə yumşaq, hibrid dönüş yaşanacaq. Bunun nəticələri kədərli olacaq, ona görə iqtisadiyyat belə işləmir”.
Oreşkin Rusiyanın yaxın zamanlarda Putinə olan inamsızlıq ucbatından investisiya cəlb etməkdə çətinlik çəkəcəyini yazıb. O, Putinin hazırkı situasiyada əsas vəzifəsinin Qərbi sakitləşdirməkdən ibarət olduğunu deyib.
Politoloq Moskvanın hələlik daxili problemlərini həll etməyə çalışacağını söyləyib.
Bununla belə Oreşkin reformlar vasitəsilə Putinin hakimiyyətinin yaxın zamanlarda dağılacağına inanmadığını yazıb. (axar.az)
Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi ola bilər.
Qeyd edək ki, Ramzan Kadırov müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi ilə bağlı yanvarın 15-də vəzifəsindən gedib və səlahiyyətini hökumət başçısı Müslüm Xuçevə verib.
Kremldəki həmsöhbət nəşrə bildirib ki, qəribə şəkildə müvəqqəti vəzifədən getmə Ramzan Kadırovun yeni, daha yüksək vəzifəyə – Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə gətirilməsi ilə əlaqədardır.
Kadırovun təklifi qəbul edib-etmədiyini məlum deyil. (sfera.az)
Yanvarın 8-də İranın İraqda Ayn əl- Əsəddəki ABŞ hərbi bazalarına raket zərbələri endirməsi nəticəsində 11 amerikalı hərbçi xəsarət alıb.
Turkustan.info xəbər verir ki, 11 əsgər Almaniya və Küveytdəki hərbi sağlamlıq mərkəzlərinə köçürülüb. Bu barədə ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığı məlumat yayıb. İran bu hücumdan sonra “80 ABŞ öldürüldü” ifadəsini işlədib. Ancaq Pentaqondan heç bir əsgərin ölmədiyi, 11 hərbiçinin beyin sarsıntısı keçirdiyini deyib.
Xatırladaq ki, yanvarın 8-nə keçən gecə saatlarında İran ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket zərbəsi endirib. Bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ-ın hava zərbəsi nəticəsində Bağdadda ölümünə cavab idi. /Cebhe.info/
Şimali Koreya ordusundakı qadın əsgərlərin Kim Çen Inın qarşısında canfəşanlıq göstərmələri maraqlı görüntülərə səbəb olub.
DHA-ya istinadla xəbər verir ki, Şimali Koreya prezidenti Kim Çen Inın 2019-cu ildə baş tutan maraqlı görüntülərindən ibarət sənədli film hazırlanıb.
Həmin görüntülərdə ən maraqlı hadisə qadın hərbçilərin Kim Çen In üçün mahnı oxumaqları olub.
Videoda, Şimali Koreya prezidenti stulda əyləşir, 25 hərbçi qız isə ağlayaraq onun üçün mahnı oxumağa başlayır.
Prezidentə qarşı sevgilərini göstəmək istəyən hərbçi qızların qəribə hərəkətləri diqqəti cəlb edib.
Kim Çen In isə sakit şəkildə onları izləyib, sonda isə gülərək qızları alqışlayıb.
/Yeniavaz.com/
Elektrikli avtomobilə keçid Almaniyada 410 min nəfərin işsiz qalmasına səbəb ola bilər.
Almaniya hökumətinin Milli Avtomobil Platforması (NPM) tərəfindən aparılmış bir araşdırmaya görə, Almaniyanın daxili yanma mühərrikli avtomobillərdən imtina edib elektrikli avtomobillərə (elektromobil) keçməsi baha başa gələcək.
“Marja” xəbər verir ki, 2030-cu ilə qədər ölkənin elektrikli nəqliyyata keçməsilə 410 min nəfərin işsiz qalması gözlənilir.
İş yerlərinin bağlanmasının səbəbləri “elektrik mühərriklərin benzinlə çalışan mühərriklər ilə müqayisədə daha az ehtiyat hissəsinə malik olması və istehsalında daha az işçiyə ehtiyac olmasıdır”.
Daxili yanma mühərrikə ən azı 1200 ehtiyat hissəsi montaj edilir, elektrik mühərriki isə təxminən 200 ədəd ehtiyat hissəsindən istifadə edilməklə istehsal olunur.
Almaniyanın avtomobil sektoru cəmi əlavə dəyərin 5%-ini yaradır. Ölkədə məşğulluğun 3%-i də avtomobil sektoru tərəfindən təmin edilir. /Cebhe.info/
Ankara Vaşinqtonun təzyiqinə boyun əymədi və S-400-dən imtina etmir.
Turkustan.info xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Ellen Lord deyib.
“Yenə də mövqeyimiz eynidir. F-35 və S-400-lərin uyğunsuz olduğunu bildiririk. Təəssüf ki, Türkiyə S-400-lə bağlı hər hansı addım atmadı. Bu səbəbdən biz Türkiyədəki fəaliyyətimizi ( F-35 hissələrinin istehsalını Türkiyədən ABŞ-a daşımaq) davam etdiririk”, – deyə Lord bildirib. /Axar.az/
ABŞ tərəfindən raketlə vurularaq öldürülən iranlı generalın yanan avtomobildəki fotoları yayımlandı.
Turkustan.info xəbər verir ki, ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə bilinən Fox News televiziyası Qasım Süleymaninin qətl edildikdən sonrakı ekskluziv görüntülərini yayımlayıb. Verilən məlumatlarda bildirilir ki, hədəfə alınan hər iki avtomobil raketlə vurulduqdan sonra hadisə yerinə ABŞ əsgərləri gələrək Süleymaninin ölüb ölmədiyini dəqiqləşdirməyə başlayıblar. Bu vaxt onlar avtomobildən kənarda yanmış halda iranlı generalın və əşyalarının fotosunu çəkiblər. Həmin görüntülər isə “Fox News” televiziyası tərəfindən ekskluziv xəbər olaraq efirə verilib. Ancaq, Süleymaninin cəsədinin görüntüləri bulanıq şəkildə paylaşılıb. Buna səbəb isə cəsədin hücum sonrası narahatedici hala düşməsi ilə əsaslandırılıb.
Həmin görüntüləri təqdim edirik:
“Yaxın Şərqdəki problemləri həll etmək üçün İrandakı rejim dəyişməlidir”.
Bunu Kanadanın keçmiş baş naziri Jozef Harper deyib.
Ukrayna sərnişin təyyarəsinin Tehranda hava hücumunda müdafiə sistemləri ilə vurulması haqda danışan Harper bildirib: “Bu, sizə rejimin əsl mahiyyətini göstərir”.
Keçmiş baş nazir İranın dini-siyasi hakimiyyətini bölgənin təhlükəsizliyini təhdid etməkdə ittiham edib:
“Yaxın Şərqdə sülh istəyirsinizsə, əvvəlcə İrandakı rejim dəyişməlidir. Ukrayna təyyarəsinin vurulmasından sonra İrandakı etiraz aksiyalarının miqyasının daha da genişlənəcəyini düşünürəm. Məncə, bu, Yaxın Şərqdəki problemlərin həlli üçün bir fürsət olacaq. Bunun tezliklə olub bitəcəyini demirəm, amma İrandakı rejim dəyişikliyi Yaxın Şərqdəki problemlərin həllinə təkan verəcək. Bu, Yaxın Şərqin xaosdan xilas olması deməkdir”. (teleqraf.com)
ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar (Paul Gosar) 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata əsasən, bəyanatda Azərbaycanda “Qara Yanvar” kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, o zamankı SSRİ rəhbərliyinin azadlığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsini yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılır. Buna baxmayaraq, bildirilir ki, o zaman, Azərbaycan xalqı Sovet əsarətinə qarşı təngə gəldiyini və onunla mübarizə əzmini nümayiş etdirib.
Qeyd olunur ki, Azərbaycan xalqının sülhpərəst etiraz və azadlıq çağırışlarına rəğmən, Sovet rəhbərliyi bu çağırışlara silah və tanklarla cavab verdi. Bunun nəticəsində, 147 nəfər mülki əhalinin qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və həbs olunduğu bəyanatda bildirilir. Sovet İttifaqında əvvəlki müstəqillik hərəkatlarına qarşı qəddarlıqlara rəğmən Azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara qüvvə verdiyi və 1991-ci il avqust ayında müstəqilliyə gətirib çıxardığı diqqətə çatdırılır.
Bu monumental müstəqilliyin elanından sonra, Azərbaycanın regionda azadlıq mayakı rolunu oynadığı, ABŞ-la dost və müttəfiq olduğu xüsusi vurğulanır.
Bu xüsusda bəyanatda, həlak olanların xatirəsi yad edilir və Azərbaycan Respublikasının davamlı qüdrəti təntənəli surətdə qeyd olunur. Konqresin digər üzvləri də Qara Yanvarı yad etməyə çağırılır və Azərbaycanın müttəfiq rolu və azadlıq yolunda səyləri bir daha vurğulanır.
Bəyanatın ingilis dilində mətni ilə Konqresin https://www.congress.gov/116/crec/2020/01/09/CREC-2020-01-09-pt1-PgE22-5.pdf internet səhifəsində tanış olmaq mümkündür.
İordaniya Kralı II Abdullah Brüssel, Paris və Strasburqa səfəri çərçivəsində “France 24” telekanalına müsahibə verən II Abdulla bildirib ki, Yaxın Şərqdə İŞİD terrorçuları yenidən baş qaldırıb və təşkilatlanmağa başlayıblar.
Kral terrorçuların təkcə Suriyanın şərqində deyil, həm də İraqın qərb bölgələrində fəallaşdıqlarını diqqətə çatdırıb.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, İŞİD terror təşkilatının yerində yeni terror təşkilatı yarana bilər.
“Dünyanın təhlükəli terror təşkilatlarından olan “Əl Qaidə” terror təşkilatı 2001-ci ildə çox böyük hədəfi, Amerikanı vurdu və 3000 Amerika vətəndaşı həlak oldu. Sonra Amerika “Əl Qaidə” terror təşkilatına qarşı Əfqanıstanda, İraqda əməliyyatlara başladı. İndi bu terror təşkilatı haqqında heç nə danışılmır. Çünki lideri öldürüldü və təşkilat zəiflədi. Onun yerində daha güclü İŞİD yaradıldı. Hazırda İŞİD-də zəifləyib. Düşünürəm ki, İordaniya Kralı II Abdullah məhz bunu nəzərdə tutub və gələn xəbərlərə görə, İordaniya Kralı haqlı görünür. Çünki Suriyadakı İŞİD qalıqları Liviyaya keçə bilərlər. Çünki Liviyada xaosdur və müharibə gedir. Burada maraqlı olan əsl məsələ isə terrorçuların Suriyadan Liviyaya necə və hansı keçidlərlə keçmələridir. Yəni böyük dövlətlər bu keçidlərdən terrorçuların keçməsinin qarşısını ala bilmir? Çünki Suriyadan Liviyaya qədər kiçik məsafə deyil. Bu da bir sualdır. Digər tərəfdən İdlibdə də xeyli terrorçular var və şəhər terrorçuların nəzarətindədir.
Terrorçular da bilir ki, Rusiya və Suriya ordusu İdlibə hücuma keçə bilər. Buna görə onlar da şəhəri tərk edib özlərinə başqa məkan axtarırlar. Bu Liviya da ola bilər. Əsl məsələ həmin terrorçuların hansı yollarla Liviyaya gedib orada toplaşmasıdır. Kral ll Abdullah əslində bu sualı verməli idi. Əgər Suriyada terrorla mübarizədə uğurlar əldə edilibsə və sərhədlər nəzarət altındadırsa, bu terrorçular Liviyaya hansı yollarla gedib çıxırlar? Əvəllər məlumatlar vardı ki, bəzi Ərəb dövlətləri İŞİD-i maliyyələşdirir ki, Liviya hökuməti yıxılsın. Amma İŞİD zəifləyəndən sonra kimsə ona dəstək durmaq istəmədi. İŞİD-in yenidən aktivləşməsi bir yolla mümkün olar ki, İŞİD-in yerində yeni bir terror təşkilatı yarana bilər. Bu özü də beynəlxalq aləm üçün yeni bir təhlükə mənbəyinə çevriləcək”.