Ukrayna təyyarəsinin İranda vurulması ilə bağlı yeni bir detal ortaya çıxıb.
İranın hava hücumundan müdafiə sistemləri Ukrayna təyyarəsi əvəzinə Türkiyə hava yollarına məxsus sərnişin təyyarəsini vura bilərdi.
Məlumata görə, Türkiyəyə sərnişin aparmağa hazırlaşan təyyarə Ukrayna təyyarəsi ilə eyni vaxtda uçuşa hazırlaşıb. Amma təyyarənin 2 dəqiqə gec qalxması onlarla insanın həyatda qalmasını da təmin edib.
Maraqlıdır ki, Türkiyə Hava Yollarına məxsus sərnişin təyyarəsinin Ukrayna təyyarəsindən 9 dəqiqə əvvəl qalxdığı rəsmi sənədlərdə qeydə alınıb. Hesab olunur ki, türk təyyarəsi Ukrayna təyyarəsi ilə eyni saatda qalxsaydı, İran raketlərinin hədəfinə gələcəkdi.
İran tərəfi Ukrayna təyyarəsinin “səhvən” vurulduğunu etiraf edərək, üzr istəyib. (teleqraf.com)
Filippin adalarında Taal vulkanı fəaliyyətə keçib.
Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Filippin adalarında yerləşən Taal vulkanında püskürmə baş verib. Zonada həyəcan səviyyəsi 3-ə qaldırılıb ki, bu da yenidən partlayışların ola biləcəyini göstərir.
Vulkanın püskürməsi səbəbilə heç bir can itkisi və ya yaralanma hadisəsi baş verməyib. Lakin vulkanın ətrafında olan bütün qəsəbə və kəndlərin əhalisi – 80 min nəfər evakuasiya olunub.
Yerli səhiyyə orqanları bölgədəkilərə vulkanın kül və dumanından qorunmaq üçün maska taxmağı məsləhət görüblər. Hazırda vulkana yaxın rayonlarda yağışla birlikdə göydən kül və kiçik daş parçaları da yağır. /Yeni Sabah/
İranda ötən gün başlayan etiraz aksiyaları ölkə miqyasında yayılıb.
Turkustan.info xəbər verir ki, Ukraynaya aid sərnişin təyyarəsinin səhvən raketlə vurulmasından sonra ölənlərə ehtiram olaraq təşkil olunan anım mərasimlərinə iğtişaşlar damğa vurub.
Xalqın hökumətə dəstəyi getdikcə azaldıqca ölkə daxilindəki siyasilərdən sərt tənqidlər gəlib. Küçə iğtişaşlarına qatılanlar arasında sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi də olub.
Etirazçılar İranın Məşhəd, Təbriz, Şiraz, Əraq, Yəzd, Kəzvin, Kirmanşah, Əhvaz və Sənəndec şəhərlərində aksiya başladıb. Tehranda təşkil olunan aksiyalarda İran ordusu nümayişçilərə odlu silahlardan atış açıb.
Təhlükəsizlik Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu nümayişləri gözyaşardıcı qazla dağıtmağa çalışıb. Xalq Tehranda ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin posterini cırıb.
Paytaxt küçələrində zibil qutularını yandıraraq yolları bağlayan xalq “Diktatora ölüm” və “Xameneiyə ölüm” şüarları səsləndirib.
Xüsusi Təyinatlı Polislər hirsli qələbəliyə müdaxilə edib. Buna görə də iki tərəf arasında sərt insidentlər yaşanıb.
Etirazlara dəstək olaraq açıqlama verən İranın olimpiadada medal qazanan yeganə qadın idmançısı Kimiya Əlizadə ölkəsini tərk etdiyini deyib. Qazandığı medalları İranın siyasi maraqları üçün istifadə etdiyini deyən idmançı ikiüzlülüyün, yalanın, ədalətsizliyin bir parçası olmaq istəmədiyini bildirib.
İrandakı aksiyalara ABŞ prezidenti Donald Trampdan da dəstək gəlib. Tvitterdə farsca post paylaşan prezident jurnalistlərin azad şəkildə hərəkət etməsinə icazə verilməsini və etirazçıların öldürülməməsini tələb edib.
İran Dövlət Televiziyasının aparıcısı Zəhra Hatəmirad işinə davam edə bilməyəcəyini deyərək istefa verib.
İran parlamentinin Rəştdən olan millət vəkili Qulaməli Cəfərzadə bildirib ki, əgər qərbin təzyiqləri və sosial media olmasaydı, İran Ukrayna təyyarəsi ilə bağlı reallığı əsla üzə çıxarmayacaqdı.
Qeyd edək ki, yanvarın 8-də Ukrayna Hava Yollarına aid “Boeing 737” sərnişin təyyarəsi İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən raketlə vurulmuş, nəticədə 167 sərnişin və 9 ekipaj üzvü həlak olmuşdu. İran hadisənin qəza olduğunu açıqlasa da, sonradan raketlə vurulduğunu etiraf etmək məcburiyyətində qalmışdı. Ölənlər arasında 82 İran vətəndaşı da var idi. //Publika.az//
Kanadanın Toronto şəhəri yaxınlığında yerləşən nüvə stansiyasında qəza baş verib.
Turkustan.info xəbər verir ki, “Pickering” stansiyasında qeydə alınan qəzadan sonra yaxınlıqda məskunlaşan sakinlərə dərhal bölgəni tərk etmələri barədə xəbərdarlıq mesajı ünvanlanıb. Vətəndaşlara stansiyadan azı 10 kilometr uzaqlaşmaları barədə xəbərdarlıq edilib.
Xəbərdalıqdan sonra yüzlərlə insan bölgəni tərk edib. Bəzi mənbələr stansiyada partlayış olduğunu, bəzi agentliklər sızıntının olduğunu, bəziləri də hadisənin texniki nasazlıqdan baş verdiyini irəli sürüb. Qəza ilə bağlı araşdırmalar aparan mütəxəssilər, bölgədə zərərli maddələrin təhlükəli dərəcədə olmadığını vurğulayıb. Lakin araşdırmanın yekun nəticəsi yaxın saatlarda açıqlanacaq.
Rəsmi dairələr hadisənin səbəblərini araşdırır. /Publika.az/
"Ölkə.Az" "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, danışıqlar zamanı iki ölkə lideri əsasən İranın nüvə proqramı, Minsk razılaşmalarının reallaşdırılması və Liviyadakı vəziyyəti müzakirə ediblər.
Almaniya Kansleri Angela Merkel Vladimir Putinlə görüşündən sonra Kremldən çıxarkən rusca danışıb.
Sputnik Azərbaycan bildirir ki, bunu əks etdirən videonu Kreml pulunun jurnalisti Dmitri Smirnov Telegram kanalında yayıb.
"Çox sağ olun! Gələn görüşədək. Salamat qalın. Təşəkkür", - Merkel rusca deyib.
"Ölkə.Az" oxu24.com-a istinadən xəbər verir ki, bu barədə "əl-Ərəbiyə" telekanalı məlumat yayıb.
Qeyd edək ki, Liviyada döyüşlərin dayandırılması üçün Türkiyə və Rusiya 12 yanvardan etibarən atəşkəs elan edilməsi üçün çağırış etmişdi.
Türkiyə Liviyanı ələ keçirməyə çalışan Xəlifə Həftərə qarşı mübarizə üçün hərbiçilərini Liviya ordusuna dəstəyə göndərib.
Ukrayna Hava Yollarına məxsus təyyarə raketlə vurulmayıb.
Bunu İran prezident Administrasiyasının mətbuat katibi Əli Rəbiyi açıqlayıb.
O, yazılı açıqlamasında bildirib ki, bu iddia ABŞ tərəfindən ortaya atılıb və hədəfdən yayındırmaq məqsədi daşıyır.
Rəbiyi İran Mülki Aviasiya İdarəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına əsasən komissiya qurulduğunu, olayın şəffaf, diqqətli və sürətli şəkildə analiz edildiyini qeyd edib.
Əlaqədar ölkələrin mütəxəssislərinin iştirakı ilə qəzanın bütün istiqamətlərinin araşdırıldığını bildirən mətbuat katibi təyyarənin sahibi Ukrayna, istehsalçı şirkət “Boeing”, motor istehsalçısı Fransa və qəzada vətəndaşları ölən hər ölkənin təhqiqata daxil ola biləcəyini vurğulayıb.
“ABŞ tamamilə tanış olduğumuz əməliyyatın bir parçası olaraq Pentaqondan adını vermək istəməyən səlahiyyətli şəxsin ağzından təyyarəyə çırpılan 2 raketə görə qəzanın baş vermə xəbərini mətbuata sızdırdı. Bu iddianın gələcəkdə reallıqdan uzaq və yalan olduğu ortaya çıxacağı üçün kimsə məsuliyyəti üzərinə götürməyəcək”, – sözçü qeyd edib.
İran Mülki Aviasiya İdarəsi isə əllərində təyyarənin raketlə vurulmadığına dair dəlillər olduğunu açıqlayıb. Qəzaların Araşdırılması Komissiyasının sədri Həsən Rzayifər ISNA-ya açıqlamasında bu dəlilləri ictimaiyyətə təqdim etməyə hazır olduqlarını deyib.
Qeyd edək ki, Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava limanından Ukraynanın paytaxtı Kiyevə getmək üzrə havaya qalxan “Boeing 737” tipli sərnişin təyyarəsi 8 yanvar tarixində qəzaya uğramış, içindəki 176 sərnişin və 9 ekipaj üzvünün hamısı həlak olmuşdu.
ABŞ mediasına açıqlama verən bir çox mütəxəssis təyyarənin raketlə vurulması ehtimalı üzərində dayanmışdı. Təyyarədə onlarla vətəndaşı həlak olan Kanada baş naziri Castin Trüdo kəşfiyyatın əlində təyyarənin raketlə vurulduğuna dair sübutlar olduğunu demişdi. Böyük Britaniya baş naziri Boris Conson da bənzər açıqlama vermiş, şəffaf istintaq tələb etmişdi.
ABŞ-ın “Nyu-York Tayms” dərgisi qəzanın raketə görə baş verdiyini göstərən görüntüləri bu gün üzə çıxarıb. (publika.az)
ABŞ-ın “The New York Times” qəzeti təxmini İran raketinin “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus təyyarəsini vurması anını təsvir edən kadrları yayıb.
Turkustan.info xəbər verir ki, görüntüləri nəşrə iranlı aktivist Nəriman Qarib verib.
Qarib həmçinin videonu özünün “Twitter”dəki səhifəsində yayıb. O, qeyd edib ki, videogörüntünü bir mənbədən alıb. Kadrların doğru olmasına zəmanət verə bilmir, amma mənbə ilə əlaqədədir və ondan bütün məlumatlarları tələb edə bilər.
“The New York Times” qeyd edib ki, videonun doğru olub-olmamasını yoxlayıb. Görüntü Tehran aeroportu yaxınlığındakı Parand (Tehran əyaləti) yaşayış məntəqəsində çəkilib. Məhz orada Ukraynanın “Boeing”i uçuşdan sonra əlaqəsini kəsib.
Nəşrin məlumatına görə, təyyarənin raket tərəfindən vurulmasından sonra kiçik partlayış olub, amma təyyarə yerə düşməyib.
“The New York Times” qeyd edib ki, bu hadisə ilə bağlı digər videogörüntü də var. Qəzetin doğruluğunu iddia etdiyi, amma yaymadığı videoda təyyarənin aeroporta tərəf uçması, amma sonra havada partlayaraq yerə düşməsini əks etdirən görüntü var.