Türkiyə Prezidenti 15 dekabrda bildirmişdi ki, lazım gələrsə, ABŞ-ın yararlandığı İncirlik hərbi bazasını bağlayacaq. Lakin indi məlum olub ki, Pentaqon İncirlik aviabazasında təmir-tikinti işləri aparmaq üçün 8 Türkiyə şirkəti ilə 95 milyon dollarlıq müqavilə imzalayıb.

Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, müqaviləyə görə işlər 2024-cü ildə başa çatmalıdır:

“Bundan başqa, ABŞ hökuməti Adana şəhərində (İncirlik bu vilayətin ərazisindədir) yeni Baş Konsulluq binasının tikintisi üçün tender elan edib.

Yəni nə Türkiyə amerikalıları öz torpaqlarından çıxarır, nə də amerikalılar oradan çıxır. ABŞ-ın Aralıq dənizi və Orta Şərq regionlarındakı maraqları baxımından İncirlik önəmlidir”.

Politoloq rəsmi Ankaranın maraqları haqqında da danışıb:

“Türkiyənin isə marağı bundan ibarətdir ki, son vaxtlar Yunanıstanda hərbi mövcudluğunu artıran, Aralıq dənizində ərazi suları və enerji məsələləri ilə bağlı mübahisələrdə yunan tərəfini dəstəkləməyə meyillənən (Konqres xətti) Vaşinqtonu öz siyasətini təkrar balanslaşdırmağa yönəltsin. Eyni zamanda, ABŞ-la münasibətlərdə böhranın dərinləşməsi kövrək Türkiyə iqtisadiyyatına sarsıdıcı təsir göstərə bilər ki, bu da Ankaraya lazım deyil”.

Ş.Cəfərlinin sözlərinə görə, böyük ehtimalla önümüzdəki dönəmdə S-400 məsələsi də hansısa şəkildə çözüləcək və Türkiyə F-35 təyyarələrini alacaq:

“Çünki hərbi aviaparkının köhnəldiyi və alternativin də hələ ki olmadığı şəraitdə Türkiyənin istehsalında yer aldığı halda F-35-dən imtinası ciddi xəta olardı. Bu təyyarələr Türkiyəyə həm bölgənin ən böyük hava gücünə (İsraillə bərabər) çevrilməyə, həm də 2021-ci ildə hazır olacaq 232 metrlik “TCG Anadolu” desant gəmisini kiçik aviadaşıyıcı kimi istifadə etməyə imkan verəcək”. /Axar.az/

Afinada Aralıq dənizində yeni müharibə ssenariləri üzərində hazırlıq aparılır.

Turkustan.info xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti yazıb.

Məqalədə deyilir ki, Yunanıstan və müttəfiqləri Aralıq dənizinin şərqində gərginliyi sistemli şəkildə yüksəldir.

Türkiyənin Liviya ilə anlaşma imzalaması və Aralıq dənizində güc balansını öz xeyrinə dəyişdirməsindən sonra Yunanıstan Ankaraya qarşı cəbhə formalaşdırmaq istiqamətində hərəkətə keçib.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias ötən həftənin əvvəlində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi, həftə sonu isə Misirdə idi. Bu səfər marşrutunun Liviyada tamamlanması diqqət çəkdi.


Dendias Liviyaya səfəri zamanı BMT-nin tanımadığı general Xaftarın dəstəsinin üzvləri ilə – Abdullah əs-Sinni və Abdulhadi əl-Haviclə, daha sonra Xaftarın özü ilə görüşdü. Görüşdə Liviyanın BMT tərəfindən tanın Milli Barışıq Hökumətinin (MBH) Türkiyə ilə Aralıq dənizində sərhədlərin müəyyən edilməsi ilə bağlı razılaşması müzakirə olunub, Xaftarın bunu tanımadığı qeyd edilib.

Yunan nazirin Liviya, Misir, cənubi Kipr, BƏƏ və Səudiyyə Ərbistanına səfərləri ilə bağlı yerli medianın iddiası xüsusi diqqət çəkir. Xaftara yaxın media orqanlarında Yunanıstan və Misir donanmalarının “Livanın sahil xəttini qorumaq” adı altında ortaq hərbi güc yaratmaq istədiklərini yazıb. Bu ittifaqın qurulması Türkiyənin Liviya Milli Barışıq Hökumətinə silah və hərbi yardımın qarşısını almağa hesablanıb.

Yunanıstanın müdafiə naziri Nikos Panaqiotopoulos da eyni mesajlar verib.

Bu, o qədər də bəsit olmayacaq. Türkiyə bu addımına görə bir çox ölkəni qarşısında görəcək”, – Nikos Türkiyənin Liviyaya hərbi yardım etməsi ilə bağlı qərarını şərh edərkən deyib.

Aralıq dənizində gərginliyi artıracaq digər səbəb İsrail qazının Türkiyədən yan keçərək, Avropaya çıxarılmasını təmin edəcək “EastMed” boru xəttidir. Yunanıstan, cənubi Kipr və İsrailin bu boru xətti ilə bağlı son anlaşmanı 2020-ci ilin 2 yanvar tarixində imzalayacağı gözlənilir. Afinada keçiriləcəyi gözlənilən imzalanma mərasiminə Yunanıstanın baş naziri Kiryaos Miçotakis, Cənubi Kiprin lideri Nikos Anastasiades və İsrailin baş naziri Binyamin Netanyahunun qatılacağı deyilir.

İmzalanacaq anlaşmaya görə, İsrailin Levant hövzəsindəki təbii qaz rezervlərini daşıyacaq “EastMed” boru kəməri Aralıq dənizindən keçərək, Girit adası və Yunanıstana, oradan da İstaliyaya qədər uzanacaq. Boru xəttinin tranziti Türkiyənin planlaşdırdığı xətt üzərindən keçir.

Bütün bunların fonunda Liviyadakı qarşıdurmada Rusiyanın Xaftara verdiyi dəstəyi artırması diqqət çəkir. Liviya Milli Barışıq Hökumətinin daxili işlər naziri Fethi Başağa Xaftarın dəstəsinə Rusiyanın muzdlu əsgərlərinin liderlik etdiyini açıqlayıb.


ABŞ mediasına danışan Başağa bildirib ki, Rusiya Xaftara dəstək olaraq, Milli Barışıq Hökumətinə 2 min 500 top atəşi atıb. Bununla yanaşı, ruslar MBH-nin dronlarının qarşısını almaq üçün Xaftara müasir texnologiyalar verib.

İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan “Debkafile” saytı isə Misirin prezidenti Sisi tərəfindən Xaftara dəstək olaraq göndərdiyi tankların Liviyaya çatdığını yazıb. Məlumata görə, T-72 tankları və digər zirehli texnika dekabrın 19-da Xaftara verilib.

Bir tərəfdən Türkiyəyə qarşı cəbhə yaratmağa çalışan Yunanıstanın digər tərəfdən müharibə ssenariləri üzərində hazırlıq apardığı haqda məlumatlar var.

Yunanıstanın “Kathimerini” media orqanı dövlət rəsmilərinə istinadən yazıb ki, hökumət 4 müxtəlif ssenari üzərində plan hazırlayıb.

Birinci ssenari: Türkiyənin Livyanın Giritin cənubuna yaxın bölgəsinə araşdırması gəmisi göndərməsi;
İkinci ssenari: Türkiyənin döyüş gəmilərinin müşahidə etmədiyi araşdırma gəmisini Yunanıstan sularına göndərməsi;
Üçüncü ssenari: Yunanıstan sularına hərbi donanmanın nəzarətindəki araşdırmaq gəmisi göndərməsi;
Dördüncü ssenari: Türkiyənin hərbi donanma və döyüş təyyarələrinin müşahidə etdiyi araşdırması gəmisi göndərməsi;

İddialara görə, Yunanıstan ordusu bu 4 ssenariyə qarşı ayrı-ayrılıqda plan hazırlayır.  /Publika.az/

Türk F-16-ları yunan pilotlara dəhşət yaşatdıTürkiyə F-16-ları ilə Yunanıstan Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin Egey dənizi üzərində üz-üzə gəlməsi ilə bağlı maraq doğuran video üzə çıxıb.

"Ölkə.Az" axar.az-a istinadən bildirir ki, Videoda türk pilotların Yunanıstan hərbi təyyarələrinə Egey dənizi üzərində uçmağa imkan verməməsi, davamlı olaraq qovması və sonda yunan pilotların həmin hava məkanını tərk etməsi görünür.

Qeydə alınmış görüntülərdə türk pilotların yunan qırıcılarını daim hədəfdə saxladığı və bir atəşlə məhv edə biləcəyi aydın görülür.

Yunanıstan Müdafiə naziri Nikos Panqiotopulos isə hadisəni başqa cür şərh etməyə çalışıb. O, Yunanıstan Hava Qüvvələrinə məxsus 38 ədəd F-16 və Miraj-2000 reaktiv təyyarələrinin Egey dənizi üzərində havaya qalxdığını iddia edib. Nazir yunan pilotlarların guya türk pilotlarına "dərs verməsi" haqda fikir səsləndirsə də, üzə çıxan bu video həqiqəti - türk pilotlarının müstəsna ustalığını, yunan qırıcıların qaçmasını gözlər önünə sərir.

Qeyd edək ki, türk pilotlar NATO qüvvələri içərisində xüsusi peşəkarlıqları və cəsarətləri ilə seçilirlər.

“Qarşımızda bütünləşmiş biriləri var. Yunanıstan, Misir, İsrail, Cənubi Kipr. Biz isə Liviya ilə bərabər olduq. Əslində, Qəddafi dövründə başlamış proses idi bu. Onun ölümü ilə pouzlmuşdu. Bundan sonra bu yolu davam etdirəcəyik”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya İnsan Haqları Günü çərçivəsində təşkil edilən “Hər İnsan Bir Dünya” tədbirində səsləndirib.

Gənclərin müxtəlif mövzularda suallarını cavablandıran prezident Liviya illə əldə olunan razılaşmadan danışarkən bildirib ki, Liviya Türkiyədən hərbi qüvvə tələb etsə, bunu əsirgəməyəcəklər: “Bunlar bizimlə belə bir təhlükəsizlik razılaşması imzaladıqdan sonra, onsuz da, qarşımızda hər hansı əngəl müzakirə mövzusu belə deyil”. (publika.az)

Ümumdünya Meteoroloji Təşkilatının (WMO) Madriddə keçirilən iqlim sammitində açıqladığı ilkin məlumatlarda 2015-2019-cu illər meteoroloji müşahidələrin bütün dövrləri üçün ən isti beş il kimi qeyd olunub. 

“2019-cu ildə dünya temperaturu (yanvar ayından oktyabra qədər olan məlumat) sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,1 dərəcə yüksək olub. Cari il meteoroloji müşahidələrin başlandığı vaxtdan indiyədək qeydə alınan ən isti illər arasında ikinci və ya üçüncü yeri tutacaq. Ən isti il isə əvvəlki kimi 2016-ci ildir. “Sonuncu beşillik (2015-2019-cu illər) və onillik (2010-2019-cu illər) çox güman ki, meteoroloji müşahidələrin başladığı vaxtdan bu yana ən isti dövrlər olacaq”, – təşkilatın məruzəsində belə deyilir.

Həmçinin qeyd olunub ki, 2018-ci ildə atmosferdə karbon qazının miqdarı rekord səviyyəyə çatıb və 2019-cu ildə artmaqda davam edib. Qrenlandiya və Antarktidada buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.

Bəs bu sadalananlar ölkəmizə necə təsir edəcək? Su mənbələri çatışmayan Azərbaycan üçün hansı təhlükələr yarada bilər? Hansısa fəlakət baş verməməsi üçün nələr edirik? Bununla bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovla əlaqə saxladıq. “Yeni Sabah”a danışan mütəxəssis istiləşmənin yaradacağı problemlərdən danışıb:

“Birincisi, əsas problem quraqlıqdır. Su qıtlığı, kənd təsərüfatında qıtlıq, qiymətlərin qalxması – bu problemləri yaradacaq. Heç kim ona qarşı mübarizə aparmaq niyyətində deyil. İqlim dəyişmələrinə qarşı mübarizə aparmaq lazımdır. İqlim dəyişmələrinə hamı hazır olmalıdır. Quraqlıq yaranırsa, quraqlığa qarşı texnologiyalar var, tətbiq et, problemi həll et. Aclığı da aradan qaldır, qiymətləri də aşağı sal, ölümü də minimuma endir. Bir də son iqlim dəyişmələrinə qarşı meteroloji silahlardan istifadə edirlər. Onlar əhalinin məhv olmasına gətirib çıxarır. Onlara o lazımdır ki, dünyada əhalinin sayı azalsın.

Quraqlığa qarşı tədbir həyata keçirsinlər. Heç kəs tədbir keçirmək həvəsində deyil. Suyun az istifadə edilməsi ilə problemi həll etmək olmaz. Yeganə tədbir yolu yaşıllıqların sayını artırmaq, buludlar yaratmaq, buxarlanmanı gücləndirmək, yağış yağdırmaq lazımdır.

Quraqlığın qarşısının alınmasına dünyada nail olan yoxdur. İki nəhəng qrum arasında korporosiya qurmaq üstündə müharibə gedir. Kim kimə qalib gəldi. Birinci neft-qaz, ikinci alternativ enerji. Hibrid maşınlarla heç nəyə nail olunmayacaq. Nağıl danışırlar. Yaşıllaşdırma çaylarda suluq səviyyəsinin artmasına səbəb olur.

Şoranlaşdırılmış əraziləri münbitə çevirmək çətin proses deyil. Drenaj şəbəkə qurulur, hər hansı sahəni, əkin yerini suvarırlar, o sular torpağa hopur, oradan da şoranlığı aparır drenaj şəbəkəsinə, o da onu aparıb dənizə tökür. Bizdə o yoxdur. Var idi. SSRİ dağılandan qabaq ermənilər, yəhudilər işləyirdilər. İndi hamısını İsrailə aparıblar. İsraili dəvət edirik ki, gəlin, görək, şoranlığa qarşı necə müarizə aparaq. Bunu Azərbaycan 45-ci illərdə edib də”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də bir neçə gün əvvəl bu barədə danışıb. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında çıxış edən nazir bildirib ki, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və suyumuzun 70 faizi sərhədlərimizdən kənarda formalaşır:

“Suya qənaət olunmalıdır, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var. Son zamanlar respublikanın əksər çaylarında, o cümlədən iri tranzit çaylarda sululuq normadan aşağıdır. İqlim dəyişikliyi nəticəsində su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır. Ölkə əhalisinin artması və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı səbəbindən suya olan təlabat artır. Suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyi tətbiq edilməlidir. Gələcəkdə bu problemlə üzləşməmək üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiya və avadanlıqlardan istifadə olunmalıdır”.

Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi – Etiraz notası hazırlanırErmənistan televiziya kanalı İqdırı Ermənistan şəhəri kimi təqdim edib.

Bu barədə fikir erməni telekanalı Western Armenia TV-nin havanın çirklənməsi mövzusunda reportajı zamanı səsləndirilib.

Reportajda Türkiyənin İqdır şəhəri “Qərbi Ermənistan” şəhəri kimi verilib.

Bu fakt İqdırda ciddi narazılığa və etiraza səbəb olub.

Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin sədr müavini, İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal deyib ki, “Qərbi Ermənistanın İqdır şəhəri” ifadəsindən istifadə edilməsi anlaşılan deyil: “İqtidar bir türk şəhəri, türk torpağıdır. Ermənistan hər fürsətdə arzusunu ortaya qoyur. Bu bir daha göstərir ki, ermənilərin gözü illərdir ki, türk torpaqlarındadır. Hazırda yaşadıqları İrəvan belə türk torpağıdır, Qərbi Azərbaycanın bir hissəsidir. Ermənilər türkcə televiziya qurublar, təbliğat aparırlar. Məqsədləri türk torpaqlarını Ermənistan torpaqları kimi göstərərək əməliyyat həyata keçirməkdir”.

Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASINDER) başçısı Çöksəl Gülbəy hesab edir ki, televiziya yayımına icazə verən Ermənistan türk torpaqları üzərində tələblərini gündəmə gətirməyə çalışır. Fransanın dəstəyi ilə “Qərbi Ermənistan” adlı hökumət qurulduğunu xatırladan başçısı Çöksəl Gülbəy deyib ki, bu məsələlərə ciddi yanaşılmalıdır:

“Sözdə Qərbi Ermənistandan yayım edən TV kanalında İqdırın Ermənistan şəhəri kimi təqdim edilməsi və yaxın zamanlarda Fransada sözdə Qərbi Ermənistan hökumətinin qurulduğunun açıqlanması, habelə internet üzərindən 40 dollar qarşılığında vətəndaşlıq verilməsinin elan olunması qəbul ediləcək hal deyil. Avropada yaşayan və 1915-ci ildə Osmanlı İmperatorluğu dövründə sürgün olunan erməni ailələrinin davamçıları tərəfindən başladılan bu hərakat Fransa və Ermənistan tərəfindən dəstəklənir. İqdır daxil olmaqla 20 Şərqi Anadolu və cənub- şərq şəhərlərimizi sözdə Qərbi Ermənistan dövlətinin şəhərləri olaraq göstərən bir TV-nin yayımına icazə verən Ermənistan dövləti Türkiyə torpaqları üzərində tələbini ortaya qoyub. Bu qonşu ölkənin torpaqlarına göz dikmək, açıq müharibə elanı verməkdir”.

Çöksəl Gülbəy hesab edir ki, məlum TV kanalının yayımında səsləndirilən iftiralara görə, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistana nota verməlidir: “Günlərdir yayım həyata keçirən sözdə Qrbi Ermənistan dövlət televiziyası adlı telekanalın fəaliyyətini dayandırmaq lazımdır. Biz bu telekanalın fəaliyyətini və Fransa ilə Ermənistanın bu telekanala dəstək verməsini qəti şəkildə pisləyirik”. (teleqraf.com)

Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi – Etiraz notası hazırlanır
 
İsrail Qəzzaya hücuma hazırlaşırİsrailin baş naziri Binyamin Netanyahu dünənki atəşlərdən sonra Qəzzada islamçılara qarşı mümkün hərbi əməliyyata hazırlaşmaq barədə göstəriş verib.

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin həftəlik iclasının açılışında bildirib:

"Əgər atəş davam etsə, heç bir razılaşma (HƏMAS-la-red) olmayacaq. Əksinə, Qəzzada terrorçular hələ bizim gücümüzü hiss edəcəklər. O hissi ki, 3 həftə əvvəl bizə "İslam cihadı"nın lideri və bu təşkilatın onlarla döyüşçüsü hücüm edəndə, onlar İsrailin “Qara kəmər” əməliyyatının gedişatında hiss ediblər, - bu, yalnız başlanğıc idi".

Netanyahu əlavə edib ki, İsrailin müdafiə nazirinə vəmüdafiə ordusuna hərbi əməliyyata hazırlaşmağı tapşırıb.

Rusiya Prezidenti Vladimir Putin İttifaq Dövlətinin yaradılması haqqında müqavilənin imzalanmasının 20-ci ildönümü münasibətilə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik teleqramı göndərib.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Bu vacib müqaviləni bağlamaq barədə tarixi qərarda əsrlər boyu davam edən qardaşlıq, dostluq, mədəni və mənəvi yaxınlıq ənənələrinə əsaslanan Rusiya-Belarus münasibətlərinin möhkəmləndirilməsində qarşılıqlı istək əks olunub”, - Putin məktubda qeyd edib.

Putin bu müddət ərzində iki ölkənin əldə etdiyi inteqrasiya tərəqqisini, təhlükəsizlik və xarici siyasət sahələrində səylərin koordinasiyasını, ticar-iqtisadi və bölgələrarası əlaqələrin inkişafını, habelə federal büdcə hesabına innovativ elmi-texniki proqramların və irimiqyaslı humanitar layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib.

Qeyd edək ki, İttifaq Dövləti haqqında müqavilənin 20 illiyi ilə bağlı Lukaşenko Soçiyə ötən gün səfər edib və Putinlə 5 saatlıq görüş keçirib. Daha sonra liderlər ziyafətə qatılıblar.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaur Kamalın aparıcısı olduğu 5/5 verilişinin növbəti qonağı xalq artisti Rafiq Hüseynov (Rəmiş) olub.

Kult.az xəbər verir ki, gitara ifaçısı öncə özünü tənqid edib:

"Danışığımı itirmişəm. Mədəni danışa, çəngəllə yeyə bilmirəm. Çox danışıram. İnsanlar məni belə qəbul etməlidir, beləyəm".

Rəmiş daha sonra aparıcı Zaur Kamalın "Ağdamda gitaranı elə ifa etdiniz ki, mənfur düşmənlərimiz eşitdi" sözlərinə "Onlar da bizim balalarımızdır, bizdən törəmələrdir. Məni çox danışdırma" cavabını verib.

Sözügedən dialoqa videonun 8-ci dəqiqəsindən sonra baxa bilərsiniz.

İranın Birinci vitse-prezidenti İshaq Cihangiri ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin Rəsmi Tehranı çökdürmək üçün əlindən gələni etdiklərini deyib. “Amerikalılar son 2 ildə ölkə iqtisadiyyatının bütün yollarını bağladılar. ABŞ rəhbərliyi İranın ehtiyaclarının böyük hissəsini qarşılayan məhsulları təsbit edərək, neftdən sonra neft-kimya, alüminium, polad, nəqliyyat və sığorta şirkətlərini də sanksiyalarla əhatə edib”.

Turkustan.info  xarici mediaya istinadən xəbər verir ki, Cihangiri, ABŞ-ın İran iqtisadiyyatı üçün infrastruktur və həlledici əhəmiyyət daşıyan maddələrə qarşı sanksiyalar tətbiq etdiyini və hətta çox yaxın münasibətləri olan “İranla dost ölkələr”in də neft almağa cəsarət etmədiyini söyləyib.

Son iki ildə baş verən bütün iqtisadi və psixoloji təzyiqlərə baxmayaraq, ağır şərtlər qarşısında ayaqları üstündə dayandıqlarını deyən vitse-prezident “ABŞ iqtisadi və psixoloji sahədə tətbiq etdikləri maksimum təzyiq politikası ilə İranın neft ixracatını sıfıra endirməyi bacarmadı. Neftimizi başqa üsullarla satmağı bacarırıq” sözlərini dilə gətirib.  /konkret.az/