Tramp əvvəlcə generalın ölümünə icazə verməyibmişABŞ Prezidenti Donald Tramp Pentaqonun və ABŞ kəşfiyyatının son məlumatlarına zidd gedərək İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin zərərsizləşdirilməsi əmrini verib.

“The New York Times” bu barədə Donald Tramp administrasiyasındakı mənbələrə istinadən informasiya yayıb.

Məlumata görə, hələ dekabrın 28-də ABŞ prezidenti Süleymaninin birbaşa məhv edilməsindən imtina edib, əvəzində isə dekabrın 30-da İraqın Suriya sərhədi yaxınlığındakı Əl-Qaim şəhərindəki şiə qrupu “Kataib Hizbullah”ın düşərgəsinə hücum əmri verib.

Bu qərar nəticəsində 25 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Sözügedən hadisə ABŞ-ın Bağdaddakı səfirliyi yaxınlığında etiraz aksiyalarına səbəb olub.

Nəşr qeyd edir ki, dekabrın 30-da kəşfiyyat məlumatları Yaxın Şərqdə ciddi heç bir şeyin baş vermədiyini göstərib. Kəşfiyyat həmçinin, belə qənaətə gəlib ki, ABŞ səfirliyi yaxınlığında baş verən etirazlar gözlənilən olub. Belə bir məqamda Trampın Süleymaninin məhv edilməsi əmrini verməsi Pentaqon nümayəndələri üçün də gözlənilməz olub.

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirməyə hazırlaşırİran İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general general Qasım Suleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın hərbi obyektlərinə zərbə hazırlayır.

"Ölkə.Az" TASS-a istinadən bildirir ki, belə bəyanatla İranın ali dini Ayətullah Əli Xameneyinin hərbi müşaviri Hüseyn Dehqan CNN televiziya şirkətinin efirində bildirib. 

"Müharibəni Amerika başladı. Buna görə onlar hərəkətlərinə məqsədəuyğun reaksiyaya hazır olmalıdır. Bu müharibə dövrünə son qoyacaq yeganə şey amerikalıların vurduqları zərbəyə bərabər zərbə almalarıdır”, - deyə o, CNN-ə bildirib.

"Cavab şübhəsiz ki, hərbi olacaq və hərbi obyektlərə qarşı yönəldiləcək", - İran rəhbərinin məsləhətçisi vurğulayıb. 

Bu halda o qeyd edib ki, İranın rəhbərliyi "heç vaxt müharibəyə cəhd etməyib və cəhd etməyəcək".

Onlarla insanın öldüyü qanlı hücum belə görüntüləndiSosial şəbəkədə Liviya paytaxtı Tripolidəki hərbi kollecdəki kursantlara hava hücumu anının videosu yayılıb. Hücum nəticəsində ən azı 20 nəfərin ölüb.

"Ölkə.Az" bildirir ki, Zərbə Liviya Milli Ordusu Hərbi Hava Qüvvələri tərəfindən sahə marşalı Xəlifə Haftarın əmrinə əsasən vurulub. Yanvarın əvvəlində o, “xarici qüvvələrə qarşı mübarizə” üçün ümumi səfərbərlik elan edib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin işlərinə qarışmaqda məsuliyyət daşıyır.

Qeyd edək ki, 2011-ci ildə Liviyada vətəndaş müharibəsi başlayıb. (oxu.az)

Ərdoğan: “ABŞ-İran gərginliyi regiona zərər verəcək”ABŞ-la İran arasında gərginlik şəraitində İraqın münaqişə zonasına çevrilməsi regiona zərər verəcək.

"Ölkə.Az" bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Dövlət başçısı qeyd edib ki, Türkiyə ABŞ-la İran arasında münaqişənin dərinləşməsindən narahatdır. Bu, regiondakı qeyri-sabitliyi gücləndirir.  

"Biz regionumuzda qeyri-sabitlik riskini artıran ABŞ-la İran arasındakı vəziyyətin inkişafını narahatlıqla izləyirik. Bu, təkcə İraqda baş verənlər deyil, problemlər Suriyada da mövcuddur, indi Liviyada da hadisələr baş verir.

ABŞ və İran arasında vaxtaşırı gərginlik yaranır. Bu, çat verə bilər. Fikirləşməyə dəyər: o, hara apara bilər?", - Türkiyənin dövlət başçısı deyib. 

NASA Avstraliyadakı yanğınların kosmosdan görüntüsünü yaydıAvstraliyada cərəyan edən güclü yanğınlar bütün materiki qalın tüstü dumanına bürüyüb.

"Ölkə.Az" bildirir ki, yanğınlar nəticəsində 4 milyon hektar meşə zolağı yanıb, yanğında ən azı 23 insan ölüb. Bundan başqa, 17 nəfər itkin düşüb.

İçlərisində koala, kenquru kimi məməlilər olan 480 milyon heyvan yuvasız qalıb.

Alimlərin fikrincə, bu, ekoloji fəlakətlər arasında ən ciddisidir.

NASA-nın kosmosdan çəkilmiş sonuncu şəkli yanğının miqyasını görməyə yardım edir. (oxu.az)

Buzlar qırıldı, onlarla avtomobil batdıRusiyanın Vladivostok bölgəsində yerləşən Voevoda buxtasında 30-dan artıq avtomobil buzun qırılması nəticəsində suya batıb.

"Ölkə.Az" bildirir ki, “Primamedia”nın məlumatına görə, hadisə ilə bağlı görüntülər “Youtube”da yayılıb.

Bildirilib ki, əyalətin Fövqəladə Hallar Xidmətinə hadisə ilə bağlı 45 müraciət daxil olub.

Avtomobillərin bəzilərinin qismən batdığı, hadisə nəticəsində heç kimin xəsarət almadığı bqeyd edilib.

Rusiyanın hərbi polisi ABŞ-ın Suriyada boşaltdığı strateji bazaya yerləşib.

Turkustan.info xəbər verir ki, Tel Samin kəndindəki hərbi baza köhnə bir məktəbin binasında yerləşir. Rus hərçbiləri bazaya yerləşdikdən sonra ərazidə patrul yoxlanışı aparıb.

Qeyd edək ki, sözügedən hərbi baza Rakkanı Suriyanın mərkəzi, həm də şimal bölgələri ilə birləşdirən strateji nöqtədə yerləşir və baza bir neçə gün əvvələ qədər ABŞ hərbçilərinin nəzarətində idi.  /Axar.az/

Pakistan – Hindistan sərhədində şiddətli toqquşma baş verib.

Turkustan.info Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusundan məlumat verilib. Bildirilib ki, hindistanlı əsgərlərin Kəşmir bölgəsindəki Hacı Pir nəzarət məntəqəsini atəşə tutması nəticəsində iki pakistanlı hərbçi həlak olub. Açıqlamaya görə, cavab atəşi nəticəsində Hindistana məxsus hərbi məntəqə yerlə bir edilib. Nəticədə 3 əsgər həlak olub.

Hindistan ordusu isə atəşkəsin pozulmasına görə, qarşı tərəfi ittiham edib. Atışma zamanı daha bir dinc insanın həlak olduğu bildirilir. Toqquşma zamanı hər iki tərəf ağır silahlardan istifadə edib. Hazırda sərhəddə ara-sıra silah səsləri eşidilir.  /Publika.az/

Qazaxıstanda təyyarə qəzaya uğradıQazaxıstanda təyyarə qəzaya uğrayıb.

“Ölkə.Az” xəbər verir ki, Qazaxıstan Respublikası Baş Nəqliyyat Prokurorluğundan verilən məlumata görə, Fokker-100 təyyarəsi Almatıda qəzaya düşüb.

2Bek Air” Hava Yollarına məxsus olan  təyyarə Almatı-Nur - Sultan reysi ilə hərəkət edib. etdi. Uçuş zamanı təyyarə yüksəkliyini itirərək, şəhərin yaşayış sektoru ərazisindəki iki mərtəbəli binaya çırpılıb.

Təyyarədə 95 sərnişin və 5 ekipaj üzvü olub. Son məlumatlara görə, qəzada 14 nəfər ölüb. Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, daha 30 nəfər yaralanıb. Onlardan 20 nəfərin vəziyyəti ağırdır.

Hadisə yerində xilasedicilər işləyir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olanların yaxınlarına başsağlığı verib.

Prezident Tokayev, faciədə günahkar olanların hamısının ciddi şəkildə cəzalandırılacağına söz verib.

“Demoqrafik vəziyyəti dəyişmək üçün iqlim şəraiti məqsədli şəkildə dəyişdirilir”.

Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov qış fəslində havaların iyun-iyul aylarındakı kimi isti keçməsinə münasibət bildirərkə deyib:

“Qış mövsümündə havanın temperaturunun normadan artıq olması epidemiya xəstəliklərin yayılmasına səbəb olacaq. Bunun da əsəs səbəbi meteoroloji silahlardan istifadə edilməsidir. Məqsəd isə yer kürəsində yaşayan insan sayını azaltmaqdır. Yəni demoqrafik vəziyyəti süni yolla dəyişmək istəyirlər. Bu siyasət çoxdan həyata keçirilir. Dünyanın iki böyük güc mərkəzi olan Amerika və Rusiya arasında “kapital müharibəsi” gedir. Əsasən də Qərb dövlətləri dünyanı iki yerə bölüblər – varlı və yoxsul. Varllar yoxsul qismi məhv etməyə çalışır. Digər tərəfdən iqlimin quraq keçməsi torpaqların quraqlaşmasına və kənd təsərrüfatının məhvinə gətirib çıxaracaq. Əsas məqsəd isə insanların sayını minimuma endirməkdir”. Amma onlar bilməlidirlər ki, özləri də məhv olurlar”.