Çində artıq bir neçə gündür davam edən və mütəxəssislərin hələ də əlac tapa bilmədikləri koronovirusun yaratdığı fəsadlarla bağlı kifayət qədər ziddiyyətli məlumatlar yayılır.

Rəsmi məlumatlarda ölənlərin 81 nəfər, xəstəliyə yoluxanlarınsa 3 minə yaxın olduğu bildirilsə də, digər mənbələrdə və sosial şəbəkələrdə fərqli məlumatlar və daha böyük rəqəmlər səsləndirilir.

Artıq bir çox ölkələrin Çinlə nəqliyyat əlaqəsini kəsməsi, aviareyslərin dayandırılması, qonşu dövlətlərin bu ölkə ilə sərhədləri demək olar bağlaması, Çindən mal idxalına məhdudiyyət qoyulması və digər amillər epidemiyanın gerçək miqyası ilə bağlı tamamilə başqa təsəvvür yaradır.

Aşağıda təqdim etdiyimiz və Çinin sosial şəbəkələrindən götürülən məlumatlara əsaslanan videoda epidemiyanın mərkəzindəki durumla bağlı dəhşətli görüntülər yer alır və iddialar irəli sürülür.

Burada səsləndirilən məlumatlara görə, əslində olənlərin sayı 100 mini, xəstəliyə yoluxanların sayı isə 1 milyonu keçir. Bildirilir ki, xəstəliyin episentrinə yaxın ərazidə yaşayan 60 milyondan artıq insanın əyaləti tərk etməsinə qadağa qoyulub. İnsanların ərazini tərk etməsinin qarşısının alınması üçünsə hətta ordu hissələrindən istifadə olunduğu iddia edilir.

Əlbəttə ki, sosial şəbəkədə yayılan məlumatların tam həqiqətə uyğun olduğunu iddia etmək doğru olmaz. Lakin artıq virusun Çin sərhədlərini keçməsi, ABŞ, Hindistan və digər bir çox ölkələrdə qeydə alınması təhlükənin rəsmi məlumatlarda göstərilənlərdən daha böyük olmasından xəbər verir.

Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bu virusun Çinə kənardan, daha konkret desək, ABŞ tərəfindən ixrac olunduğunu iddia edib. Təqdim etdiyimiz videonun da sonunda bu virusun məqsədli şəkildə yayıldığı ehtimalı səsləndirilir. (azpolitika)

 

ABŞ Ali Məhkəməsi Donald Tramp administrasiyası tərəfindən “ABŞ-ın köməyindən asılı sayılanlar üçün qrin kart tətbiqetməsinin rədd edilməsi” qərarını qəbul edib.

Xarici KİV xəbərlərinə gorə, “Qrin kart” almaq prosesi əvvəlkli illərə nisbətdə daha çətin olacaq. Belə ki, ABŞ-da yaşamaq üçün “Qrin kart” almağa müraciət edənlər ABŞ dövlətinə yük olub-olmamalarının öyrənilməsi üçün maliyyə qiymətləndirməsindən keçəcəklər. Qərar ABŞ prezidenti Donald Trampın da təklifi ilə ABŞ Ali Məhkəməsi üzvlərinin səs verməsi nəticəsində qəbul edilib.

Digər tərəfdən, “Qrin kart” əvvəllər ABŞ-dan sağlamlıq, kirayə və qida yardımı alan və ya gələcəkdə almaları gözlənilən insanlara verilməyəcək “Qrin kart”la bağlı edilən müraciətlərin immiqrasiya xidməti rəsmiləri tərəfindən araşdırılacağı bildirilsə də, müraciət edənlərin maliyyə qiymətləndirməsinin necə aparılacağı barədə heç bir məlumat verilmir.

Trump, ölkəyə gələn immiqrantların 66 faizinin qohumları vasitəsi ilə, 22 faizinin isə “Qrin kart” alaraq gəlməyinin Amerika dəyərlərinə uyğun olmadığını deyib. ABŞ prezidenti eyni zamanda “Qrin kart”la ABŞ-a gələn immiqrantların əksəriyyətinin az maaşlı və aşağı ixtisaslı işçilər olduğunu söyləyib. Onların arasında qanunsuz işlərlə məşğul olanların çoxluğunu vurğulayaraq bu üsulla ölkəyə gələnlər arasında cinayətkarların da artdığını qeyd edib. (modern.az)

Rusiya Prezidentinin köməkçisi Vladislav Surkovun istefası Vladimir Putinin “Donetsk Xalq Respublikası”(DXR) və “Luqansk Xalq Respublikası”nı (LXR) Ukraynaya təhvil verməsi niyyətinə şahidlik edə bilər.

Bunu “Apostrof”a müsahibəsində Rusiya Dumasının keçmiş deputatı İlya Ponomaryev deyib. O, Surkovun istefası məsələsinə 9 dekabrda Parisdə baş tutan Normand görüşündə qərar verildiyini bildirib:

“O zaman Surkovun reaksiyasından aydın oldu ki, Ukrayna tərəfi onu məğlub edə bilib. O, Putinə fərqli sənədlərin imzalanacağı vədini verirdi, bu isə baş vermədi. Ona görə də qaz danışıqlarına görə məsuliyyət daşıyan Dmitri Kozaka təyinat verilib. Putinin yeni müşaviri sələfindən fərqli olaraq, siyasi şəxs və intriqaya meyilli deyil. Bu, Putinin Donetsk və Luqanskı satmaq istəməsinə 100% şahidlik edir”.   /Axar.az/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığ şəhərindəki zəlzələdə xəsarət alan qadını xəstəxanada ziyarət edib.

Yaşlı qadın prezidentdən övladlarının yanına gətirilməsini istəyib.

Ərdoğan isə onun xahişini nəzərə alaraq qadının yanında yaşayan polis oğlu və Trabzonda işləyən mühəndis oğlunun müdirlərindən 15 günlük icazə alıb.

Prezidentin bu jesti ölkədə gündəm olub. (publika.az)

Çində virusla bağlı narahatlıqlar fonunda neft ucuzlaşmağa davam edir.

Bu barədə REN TV xəbər yayıb.

Çində naməlum koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi ilə bağlı neftin qiymətində azalma müşahidə edilir.

Bazar ertəsi keçirilən ticarət nəticəsində “Brent” markalı neftin qiyməti 2,26 faiz azalaraq bir bareli 59,32 dollar (təxminən 100 AZN) təşkil edib.

Çində vəziyyətin necə dəyişəcəyindən asılı olaraq, “Brent” markalı neftin qiyməti 55 dollara (təxminən 93 AZN) qədər azala bilər.

Ölkə ərazisində virusdan ölənlərin sayı 106 nəfərə, yoluxanların sayı isə 4,5 min nəfərə çatıb.

Yoluxma halları Honkonq, Makao, Tayvan, Yaponiya, Cənubi Koreya, ABŞ, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada qeydə alınıb.     /oxu.az/

Heç bir ölkə İranın təzyiqlər qarşısında bu qədər davam gətirəcəyini düşünmürdü.

 “Trend” xəbər verir ki, bunu İranın Prezidenti Həsən Ruhani İran vilayətləri valilərinin iclasında deyib.

Dövlət başçısı bildirib ki, hamı – rəsmi Tehrana dost və yaxşı münasibətləri olmayan ölkələr İranın bir neçə aydan artıq davam gətirə bilməyəcəyini təsəvvür edirdi.

“Bu, İranda sadə bir gün deyil, ölkə iki ildir ən ağır iqtisadi, siyasi və təbliğat təzyiqləri ilə üzləşib”, – deyən Ruhani əlavə edib ki, hazırda İran xalqına qarşı təzyiq hər zamankından daha çoxdur.

Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və sanksiyalar siyahısını bir neçə mərhələdə genişləndirib. Sanksiyalar İranın iqtisadiyyatına güclü təsir göstərib.

İranda sərnişin təyyarəsi avtomobil yoluna eniş edib.

Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İranın Mahşəhr şəhərinin mərkəzində baş verib. Məlumata görə, “Caspian Airlines” şirkətinə məxsus təyyarədə 135 sərnişin olub.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Təyyarənin hansı səbəbdən eniş etdiyi hələ ki, məlum deyil.

Bahman Kalbasi
 
@BahmanKalbasi
 
 

Dramatic footage of a passenger plane belonging to ’s Caspian airline landing in the middle of the street in Mahshahr (same city that many were killed in Nov. protest) this happened in the last hour. Witness who got the footage didn’t know if there were any casualties.

 
Embedded video
 
1,114 people are talking about this
 

 

/Yeniavaz.com/

Çinin Vuhan şəhərində yayılan və 30-a yaxın insanın ölümünə səbəb olan koronavirusun ortaya çıxması ilə bağlı versiyalar analiz edilib.

Turkustan.info xəbər verir ki, yeni tip koronavirus Kəskin Tənəffüs Yolu Sindromu (SARS-CoV) və Yaxın Şərq Tənəffüs Çatışmazlığı Sindromu (MERS-CoV) ilə eyni mənbədən gəlir. Bu iki sindromda da virusun qaynağı yarasadır. Lakin onun insana keçməsi üçün “vasitəçi” heyvan lazımdır.

“Tibbi Virusologiya” jurnalında yayımlanan araşdırmada yeni virusun qaynağının yarasa ola biləcəyi ehtimalı üzərində dayanılıb. Lakin koronavirusun insana keçməzdən əvvəl mutasiyaya uğraması ehtimal edilir. Araşdırmaçılar bu nöqtədə yeni virusun biri yarasadan yoluxmuş iki koronavirusun birləşməsi ola biləcəyini iddia edir.

ƏN BÖYÜK EHTİMAL – İLAN

Çinin Pekin Universiteti Səhiyyə Elmləri Mərkəzindən olan Vey Ci ilə Pekin, Nanninq, Ninqbo və Vuhan şəhərindən olan tədqiqatçılar virusa yoluxanlardan götürdükləri gen nümunələrindən yola çıxaraq müəyyən etdikləri genetik kodu fərqli növdə heyvanlardan alınan 217 koronavirusla qarşılaşdırıb. Araşdırmaçılar “2019-nCoV”dakı protein kodlarının daha çox Çində yaşayan 2 ilan növünün daşıdığı koronaviruslarla oxşarlıq təşkil etdiyini ortaya çıxarıb. Araşdırmanın nəticəsi virusun ilandan keçmiş ola biləcəyinə işarə verir.

İlanların Vuhan şəhərində virusun ortaya çıxdığı düşünülən dəniz məhsulları bazarında satılması virusun əvvəlcə yarasadan ilana, onlardan da insanlara yoluxması ehtimalını ağıla gətirir.

Buna baxmayaraq, Pekindəki Zoologiya İnstitutunun araşdırmaçısı Cinq Ayxua virusun qaynağı ilə bağlı olaraq təkcə genetik kodlaşdırmadakı oxşarlıqların bəs edəcək dəlil olmadığını söyləyib.

Qeyd edək ki, ortaya çıxdığı yerin adı verilən “Vuhan virusu” nəfəsalma, asqırıq və öskürək zamanı hava yolu ilə keçir. İlkin simptomları yüksək temperatur, boğaz ağrısı, öskürək, nəfəs çatışmazlığı və ishaldır. Bir müddət sonra sətəlcəm və böyrək çatışmazlığına səbəb olur. Ölüm riski yüksəkdir.

Epidemiya HonqKonq, Tayvan, ABŞ, Yaponiya, Sinqapur, Cənubi Koreya və Tailandda yayılıb.   /Publika.az/

“Azərbaycan Respbublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

"Son vaxtlar işğalçı Ermənistan və Dağlıq Qarabağdakı qeyri-qanuni rejim Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi və mədəniyyət abidələrini “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır. Bir müddət əvvəl Dağlıq Qarabağın memarlıq incisi sayılan Şuşadakı Yuxarı Gövhər Ağa məscidini “bərpa” edərək buranı “fars mədəniyyət mərkəzi” adlandıran rejim, indi də 18-ci əsrdə Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşir tərəfindən əsası qoyulan Şuşa Qalasını “bərpa” etməyi planlaşdırır. KİV-lərin yaydığı məlumatlara görə, gələcəkdə Ağdərə və Laçın rayonlarında yerləşən Azərbaycan xalqına məxsus tarixi abidələrə qarşı da bu cür vandallıq ediləcəyi istisna olunmur.

Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərində minlərlə mədəni, tarixi, dini abidəmiz erməni təcavüzünün qurbanı olub. Bu abidələrin bir qismi tamamilə yer üzündən silinib. Qalan abidələr isə yararsız vəziyyətə salınıb.

Ermənistan torpaqlarmızı işğal etmək, xalqımızı soyqırıma məruz qoymaq, minlərlə insanı öz yurdundan didərgin salmaqla yanaşı, həm də tarixi abidələrmizi məhv edir. Hazırda Ermənistan bu ləkəni öz üzərindən silmək üçün yalançı və saxta “təmir-bərpa” işləri aparır.

Ermənistanın bu abidələri “bərpa” etmək planlarının arxasında duran çirkin məqsədlər təkcə bizi deyil, həm də beynəlxalq təşkilatları düşündürməlidir. Çünki bu tendensiyanın yayılması dünya mədəni-tarixi mirası üçün təhlükədir.

İşğal altında olan ərazilərimizdəki bütün abidələr ata-babalarmız tərəfindən ucaldılıb, bu abidələrin üzərində əcdadlarımızın əl izləri yaşayır. Ermənistanın işğalına son verildikdən və torpaqlarmıza geri qayıtdıqdan sonra, bizə miras qalan abidələrmizə yenidən həyat bəxş etmək bizim əsas vəzifəmizdən biri olacaq.

Bütün bunlar Ermənistanın UNESKO qarşısında götürdüyü öhdəliklərə zidd olmaqla yanaşı, bu ölkənin riyakar xislətini, beynəlxalq ictimaiyyəti aldatmaq, öz vandalizim əməllərinə mədəni-sivil don geyindirmək cəhdidir".

Rusiya Prezidenti Vladimir Putin İsraildə Auşvitz konsentrasiya düşərgəsindən əsirlərin azad edilməsinin 75 illiyinə və Holokost qurbanlarının xatirəsinə həsr edilmiş konfransa qatılıb.

Putin İsrail prezidenti ilə görüşdə Holokostu “İsrail və Rusiyanın ümumi faciəsi” adlandırıb.

O, Holokost qurbanlarının 40 faiznin SSRİ-dən olduğunu xatırladıb.

Rusiya prezidentinin soyqırım qurbanlarına həsr edilmiş tədbirə qatılması erməniləri məyus edib. Putinin bu məqsədlə İsrailə səfər etməsinə Ermənistan mediasında geniş yer verilib və Rusiya liderinə qarşı inanıılmaz iddialar yer alıb.

“Lragir” nəşri xatırladır ki, Vladimir Putin 2015-ci ilin aprelində Ermənistanda “erməni soyqırımı”nın 100 illiyini qeyd etmək üçün İrəvana gələn az saylı dövlət başçıları arasında idi:

“Kreml uzun müddət Putinin İrəvana səfəri barədə məlumat vermədi, lakin o zaman Rusiyanın anti-Ermənistan siyasəti və Türkiyə ilə istiləşən münasibətləri elə bir xarakter aldı ki, Putinin soyqırımının 100 illiyi münasibətilə İrəvana gəlməkdən imtina etməsi erməni xalqının ona olan inancını yox edə, Moskva Qafqazda Ermənistanı əbədi itirə bilərdi.

Baş verən hadisələrin qarşısını almaq üçün Putinin İrəvana gəlməsi, Tsitsernakaberd memorialındakı çıxışında heç vaxt soyqırımı sözünü deməməsi sübut etdi ki, Putin bura soyqırımı üçün gəlməyib. Beş il əvvəl Putinin Ermənistanın Rusiyanın müttəfiqi olaraq, erməni soyqırımı haqda da dünən Qüdsdə dediyi kimi, “Rusiya və Ermənistanın ortaq faciəsi” deməsini gözləməyə belə dəyməzdi. Putin dürüst idi. Çünki erməni soyqırımı Rusiya və Ermənistanın adi bir faciəsi deyil, 1921-ci ildə imzalanmış Moskva Müqaviləsində nəticələri qara və ağ rəngdə çəkilmiş Rusiya və Türkiyənin ortaq cinayətidir”.

Nəşr qeyd edir ki, 2021-ci ildə bu müqavilənin 100 yaşı tamam olacaq:

“Moskva və Ankara müqaviləyə sadiq qalmaq və ya onu pozmaq barədə qərar verməlidir. Əksinə, Moskva cinayətə görə məsuliyyəti davam etdirib-etməyəcəyinə qərar verməlidir və ya bundan qarşılıqlı öhdəliklər gözləyərək, Ermənistan qarşısında məsuliyyət götürməyə hazırdır?

Burada Ermənistanın Rusiyaya cavabdehlik tələbini təqdim edib-etməməsi vacibdir, çünki Rusiya yalnız Ermənistan irəliləsə, geri çəkilə bilər”.

Ermənistanın Rusiyanın forpostu olduğunu və ya Moskvanın ağa-qul münasibətini unudan ölkənin nəşri İrəvanın Putinə tələb irəli sürməsinin vacibliyinə də toxunur:

“Buna görə də Ermənistan Putinin vəd etdiyi dövlət səfərinin nə vaxt baş tutacağını müzakirə etməlidir. Mətbuatda Nikol Paşinyanın 2020-ci ildə Rusiyaya, Putinin təkrar ziyarətinin isə 2021-ci ildə olacağı barədə məlumatlar var idi. Bəli, Putinin 2021-ci ildə Ermənistana səfərini təşkil etməsi lazımdır. Üstəlik, ziyarət 16 Mart 2021-ci ildə – Moskva Müqaviləsinin imzalanmasının 100 illiyi günü baş tutmalıdır ki, İrəvanda onun uzadılmasından imtina edilsin”. (teleqraf.com)