Baş nazir deyib ki, general Qasım Süleymaninin öldürülməsindən sonra İranla ABŞ arasında pik həddə çıxan gərginliyə İsrail qoşulmamalıdır.
Turkustan.info xəbər verir ki, B.Netanyahu generalın öldürüldüyü hərbi hücumda İsrailin heç bir rolu olmadığını, bu üzdən də ölkəsinin ABŞ-la İran arasındakı gərginliyə daxil edilməməli olduğunu vurğulayıb.
Netanyahunun bu açıqlaması “İsrail ABŞ-ı bu savaşda tək qoydu” şəklində şərh olunur.
İsrail mediasının məlumatına görə, baş nazirin sədrliyilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib, bölgədəki proseslərlə bağlı bir sıra mühüm qərarlar verilib. Netanyahu elə həmin toplantıda İran-ABŞ arasındakı gərginlikdən uzaq dayanacaqlarını söyləyib. /Bizimyol.info/