Birləşmiş Ərəb Əmirliklərinə daxil Dubay əmirliyinin rəhbəri şeyx Məhəmməd ibn Rəşid əl-Məktumun ölkəni tərk edərək, İngiltərəyə qaçan arvadı şahzadə Hayanın Londondakı həyatı barədə yeni məlumatlar ortaya çıxıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, əri ilə boşanma ərəfəsində olan İordaniya kralının qızı şahzadə Hayanın Dubay hökumətinə aid London mərkəzli bir təhlükəsizlik şirkəti olan “UK Mission Enterprise Limited”də çalışan bir cangüdənlə özəl münasibəti olduğu ortaya çıxıb.
Bangladeşdə fəaliyyət göstərən xəbər saytı weeklyblitz-də yer alan xəbərə görə, vaxtilə İngiltərədə oxuyan şahzadə Haya təhsil müddəti boyunca son dərəcə azad bir həyat yaşayıb və bu müddətdə bir çox sevgilisi olub.
İngilis cangüdəni ilə münasibəti olan Haya münasibəti ortaya çıxandan sonra əri Şeyx Məhəmməddən afrikalı suç ortaqları ilə saxta qızıl satışı kimi dələduzluq üsulları ilə pul qopartmağa çalışıb.
Weeklyblitz’ə açıqlama verən qaynaqlar şahzadə Hayanın cangüdəni ilə yeni bir həyata başlamaq və evlənmək istədiyini, amma ərindən pul ala bilmədiyi üçün ümidsizliyə düşdüyünü deyiblər.
Şahzadənin qardaşı, Ürdün kralı Abdulla bacısının yasaq eşq macərasından xəbər tutsa da, ürdünlü qohumları vasitəsilə ona ərindən ayrı, rahat yaşaya bilməsi üçün lazımi miqdarda pul almasını tövsiyə edib.
Şahzadə Hayanın Londonda qaldığı iddia olunan 85 milyon sterlinq dəyərindəki evdə sevgilisi ilə yaşadığı, Hayanın bu evi 2017-ci ildə hindli milyoner Lakşmi Mittaldan satın aldığı bildirilir.
Orta Şərqdəki qaynaqlarda yer alan xəbərə görə, 69 yaşlı Dubay əmiri də arvadının cangüdəni ilə münasibətinə görə çox sarsıntı keçirib və onu cəzalandırmağın yollarını axtarır.
Şahzadə Hayanın bir müddət İngiltərə ordusu üçün işləyən sevgilisinə olduqca bahalı hədiyyələr aldığı və bu hədiyyələr üçün lazım olan pulu ərindən oğurladığı iddia edilib.
Əl-Məktumdan bir qız və bir oğlan dünyaya gətirən şahzadə Hayanın 7 yanvar 2012-ci ildə dünyaya gələn oğlu Şeyx Zayedin əsl atasının əslində Hayanın keçmiş sevgilisi olduğu iddia edilir.
Bir başqa iddiaya görə, Şeyx Zayed Hayanın məktəb illərindən tanıdığı və at yarışına marağı olan bir sevgilisi ilə olan yaxın münasibətindən dünyaya gəlib.
Şeyx Zayedin bioloji atasının bir başqası olduğu iddiaları hər hansı DNA testi olmadığı üçün öz təsdiqini tapmayıb.
Hazırda Londonda olan qaçaq şahzadənin illərdir yaxın münasibəti olan İngiltərə kral ailəsi ilə daimi ünsiyyətdə olduğu və mütəmadi olaraq şahzadə Çarlz və onun həyat yoldaşı Kamilla Parkerlə görüşdüyü deyilirr.
Cütlüyün ilk məhkəməsi 22 mayda keçirilib. İkinci proses isə 30 iyulda London Ali Məhkəməsinin Ailə instansiyasında keçiriləcək.
Aşbaz danışdı – sən demə, istəsələr də bunu edə bilməzlərmiş….
Kral ailələrinin, özəlliklə də İngiltərə kral ailəsinin həyatı bütün dünya tərəfindən maraqla qarşılanır. Toylarından doğumlarına qədər hər şeylərilə xəbər olan kral ailəsinin üzvləri, müxtəlif televiziya seriallarının da təsirilə gündən-günə populyarlaşır. Şahzadə Diana ilə başlayan bu populyarlıq Şahzadə Vilyan və Keyt Middletonun toyu, uşaqları, Şahzadə Harri və Meqan Marklın toyu, uşaqları Archienin dünyaya gəlişi kimi hadisələrlə daha da güclənib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, kral ailəsi üzvlərinin bir çox özəlliyi kimi yeyib-içmə vərdişləri də insanlar tərəfindən maraqla qarşılanır. Keçmişdə uzun illər boyunca Buckhingam Sarayının mətbəxində çalışmış məşhur şef aşbaz Darren McGrady verdiyi müxtəlif müsahibələrlə kral ailəsi üzvlərinin yemək və mətbəx vərdişlərinə işıq tutub.
Diana qırmızı ət yeməzdi
Yediyi tək qırmızı ət quzu əti idi. O da əyləncələrdə. Dana əti əsla yeməzdi.
Şahzadə Diana bulimiadan sonra çox sərt bir dieta tətbiq etdi
Bir gün mənə “Darren, sən bütün yağların işinə bax, karbonhidratları da mən idman salonunda həll edəcəm” demişdi. Hər şeyi dəyişdirdik. Mən Buckhingam Sarayı reseptlərini bir kənara atıb, sağlam yeməklər bişirməyə başladım. Diana Saraydaykən bulimiasından(yediyi yeməyi qaytarmaq xəstəliyi) heç kimin xəbəri yox idi, amma sonradan anladıq. Bibər və badımcan dolmasını, eləcə də balığı çox sevərdi.
Diananın qonaqları onun eyni yeməyin yağsız versiyasını yediklərini əsla bilməzdi
İnsanları aldadırdı. Gələn qonaqlar üçün yemək hazırlatdırır, amma özü üçün eyni yeməyin yağsız versiyasının hazırlanmasını istərdi. Qonaqlar isə bunu əsla fərq etməzdi.
Herri və Vilyam fast food “xəstəsi” idi
Bir gün şahzadə Diana mətbəxə girib, “yeməyi ləğv et, uşaqları hamburger yeməyə aparacam” dedi. “Mən də hamburger hazırlaya bilərəm” dedim. Cavabı belə oldu ki, uşaqların istədiyi əsas şey hamburgerdən çıxan oyuncaqdır. Bəli, oğlanlar hamburger, pizza, kartof qızartması sevərdi. Düzdür, onlar bir şahzadə olsalar da, bir uşağın damaq zövqünə sahib idilər.
Kral ailəsi Şotlandiyadakı yay evləri olan Balmoral Qalasında tamamən fərqli davranırdı
Balmoral, kral ailəsinin dərin nəfəs aldığı bir yerdir. Onları orda daim görə bilərsiniz. Halbuki Buckhingamda kraliça çox məşğuldur. Oradakı otağı ilə mətbəxlər də çox uzaqdır. Balmoralda Şahzadə Filip manqalı hazırlayar, mətbəxə gəlib deyərdi ki, “kraliça ilə şahzadə Marqaret çiyələk toplayırlar, axşama onları yeyək”.
Kraliça tez-tez saxlama qabından yeyərdi
Kraliça deyən kimi insanların ağlına qızıl boşqablar, qızıl çəngəl-bıçaqlar gəlir. Bu, zaman-zaman doğru olsa da, Balmoraldaykən kraliça meyvələrini sarı bir plastic saxlama qabından yeyirdi. Amma eyni zamanda almaslarla bəzənmiş bir boşqabdan da meyvə yeyirdi. Bu, üzərində üç qızıldan at olan, mərmər bir boşqabdı. Almaslar, yaqutlar və zümrüdlərlə bəzədilmişdi. 30 il öncə dəyəri 500 min sterlinqdi.
Kraliça şokaladlı biskvitli tort olmadan heç bir yerə getməz
Kraliçanın gündəlik menyusunda hər zaman şokaladlı biskvitli tort olurdu. Eyni tortu hər gün, yavaş-yavaş, qurtarana qədər yeyərdi. Tortundan heç kimin yeməsinə icazə verməz, incə bir dilim belə azalsa, bunu anlayardı.
Axşam yeməkləri çox rəsmi bir atmosferdə yeyilir
Günortadan sonra gündəlik geyimləri ilə kaminin başında oturub çay içər, sonra axşam yeməyi üçün yuxarı çıxıb, üstlərini dəyişdirirlər. Axşam yeməyinə Dounton Abbey serialındakı kimi bal geyimləri ilə otururlar.
Ana Kraliçaya yemək saatı ilə bağlı yalan deyilirdi
Ana Kraliça da qatılacaqsa, Balmoralda axşam yeməkləri 20.30-da yeyilirdi. Amma kraliçaya yeməyin 20.15-də yeyiləcəyi və ən son enənin o olacağı deyilirdi. Digər hər kəsə saat 20.30 deyilirdi, çünki ana kraliçanın gec gələcəyi bilinirdi.
Kraliçanın ən sevdiyi yemək bitter şokaladdır
Kraliça sarayın bağçasında yetişən hər şeyin ərzaq olaraq istifadə edildiyi yeməkləri sevərək yeyərdi. Amma şokaladı, xüsusən də bitteri çox sevərdi. Bir şokalad nə qədər acıdırsa, o qədər dadlı idi.
Kraliça sarımsaq yeməzdi
Menyuda sarımsaq olmasına əsla icazə verməzdi. Qoxusundan və dadından nifrət edərdi.
Kraliça səhər yeməyində qarğıdalı qovurması yeyərdi
Kraliçanın səhər yeməyi çox bəsitdi. Özünə plastic bir qabda qarğıdalı qovurması hazırlatdırar, yanında da bir az Darjeeling çayı içərdi.
Şahzadə Filip bir dəfə çalışanların yeməyini daha çox bəyənib və onu yeyib
Mətbəxə gəlib və “Axşam nə yeyəcəyik?” deyə soruşub. “Sizin üçün quzu budu hazırlatdıq” dedim. Digər qabı göstərib, “Burada nə var?” deyə soruşdu. Çalışanlar üçün hazırladığımız qızartma ətlər olduğunu öyrənincə ondan yemək istədi. Nəticədə qızarmış əti şahzadə, budu isə biz yedik.
Şahzadə Filip yeməyə gələndə o qədər sadə geyinirdi ki, onu işçilərdən biri hesab etmək olardı
Bir dəfə mətbəxə gəldi və mən onu bağban hesab etdim. Köhnə-kürüş geyimlər içində yaşlı bir adam düşünün. Amma diqqətlə baxanda Şahzadə Filip olduğunu anlaya bildim.
Kral ailəsi üzvləri səyahətdə dəniz məhsulları yeyə bilməzlər
Kral ailəsi üzvləri səyahətlərində qida zəhərlənməsi ehtimalına qarşı, dəniz məhsulları, xüsusən də qabıqlı olanları istəsələr də yeyə bilməzlər. Getdikləri yerlərdə aşbazlara bu məsələdə öncədən xəbərdarlıq edilir. Ailə üzvlərinin uzaq dayanmalı olduğu digər yeməklər sırasında az bişmiş ətlər və bol ədvalı yeməklərdir. Bundan başqa, səyahətə çıxarkən içəcəkləri suları da özləri ilə aparırlar.
Filip Çarlzın orqanik yeməklərinə etibar etməzdi
Harrods bizə hər zaman oradan alış-veriş etdiyimiz üçün içi ərzaqlarla dolu bir təşəkkür səbəti göndərirdi. Bir gün Şahzadə Filip mətbəxə gəldiyi zaman səbətlərdən iki ədəd vardı. “Harrods səbətidirmi?” deyə soruşdu. Bunların Şahzadə Çarlzın yetişdirdiyi orqanik tərəvəz və meyvələr olduğunu öyrəndiyi zaman “Pah, orqanikmiş” detərək, başını salladı və çıxıb getdi.
Dünya dövlətləri fövqəladə vəziyyət rejiminə keçib
Rusiyanın “Loşarik” adlı atom sualtı qayığında ağır qəzanın baş verməsi dünya mediasının bir nömrəli mövzusuna çevrilib. Rusiyanın RBK agentliyinin məlumatına görə, 14 dənizçi zəhərlənmədən həlak olub. Onların içində 1-ci ranqdan olan 7 kapitan (Quru Qoşunlarında polkovnik rütbəsinə bərabərdir) və iki “Rusiyanın milli qəhrəmanı” adına layiq görülmüş hərbçi var.
Qəzanın aradan qaldırıldığı deyilsə də dünyanın idarə mərkəzlərindəki hərəkətlilik və fövqaladə vəziyyət rejimi başqa mətləblərdən xəbər verir.
Bildirilir ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens Nyu-Hempşir ştatına səfərini yarımçıq qoyaraq, təcili Ağ Evə dönüb. Rusiya prezidenti Vladimir Putin isə bütün görüşlərini təxirə salaraq müdafiə naziri Sergey Şoyqudan dərhal hesabat verməsin tələb edib.
Maykl Pensin mətbuat katibi Alisa Farah vitse-prezidentin Vaşinqtonda qalmasını zəruri edən səbəblər olduğunu bildirib.
Ağ Ev rəsmiləri məsələnin iddia edildiyi kimi Donald Trampın səhhətində yaranmış (onun infarkt keçirdiyi xəbərləri də yayılıb-red.) problemlə bağlı olmadığını söyləyiblər.
Rusiyanın sualtı qayığının nüvə reaktorlu olması radiasiya sızıntısı iddialarını gücləndirib. Bununla bağlı olaraq Norveçin Radiasiya və nüvə təhlükəsizliyi qurumunda açıqlama gəlib. Onlar yüksək dərəcədə hər hansı sızıntının olmadığının bildiriblər.
Onu da qeyd edək ki, yanğının baş verdiyi AC-12 atom sualtı qayığı həm də “Loşarik” adı ilə tanınır. Bu gəmi silahla təchiz olunmayıb və 6000 metrə qədər enə bilir. “Loşarik”in ekipajı 25 nəfərdən ibarətdir. Onun hazırlanması olduqca məxfi şəraitdə aparılıb.
Qərb xüsusi xidmət orqanlarının məlumatına görə isə AC-12 əslində rəqibin sualtı hərbi infrastrukturunu dağıtmaq, materiklər arasındakı kabel əlaqəsini kəsməyə və Rusiyanın Hərbi-Dəniz Donanmasının hərəkətlərini izləyən sualtı stansiyaları məhv etməyə yönəlik diversiya aparatıdır. Elə buna görə də bəzi mənbələr sualtı qayığın vurulması versiyasını da irəli sürürlər.
Sualtı enmə aparatı özünün unikal konstruksiyası ilə seçilir. O, bir neçə şara bənzər titan parçalardan yaradılıb. Bu da onu İvan Ufimtsev və Yuri Norşteynin yaratdığı məşhur sovet cizgi film qəhrəmanı Loşarikə bənzədib.
Qəzanın səbəblərini araşdırmaq üçün Rusiya Hərbi-Dəniz Donanmasının komandanı admiral Nikolay Yevmenovun rəhbərliyi ilə komissiya yaradılıb. N.Yevmenov bu posta cəmi iki ay əvvəl – mayın 3-də təyin olunmuşdu.
Qeyd edək ki, buna bənzər bir qəza 2000-ci ildə “Kursk” atom sualtı qayığı qəzası olub.
Qayıq 2000-ci il avqustun 12-də Barens dənizində torpedo mərmisinin partlayışı nəticəsində batıb. Hadisədə 118 nəfər heyət üzvü həlak olub. Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi. Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdiki gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil.
musavat.com
İranda zənginləşdirilmiş uran ehtiyatı 2015-ci ildən sonra ilk dəfə 300 kiloqramlıq limiti keçib. Bu barədə məlumatı Fars Xəbər Agentliyi yayıb. Röyters Agentliyinə açıqlama verən iki iranlı dövlət rəsmisi də məlumatı təsdiqləyib.
Qeyd edək ki, BMT-nin də vasitəçiliyi ilə 2015-ci ildə İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya – K.R.) arasında “Əhatəli Ortaq Əməliyyat Planı” adlı anlaşma imzalanıb. Bu anlaşmaya əsasən İran yalnız dinc məqsədlər üçün yetəcək 3,67 faiz uran zənginləşdirmək hüququna malik olur və maksimum 300 kiloqram urana sahib ola bilər. Daha artıq zənginləşdirilmiş uranı isə Tehran beynəlxalq bazarda sata və əvəzinə təbii uran ala bilər. Eyni zamanda uran zənginləşdirilməsi üçün vacib olan ağır suyu da yalnız 130 ton həcmində saxlaya bilər.
Qeyd edək ki, bu il mayın 8-də prezident Həsən Ruhani anlaşmaya sadiq qalan 5 ölkəyə müraciət edərək müqaviləni qorumaq üçün 60 gün vaxt vermişdi. Həsən Ruhani bildirmişdi ki, anlaşmanın 26 və 36-cı maddələrinə əsasən embarqoların yenidən bərpa edilməsi və tərəflərdən birinin öhdəliyi yerinə yetirmədiyi halda İran nüvə anlaşmasındakı öhdəliklərin hamısından və ya bir qismindən çıxa bilər.
Mayın 15-də İran hökuməti nüvə anlaşmasının bəzi maddələrindən geri çəkildiyini elan edib. Rəsmi Tehran bəyan edib ki, uranın zənginləşdirilməsi və ağır su istehsalı üzərindəki məhdudiyyətlərdən imtina edir. Həsən Ruhani bildirib ki, anlaşmada iştirak edən digər ölkələrə İranın maraqlarını qoruyacaq addımlar atmaları üçün 60 gün müddət veriblər.
Sitat: “Əgər nüvə anlaşmasında iştirak edən tərəf ölkələrlə 60 gün ərzində danışıqlar masasında əyləşərsək və neft satışı, bank fəaliyyətləri mövzularında milli mənfəətlərimiz təmin olunarsa, bugünkü vəziyyətə geri dönə bilərik. Ancaq 60 gün ərzində 5 ölkə ilə bir nəticə əldə edə bilməsək, o zaman 3,67 faiz uran zənginləşdirmə ilə bağlı öhdəlikdən imtina edəcəyik”.
Daha sonra isə Tehran zənginləşdirilmiş uran həcmini artırmağa başladığını elan edib. Məsələ ondadır ki, 2015-ci ildə imzalanan nüvə anlaşması İranın ən yaxşı halda nüvə silahı əldə etməsini uzun müddətlik məhdudlaşdırırdı. Mütəxəssislərə görə, 2015-ci il anlaşması İranın hətta istəsə belə nüvə silah əldə etmək üçün bir il çalışmalıdır. Çünki Tehranın əlində sadəcə aşağı səviyyəli 3,67 faiz zənginləşdirilmiş uran vardır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatına görə, ötən həftə İranın zənginləşdirilmiş uranı nüvə anlaşmasında göstərilən həddə, yəni 202,8 kiloqramdan da azı, yəni 200 kiloqram olub. Ancaq bir həftə sonra artıq bu rəqəm 300 kiloqrama çatıb.
İranın bu addımı ABŞ-la yanaşı Avropa ölkələri ilə münasibətləri daha da gərginləşdirəcək. Məsələ ondadır ki, Avropa İranla münasibətləri normallaşdırmaq üçün ötən həftə Avropa Birliyi ölkələri və İran arasında ticarət əlaqələri, eləcə də İrana sərmayə yatıran Avropa şirkətlərinin qorunması üçün İNSTEX alternativ ödəmə sistemini fəaliyyətə keçirib. Ancaq iranlı rəsmilər bu proqramın yetərli olmadığını bildirir.(musavat)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində “G20” sammiti çərçivəsində dünya liderləri ilə bir araya gəlib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ərdoğan ABŞ, Rusiya və Fransa Prezidentləri Donald Tramp, Vladimir Putin və Emmanuel Makronla görüşərək ayaqüstə qısa söhbət edib.
Türkiyə dövlət başçısı, həmçinin Yaponiya Baş Naziri Sindzo Abe ilə də görüşüb.
Görüşdən fotoları Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun tvitter mikrobloqunda paylaşıb.
Fransanın Ruan şəhərində bütün Fransa ictimaiyyətinin, media və hətta yerli millət vəkillərinin müdaxiləsi yerli universitetdə təhsil alan 21 yaşlı Qadir Babayevin deportasiyasına mane olub.
Minval.info virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Le Parisien nəşri yazıb.
Qəzetin yazdığına görə, Qadir Babayev Azərbaycandan 15 il əvvəl-6 yaşında olarkən gəlib. Fransız hakimiyyəti 2004-cü ildən onun yaşamaq üçün sənədinin müddətini daim uzadıb. Gənc azərbaycanlının problemləri bu ilin 31 yanvarında başlanıb. Ruan prefekturası ondan pasportunun surətini tələb edib. Amma həmin vaxt Qadirə aid anasında olan pasport artıq etibarsız olub.
“Baxmayaraq ki, Qadirin əlində başqa-doğum haqqında şəhadətnamə kimi sənədlər var idi, prefektura ondan pasportunu təqdim etməyi tələb etdi, hansı ki, bu gənc insan onu yalnız Azərbaycana qayıdıb orduda xidmət etməklə ala bilərdi. Azərbaycan dilində danışmayan və vətənini qeyri-müəyyən şəkildə xatırlayan bir gənc üçün isə bu ağlasığmaz idi”, – deyə nəşr yazıb.
Nəşr vurğulayıb ki, bir neçə dəfə prefekturaya baş çəkməsi və hətta inzibati məhkəməyə müraciət etməsi belə onun problemlərinin həllinə kömək etməyib. Universitetdə təhsil almaq hüququnu, təqaüdünü və sosial müavinətini itirə biləcəyini başa düşən Qadir, ictimai şəbəkələrdə kömək istəyib.
“Ruanda sosial şəbəkələr hamını-jurnalistləri, siyasətçiləri və sadə vətəndaşları səfərbər etməyi bacardı. Ruanın iki deputatı dərhal gənc azərbaycanlı ilə əlaqə saxladı. Onlar onun problemini öyrəndilər və səylərini dəstəklədilər”,- deyə nəşr yazıb.
Siyasətçilərin və ictimaiyyətin səyləri nəticə verib – Qadir Babayevi prefekturaya çağırıblar və deyiblər ki, ona artıq pasport təqdim etmək lazım deyil, çünki şəxsiyyətini təsdiq etmək üçün doğum haqqında şəhadətnaməsi kifayət edər.
Prefekturiyada Q.Babayevə 4 illik yaşamaq icazəsi almağa imkan verəcək sertifikat da təqdim olunub.
Həmçinin Qadirə, sənədlərlə problemlərə görə məhrum edildiyi 555 avro məbləğində sosial yardım yenidən ödəniləcək.
Fransa Milli Məclisinin Ruandan olan deputatı Demien Adəm deyir ki, Qadir Babayevin nümunəsi göstərir ki, “Fransada inzibati marşrutlar üzrə keçmək nə qədər çətindir”.
Nəşr yazır ki, hazırda Qadir Babayev Fransa vətəndaşlığı almaq üçün lazım olan sənədləri toplayır.
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Yaponiyanın Osaka şəhərində keçirilən “Böyük iyirmilik” (G20) sammitində əvvəlcə ayaqüstü söhbət ediblər.
Life.ru xəbər verir ki, iki lider sammitin başlanğıcında xatirə fotoları çəkdirib.
Sonra iki ölkənin liderlərinin görüşü başlayıb. Görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ-ın Dövlət katibi Mayk Pompeo, ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və digər şəxslər iştirak edirlər.
Görüş zamanı sabitlik və regional münaqişələr üzrə məsələlər müzakirə olunacaq.
Türkiyədə yalnız filmlərdə və ya seriallarda rast gəlinən hadisə baş verib.
Musavat.com xəbər verir ki, hadisə qardaş ölkənin mətbuatında gündəmin əsas mövzularından birinə çevrilib. Belə ki, Mersin vilayətindəki həbsxanada qəsdən adam öldürmək cinayətindən yatan Murad A. adlı məhkum Hüseyn A. adlı əkiz qardaşı ilə görüşə gedib. Murad qardaşının ona çox bənzəməsindən istifadə edib və onun yerinə keçib.
Mersin şəhərinin Akdeniz rayonunun Çilek məhəlləsindəki E tip qapalı həbsxanada cəzasını çəkən məhkum Murad qaçıb aradan çıxa bilib. Qardaşı Hüseynin həmin adam olmadığını gec fərq edən həbsxana rəhbərliyi dərhal axtarış tədbirlərinə başlayıb.
Şəhərdəki Günəş məhəlləsində bir qohumunun evində gizləndiyi təsbit edilən qaçaq məhkum onu yaxalamaq üçün evə gələn icra məmurlarını gördüyü zaman evdən qaçıb. Ən sonda Murad polisin keçirdiyi əməliyyat nəticəsində ələ keçib.
Məhkumun qardaşı da sonradan həbs olunub.
Amerika prezidenti Donald Trampla ikinci dəfə görüşən TV ulduzu Kim Kardaşyanın Ağ Evdə çəkdirdiyi fotolar müzakirələrə səbəb olub. Belə ki, vəkil olmaq həvəsi ilə təcrübəyə başlayan Kardaşyan məhkumlara iş təhsilinin verilməsi mövzusunda keçirilən tədbirə qatılıb.
“Qafqazinfo” xəbər verir ki, o, sözügedən görüşdə ABŞ Prezidenti ilə bir araya gəlib. Tədbirdə prezidentin qızı İvanka Trampın yanında əyləşən Kim yığıncaqdan iki həftə sonra çəkilən şəkilləri instaqram səhifəsində yayıb.
Fotolardan biri isə böyük müzakirə və tənqidlərə səbəb olub. Buna səbəb Kardaşyanın vəkilləri Erin Haney və Cesika Ceksonun qarşısında masa üzərində uzanaraq poza verməsidir.
Bundan sonra tvitter və instaqram paylaşım platformalarında Kimin bu addımına etiraz edilib.