Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin iqtisadi inkişaf, enerji və ətraf mühit məsələləri üzrə müavini Manişa Sinq deyib.
O bildirib ki, təbii ehtiyatların nəqli sahəsində uğurlu nümunə kimi Cənubi Qafqaz və Trans-Anadolu qaz kəmərlərini göstərmək olar:
"Bir sıra ölkələr bu vacib enerji layihəsinin inkişafında vacib rol oynayıb. Hazırda qaz "Cənub Qaz Dəhlizi" vasitəsilə Türkiyəyə daxil olur və biz səbrsizliklə Trans-Adriatik qaz kəmərinin tikintisinin başa çatmağını gözləyirik".
M.Sinqh əlavə edib ki, ABŞ resurslara etibarlı çıxış yaradan bütün enerji layihələrini dəstəkləyir.
Goranboyda kəpənəklərin kütləvi şəkildə ölümü qeydə alınıb.
Oxu.Az xəbər verir ki, müxtəlif ölçüdə olan canlılar daha çox asfalt yolun üzərində və ətrafında gözə dəyir.
Canlıların ölümü, əsasən, Bakı-Qazax avtomagistralının Goranboyun Nadirkənd ərazisindən keçən hissəsində müşahidə olunub.
Yerli sakinlər bildirir ki, belə halla ilk dəfədir rastlaşırlar. Bəzəkli kəpənəklər çabalayaraq hündürlükdən yerə çırpılır və bir müddət sonra ölürlər. Bəzən isə avtomobillərin təkərləri altında can verirlər. Canlıların ölüm səbəbi məlum olmasa da,yerli sakinlər həyətlərdə belə halla rastlaşmayıblar. Kəpənəklərin ölümü magistral yolun ətrafında müşahidə edilir.
Çəmən kəpənəkləri adlandırılan canlıların ölüm səbəbini mütəxəssislər müxtəlif səbəblərlə izah edirlər. Bildirilir ki, kəpənəklərin kütləvi şəkildə qırılmasına həmin ərazidə sahələrin alaq otlarına qarşı dərmanlanması təsir göstərə bilər. Bundan başqa, həmin canlıların havaların dəyişməsinə görə də məhv olma ehtimalı böyükdür.
Sudan hərbi şurası və “Azadlıq və dəyişiklik uğrunda” alyansın nümayəndələri ölkədə üç illik keçid dövrünün müəyyən edilməsi barədə razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, Al Arabiya telekanalının yaydığı məlumata görə, ölkənin hərbi hakimiyyəti, eyni zamanda, 300 nəfərdən ibarət qanunverici şuranın yaradılmasına dair müxalifətlə saziş əldə edildiyini bildirib. Hərbçilər yaxın 24 saat ərzində alyansla sazişi tam rəsmiləşdirəcək.
Xatırladaq ki, aprelin 11-də ölkədə hərbi çevriliş edən Sudan ordusu dövlət başçısı Ömər əl-Bəşiri hakimiyyətdən uzaqlaşdırıb və ölkədə müvəqqəti hərbi şura qurub.
2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə dərin iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrın ortalarından başlayaraq çörəyin qiymətinin ucuzlaşması tələbi ilə keçirilən xalq etirazlarında sonradan 30 ilə yaxın ölkəyə rəhbərlik edən Ömər əl-Bəşirin siyasi rejiminin dəyişdirilməsi tələbi irəli sürülüb. Bir neçə ay davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb, bir neçə min nəfər isə həbs edilib.