“Ölkə.Az” modern.az-a istinadən xəbər verir ki, ilk dəfə olaraq Rusiya Dövlət Dumasının Krımdan olan deputatları Türkiyədə rəsmi səviyyədə qəbul edilib.
Prezident Ərdoğanın qəbul etdiyi Rusiya nümayəndə heyətinin tərkibində Krımdan seçilmiş Natalya Poklonskaya və Ruslan Balbek də olub.
Bundan sonra Türkiyənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası təqdim edilib.