Sorğular İmamoğlunu deyir, amma…



İstanbul bələdiyyə sədri seçkilərinə 20 gündən də qaldı. Hazırda hər iki namizəd və eləcə də mənsub olduqları partiyalar Türkiyənin və regionun ən böyük şəhərinin qarşıdakı 5 ildə idarə edəcək şəxsin müəyyən olunması üçün kampaniya aparır.

Xatırladaq ki, martın 31-də keçirilən bələdiyyə seçkilərində CHP-nin namizədi Əkrəm İmamoğlu qalib gəlib. Ancaq hakim partiyanın etirazlarından sonra İstanbulun 39 rayonunun bəzilərində səslərin hamısı, bəzilərində isə etibarsız bülletenlər yenidən sayılıb. Bundan sonra nəticə dəyişməsə də, iki namizəd arasındakı səs fərqi 13 minə enib.

Aprelin 17-də İstanbul seçki qurumu İmamoğlunun qələbəsini elan edib və sədr vəsiqəsini təqdim edib. Ancaq AKP-nin və MHP-nin şikayətlərindən sonra mayın 6-da Yüksək Seçki Qurumu 23 iyunda İstanbul bələdiyyəsi sədri postuna təkrar seçkilər elan edib.

Qeyd edək ki, İstanbulda keçirilən təkrar seçkilər yalnız bir şəhərin deyil, bütöv ölkənin əsas siyasi hadisəsinə çevrilib. İmamoğlu8nun reytinqi yüksəlib və hazırda onun media və sosial şəbəkədəki reytinqi xeyli yüksəkdir.

Sorğular İmamoğlunu deyir, amma…


Hakim AKP də İstanbul seçkilərinə böyük önəm verir, prezident özü də vaxtaşırı İstanbula gələrək seçki mitinq keçirir. Daxili işlər naziri və digər hökumət üzvləri zaman-zaman ölkənin ən böyük şəhərinə gedərək AKP namizədi Binəli Yıldırıma dəstək olurlar.

Təbii ki, İstanbul seçkilərinin taleyini iyunun 23-də səsvermə hüququ olan 10 milyondan çox İstanbul sakininin səsi həll edəcək. ancaq İstanbul seçkilərinə həddən artıq böyük marağın olması davamlı olaraq sosial sorğuların keçirilməsi ilə müşayiət olunur.

Ötən həftə İstanbul seçkiləri ilə bağlı mətbuata açıqlama verən “A&G” şirkətinin prezidenti Adil Gür bildirib ki, YSK-nın İstanbul seçkilərinin nəticələrini ləğv etməsindən sonra İmamoğluna münasibət müsbətə doğru dəyişib. Gür bildirib ki, YSK-nın İstanbul qərarından sonra 3 ayrıca sorğu keçiriblər. Onun sözlərinə görə, səsvermədə iştirak edənlərin 25 faizi YSK-nın qərarının səbəbini anlamayıb. 31 mart seçkilərində İstanbulda ümumi seçicilərin 1,7 milyon nəfərinin səsverməyə getmədiyini qeyd edən Adil Gür ümumi olaraq bütün partiyalardan olan 300 min nəfərin 23 iyun seçkilərinə qatılacağını düşünür.

“MAK Danışmanlık” Araşdırma Şirkətinin keçirdiyi sorğuda iştirak edənlərin 47 faizi YSK-nın İstanbul seçkilərinin nəticələrini ləğv etməsi qərarını haqsız hesab edib. 43 faiz seçici isə YSK-nın qərarını dəstəkləyib. Maraqlıdır ki, sorğuya qatılan iştirakçıların 79 faizi 31 mart seçkilərində səs verdiyi namizədə yenidən səs verəcəyini deyib. Yalnız 13 faiz başqa namizədə səs verəcəyini deyib.

Sorğular İmamoğlunu deyir, amma…


“MAK danışmalık” şirkətinin 15-20 may tarixlərində 11 min nəfər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən iki namizəd arasında 2 faiz səs fərqi var. Belə ki. sorğuda iştirak edənlərin 50, 3 faizi İmamoğlu, 48,2 faizi isə Yıldırım deyib. Səadət Partiyasının namziədi Necdet Gökçınara isə 0,75 faiz seçici dəstək verib.

“KONSENSUS” Araşdırma Şirkətinin keçirdiyi və iki gün əvvəl açıqlanan nəticələrə əsasən Əkrəm İmamoğlu AKP-nin namizədi Binəli Yıldırımdan 2,1 faiz öndədir. Belə ki, şirkətin 1040 nəfər respondent arasında keçirdiyi sorğunun nəticələrinə əsasən iştirakçıların 50,2 faizi İmamoğlu, 48,1 faizi isə Yıldırımı dəstəklədiyini deyib. Bu da iki namizəd arasında səs fərqinin 180 min olacağını göstərir. Xatırladaq ki, 31 mart seçkilərinin nəticələrinə əsasən iki namizəd arasında səs fərqi 13 min idi.

“Optimar” Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən CHP namizədi AKP namizədini 4 faiz qabaqlayır. Ancaq şirkətin rəhbəri Hilmi Daşdemir detallı məlumatı bu həftə açıqlayacaqlarını deyib.

“PİAR” Araşdırma Şirkəti də keçirdiyi sorğunun nəticələrini açıqlamayıb. Ancaq şirkət nəticələrin İmamoğlunun xeyrinə olduğunu bildirib.

Ancaq seçkilərə 3 həftəyə yaxın vaxt qalıb. Bu isə seçki kampaniyasında az müddət deyil. Üstəlik aydın məsələdir ki, seçkilərin israrla yenilənməsini istəyən hakim partiyanın öz səbəbləri və ümidləri var. Güman etmək olar ki, AKP rəhbərliyi məhz bu amillərə görə təkrar seçkilərdə iştirak üçün israr edib. Məsələ ondadır ki, İstanbul bələdiyyəsi bir qayda olaraq hakim partiyanın nəzarətində olub. İstanbul Türkiyə iqtisadiyyatının “bel sütunu”, turizm, ticarət və sənaye mərkəzi olmaqla yanaşı həm də bu şəhərə rəhbərlik psixoloji anlam daşıyır. Bu isə o deməkdir ki, təkrar seçki xeyli gərgin keçəcək.

musavat.com
22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi
21 Noyabr 2024 BMT İranla bağlı qətnaməni qəbul etdi
21 Noyabr 2024 Kabellər buna görə qırılıb, “Moskvanın əli”ni axtarmayın
21 Noyabr 2024 Nüvə savaşı istəmirik, danışmalıyıq - ABŞ admiralı
21 Noyabr 2024 Hakimiyyətin Trampa keçməsinə hazırıq - Admiral
21 Noyabr 2024 Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
20 Noyabr 2024 ATACMS-lar Rusiyanı vurdu: Putinin iş qrafiki… - Peskov
20 Noyabr 2024 Rusiyaya ATACMS-la zərbə: Tramp hərəkətə keçir
20 Noyabr 2024 Çin lideri Ukraynadan danışdı: Görmək istəmirik!
20 Noyabr 2024 Kursk üzərində iki Ukrayna raketi vuruldu
20 Noyabr 2024 İsrail Palmiraya zərbə endirdi: 36 ölü, 50 yaralı
20 Noyabr 2024 Qərbin Ukraynaya icazə verməsi sübut edir ki... - Zaxarova
20 Noyabr 2024 ABŞ Qəzza ilə bağlı bu qətnaməyə veto qoydu