Son xəbərlər

 

"BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası öz möhtəşəm nəticələri ilə bütün dünyanı heyrətləndirdi.

Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!" sərlövhəsi ilə etdiyi paylaşımında Bakı COP tədbirinin ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcəyini xüsusi vurğulayıb". Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.

Millət vəkili bildirib ki, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaq qürurverici haldır. "Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək tərəflər arasında danışıqların qərəzsiz aparılması üçün bütün imkanları ən yüksək səviyyədə təqdim edə bildi. Dövlət başçımızın təşəbbüsü və səyləri ilə bütün proses boyunca Azərbaycan, ilk növbədə,  inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar etdi. Eyni zamanda da ölkəmiz müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəyliyini bir daha nümayiş etdirdi. Bütün bunların nəticəsi olaraq, dünya tarixi Bakı nailiyyətinə şahid oldu."       

K.Qafarov 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsinin hədəf seçilməsinin  möhtəşəm nailiyyət olduğunu vurğulayıb: "Cənab Prezident İlham Əliyevin dediyi kimi, Bakı  əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qarşıya qoydu. Bununla da Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri çox üstələmiş oldu. Bu isə bilavasitə Azərbaycanın COP29-un  Sədri olaraq apardığı intensiv, çoxtərəfli diplomatiya nəticəsində əldə olunmuş nailiyyətdir. Bu qərar qlobal investisiyaların yeni dalğasına təkan verəcək. Əldə olunmuş daha bir görkəmli nailiyyət "İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü"dür. Bu təşəbbüsə əsasən 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edilmişdir ki, həmin bəyanat çərçivəsində də İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı".

27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim
21 Noyabr 2024 Qərb dünyada hökmranlığını itirib - Orban
21 Noyabr 2024 Balakəndə elmi-praktiki konfrans keçirilib - FOTOLAR
21 Noyabr 2024 “YAP yeni zirvələrə doğru uğurla və inamla addımlayır”
21 Noyabr 2024 Niyazi Bayramov Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tətqiqat İnstitutunda vətəndaşlarla görüşüb
21 Noyabr 2024 "Həmin hadisədən 33 il keçib" - HƏRBİ EKSPERT FİKRİ
21 Noyabr 2024 Ətin qiymətinin kəskin bahalaşmasının səbəbi nədir? - SƏBƏB AÇIQLANDI
21 Noyabr 2024 Tramp gitara satışına başladı
21 Noyabr 2024 Münasibətlərimiz yüksək səviyyədədir
21 Noyabr 2024 QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 Noyabr 2024 "Ağdam bundan sonra Qafqazın "mirvarisi" adlanacaq" - MÜNASİBƏT BİLDİRİLDİ
20 Noyabr 2024 “Biz heç bir dəstək almadan Böyük Qayıdış layihəsini həyata keçiririk” - ŞƏRH EDİLDİ
20 Noyabr 2024 “YAP dünyada nüfuzlu partiya kimi tanınır“ - ŞƏRH EDİLDİ
20 Noyabr 2024 Bu seriala görə İTV-yə xəbərdarlıq edildi
20 Noyabr 2024 Bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq
20 Noyabr 2024 YAP - Siyasi sabitlik, davamlı inkişaf
20 Noyabr 2024 “Fransa müstəmləkəçiliyi altında yaşayan xalqlar artıq barışmaq istəmir“ - ŞƏRH OLUNDU
20 Noyabr 2024 Əsrin duelindən kim qalib çıxacaq?
20 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”
20 Noyabr 2024 Bağırmağın mənası yoxdur: "İndi vuracağıq..."