Son xəbərlər

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Telefon danışığı zamanı Vyanada keçirilən nüvə danışıqları, Əfqanıstandakı hadisələr və Yəmən müharibəsi müzakirə edilib.

Abdullahian bildirib ki, daimi və etibarlı razılaşma üçün ABŞ və Qərb ölkələri konkret və əməli addımlar atmalıdır.

Rusiyaya qarşı aqressiya olarsa, Belarus bu müharibədə iştirak edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko xalqa müraciətində deyib.

“Əgər müttəfiqimiz Rusiyaya kənar hücum olarsa və bu aqressiya Rusiyanın ərazisinə qarşı baş tutarsa, Belarus bu müharibədə iştirak edəcək. Bunun əsası bizim müttəfiq müqavilələrimizdir”, - Lukaşenko bildirib.

 

O, həmçinin qeyd edib ki, Belarusa qarşı aqressiya halında yüz minlərlə rus hərbçisi ölkəyə daxil olacaq.

Lukaşenko Rusiya və KTMT ilə əlaqələri gücləndirməyin lazım olduğunu da vurğulayıb:

“Qazaxıstan nümunəsi göstərdi ki, KTMT Avrasiya məkanında təhlükəsizliyi operativ şəkildə təmin etməyə qadirdir. Kollektiv təhlükəsizlik qüvvələri stabilliyin yaranmasında açar rolunu oynadı. İttifaq Dövlətinin yeni hərbi doktrinası regionumuzda sülh təminatını gücləndirəcək. Cəmi 2500 yaxşı hazırlanmış əsgər Qazaxıstanda problemi həll etdi”.

Ukraynanı slavyanların yanına qaytaracağıq.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksdandr Lukaşenko deyib.

 

"Qərb üçün Rusiya-Ukrayna qardaşlığını, slavyan qardaşlığımızı qanda boğmaq vacibdir. Amma biz doğma slavyan xalqlarıyıq. Bizim köklərimiz əsrlərin dərinliklərinə gedib çıxır. Biz bunu nəyin bahasına olursa olsun, qoruyub saxlamalıyıq. Axı qardaşlıq şikayətlərdən və siyasi ambisiyalardan qat-qat yüksəkdir. Bizim ayrılmaz əlaqələrimiz ümumi təhlükəsizliyin və sağ qalmağın əsasını təşkil edir. Və biz öz haqqımızı qaytaracağıq. Ukraynanı slavyanların yanına qaytaracağıq. Biz bunu mütləq edəcəyik”, - o qeyd edib.

Kanadanın Baş naziri Castin Trüdo koronavirusa yoluxmuş şəxslə təmasda olduğunu öyrəndikdən sonra koronavirusla mübarizə tədbirləri çərçivəsində özünütəcrid rejiminə keçib.

Axar.az xəbər verir ki, baş nazir sağlamlıq qaydalarına əməl edəcəyini və 5 gün karantində qalacağını açıqlayıb:

 

“Özümü yaxşı hiss edirəm və evdən işləyəcəm".

İran İslam Respublikasının banisi Ruhullah Xomeyninin İsfahan əyalətinin Ərdistan bölgəsindəki mərkəzi küçədə qoyulmuş heykəli naməlum şəxs tərəfindən dağıdılıb.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat paylaşıb.

 

Eyni zamanda, ətraf ərazidə Xomeyninin adı yazılmış lövhələr də sındırılıb.

NATO və ABŞ-ın Rusiyanın təhlükəsizlik təkliflərinə reaksiyasından sonra növbəti addımlara Rusiya Prezidenti Vladimir Putin qərar verəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 

“ABŞ-dan əsas məsələlərlə bağlı müsbət cavab yoxdur. ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı cavabının məzmunu ciddi müzakirələrə imkan verir, lakin ikinci dərəcəli məsələlərlə bağlı. Moskva hazırda Vaşinqtonun cavabını öyrənməyə davam edir.

ABŞ NATO-nun Şərqə doğru genişlənməsi ilə bağlı ən mühüm suala cavab vermədi”, - Lavrov bildirib.

Ukrayna kənardan idarə olunur. Konkret desək, Rusiyaya qarşı müharibə yalnız kollektiv Qərbə lazımdır. Əgər belə davam etsə, müharibə qaçılmaz olacaq.

Bu barədə Axar.az-a eksklüziv açıqlamasında Ukraynanın deputatı Yevgeni Şevçenko bildirib.

Onun sözlərinə görə, Kiyev yaranmış vəziyyətdə Minsk razılaşmasını yerinə yetirməlidir.

 

“İndi Ukraynaya Rusiya və Belarusla yeni ittifaq müqaviləsi hava və su kimi lazımdır. Məhz bundan sonra bizim normal həyatımızı bərpa etmək şansımız olacaq. Bir vacib məqamı anlamaq lazımdır - Ukrayna özü-özlüyündə Rusiya üçün heç bir təhlükə mənbəyi ola bilməz. Amma xarici nəzarət mexanizmi əməlli-başlı təhlükədir. Ukraynada hakimiyyətə qardaş Rusiya ilə müharibə istəməyən insanlar gəlməlidir. Çünki Ukrayna ilə Rusiya arasında müharibə cəfəngiyatdır! Bu, yalnız Qərb üçün son dərəcə sərfəlidir. Təbii ki, Ukraynada rusofobiya ideasını qanında daşıyan insanlar da var. Lakin onlar azlıq təşkil edir. Ən pisi isə odur ki, hazırki vəziyyətdə bu azlıq çoxluğu idarə edir.

Bu gün biz hamımız başa düşməliyik ki, Rusiya Ukraynasız fövqəldövlət ola bilməz. Necə ki, Ukrayna da Rusiyasız normal həyata dönə bilməyəvək. Ukraynalıların bütün bəlalarının səbəbi son illər dövlətin düzgün olmayan geosiyasətidir”, - deyə müsahibimiz bildirib.

Birincisi, Abxaziya və Cənubi Osetiya artıq Gürcüstan deyil. Orada yaşayan xalqlar özləri ayrılmaq istəyib. Necə ki, vaxtilə kosovalılar Serbiyadan ayrılmışdı. O zaman NATO heç nə soruşmadı.

Axar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov NATO Baş katibi Yens Stoltenberqin Rusiyanın Gürcüstan, Ukrayna və Moldovadan öz qoşunlarını çıxarmasını tələb etməsinə cavab olaraq deyib.

 

“Rus sülhməramlıları Dnestryanıda Rusiya vətəndaşlarını qoruyurlar və hərbi münaqişəyə imkan vermirlər. Moldova hökuməti bunu təkbaşına etməyə qadir deyil. Ukraynada isə rus qoşunu ümumiyyətlə yoxdur”, - Puşkov bildirib.

Rus senator NATO Baş katibinə birinci özlərindən başlamağı və ABŞ və Türkiyə qoşunlarını Suriyadan, eləcə də Kosovadan çıxarmağı məsləhət görüb.