İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Vyanada keçirilən nüvə danışıqları, Əfqanıstandakı hadisələr və Yəmən müharibəsi müzakirə edilib.
Abdullahian bildirib ki, daimi və etibarlı razılaşma üçün ABŞ və Qərb ölkələri konkret və əməli addımlar atmalıdır.