Qərbdən Rusiyanın Avropa hissəsinə güclü siklon hərəkət edir.
ABŞ-da "Amazon" internet-xidmətlərinin işində qüsurlar yaranıb.
İranın Ərak şəhərində şir zooparkın əməkdaşına hücum edib.
Sakit okeanda, Kamçatka yarımadasının yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.
Taliban rejimi xarici qoşunların Əfqanıstandan çıxmasından sonra beynəlxalq hərbi kontingentlə işləmiş onlarla əfqan məmuru, təhlükəsizlik qüvvələrinin əməkdaşını və digərlərini öldürüb.
Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreşin təqdim etdiyi hesabatda deyilir.
“Keçmiş hökumət nümayəndələrinə, təhlükəsizlik qüvvələri əməkdaşlarına və beynəlxalq kontingentlə çalışmış şəxslərə ümumi amnistiyanın elan edilməsinə baxmayaraq, BMT missiyası bu şəxslərin öldürülməsi, oğurlanması və digər qanun pozuntuları ilə bağlı etibarlı məlumatlar almağa davam etdi”, - deyə bildirilib.
Kiyev eskalasiya panikası səbəbindən iqtisadi zərər çəkir.
Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Onsuz da cəmiyyətdə yayılan panikadan iqtisadi cəhətdən əziyyət çəkirik və zəifləyirik. Bazar və cəmiyyət anlamalıdır ki, Kiyev və onun tərəfdaşları ən pis ssenarinin qarşısını almağa çalışırlar”, - Kuleba bildirib.
Onun sözlərinə görə, bir sıra Qərb ölkələri siyasi iradənin olmaması səbəbindən Ukraynaya o qədər də fəal kömək etmirlər.